Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1769/2022 19.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı və Cavabdeh Allahşükür oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Allahşükür oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 19 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh Allahşükür oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 09 noyabr 2014-cü il tarixdə anadan olmuş qızı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron rayon məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq cavabdehdən hər ay 193 manat sabit məbləğdə aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon məhkəməsinin 2(012)- 2726/2018 saylı, 24.09.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması, 09.11.2014-cü il tarixdə anadan olmuş qızları X2 onun yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 154 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi qət olunmuşdur. Hazırda qanunvericilyin tələbinə əsasən uşaqların saxlanması üçün sabit aliment məbləği artırılaraq 193 manata çatdırılmışdır. O, qızlarının saxlanması üçün maddi çəhətdən çətinlik çəkir, onun tələbatını tam ödəyə bilmir. Həmin vaxtdan hal-hazıra qədər aliment məbləği cavabdeh tərəfindən ödənilsə də cavabdeh bu günə qədər uşaqla maraqlanmamış, böyüdükcə artan tələbatını ödəmək üçün cəhd göstərməmiş, təlimtərbiyəsi ilə məşğul olmamışdır. Hazırda qızları Xırdalan şəhərində orta məktəbdə təhsilini davam etdirir, onun artan tələbatını, məktəb ləvazimatını ödəyə bilmir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Allahşükür oğlu məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini, hazırda "xxxx" QSC-nin X1 matros vəzifəsində işlədiyini, 596 manat əmək haqqı aldığını, başqa gəlirinin olmadığını, maddi imkanı zəif olduğundan alimentin artırılmasına etiraz etdiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(012)-2726/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Allahşükür oğlu ilə İddiaçı arasında bağlanmış, 02.12.2014-cü il tarixdə Lənkəran Rayon İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbəsi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 09.11,2014-cü il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Allahşükür oğlundan hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının 06.04.2018-ci il tarixdən hesablanması, qətnamənin alimentə dair hissədə dərhal icraya yönəldilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin X3 tərəfindən 04.04.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh Allahşükür oğlu “Balakən” gəmisində matros vəzifəsində işləyir. Aylıq vəzifə maaşı 596 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(012)-2726/2018 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş 09.11,2014-cü il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Allahşükür oğlundan hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir.Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Cavabdehin sylıq vəzifə maaşı 596 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 4 ilə yaxın müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(012)-2726/2018 saylı qətnaməsi ilə 09.11.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Allahşükür oğlundan bu qətnamə qanuni qüvvəyə minən tarixdən başlayaraq hər ay uşağa görə 154 manat sabit pul məbləğində aliment artırılaraq hər ay, uşaq üçün 193 manat sabit pul məbləğində aliment müəyyən edilməli və Cavabdeh Allahşükür oğlundan tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 43,16 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(012)-2726/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 09.11.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh Allahşükür oğlundan tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh Allahşükür oğlundan 43,16 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1769/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1769/2022
19.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver