Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1778/2022 23.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh Abşeron Rayonu X3 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Abşeron Rayonu X1rşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilən 1200 manat məbləğin geri qaytarılması vəzifəsinin cavabdeh Abşeron Rayonu X3 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron Rayonu X4nə torpaq sahəsi ayrılması üçün xx.xx.2008-ci il tarixli qəbzə əsasən 1200 manat ödəmişdir. Həmin vaxt Abşeron Rayonu X3 sədri Mübariz müəllim olmuşdur. Lakin uzun müddət keçməsinə baxmayaraq nə torpaq sənədlərini, nə də pulunu geri ala bilməmişdir. Abşeron Rayonu X4 qəbz kserosurət olduğu üçün onun müraciətinə cavab verməmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Abşeron Rayonu X3 nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında və ünvanladığı iddia müddətinin tətbiq edilməsinə dair ərizədə bildirdi ki, İddiaçı Qobu bələdiyyəsinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və qeyd etmişdir ki, 2008-ci ilin iyun ayında Qobu bələdiyyəsinin hesabına pul vəsaiti ödəmiş və bələdiyyənin qərarına əsasən torpaq sahəsi verilmişdir. Lakin sonradan Qobu bələdiyyəsi müqavilə öhdəliyini pozmuş və verilən torpaq sahəsini başqasına vermişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 372-ci maddəsində iddia müddəti anlayışı göstərilir və deyilir: Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin məcəllənin 373-cü maddəsinə əsasən iddia müddətləri göstərilir və deyilir: Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Məcəllənin 375-ci maddəsində deyilir ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Belə hesab edir ki,verilmiş iddia əsaslı olmuş olsada qanunla müvafiq şəkildə müddəti keçməsi ilə bağlı normalar tətbiq edilməli və iddianın rədd edilməsinə dair qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 127 nömrəli qəbzdən görünür ki, İddiaçı "xxxx" ASC vasitəsi ilə Abşeron Rayonu X4nə 1200 manat məbləğində pul köçürmüşdür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 127 nömrəli qəbzdən göründüyü kimi İddiaçı "xxxx" ASC vasitəsi ilə Abşeron Rayonu X4nə 1200 manat məbləğində pul köçürmüşdür. Lakin uzun müddət keçməsinə baxmayaraq İddiaçı torpaq sənədlərini, nə də pulunu Abşeron Rayonu X2 geri ala bilməmişdir.Cavabdeh Abşeron Rayonu X4 İddiaçı izahatını təkzib edə biləcək sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, cavabdeh Abşeron Rayonu X2 1200 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bundan əlavə cavabdeh Abşeron Rayonu X3 nümayəndəsi Vəkil məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərə iddia müddəti şamil edilmir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cavabdeh Abşeron Rayonu X3 nümayəndəsi Vəkil məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Abşeron Rayonu X2 1200 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1778/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1778/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver