Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1785/2023 26.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 26 sentyabr 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini, ona vurulan ziyana görə 13000 manatın, vəkilin göstərdiyi yardıma görə ödədiyi 300 manatın və dövlət rüsumu kimi ödədiyi 129 manatın, cəmi 13429 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşadığı həyət evinin damının dəmir örtüyünü daş örtüyünə dəyişdirmək istəmişdir. Həmin vaxt qardaşının evində usta işləyən X1 evin dam örtüyünü dəyişdirə bildiyini bildirmişdir. Cavabdeh 2022-ci ilin avqust ayının 15-də evin damını dəyişdirmişdir. Həmin xidmət üçün cavabdehə 600 manat pul vəsaiti ödəmişdir. Bundan bir ay sonra yağış yağdıqda evin damından evə yağış suyu dolmuşdur. İddiaçı bu barədə cavabdehə bildirmişdir. Cavabdeh evə gələrək evin damına sement, əlavə mismarlanma işləri aparmışdır. Bu proses 2022-ci ilin noyabr ayına kimi təkrarlanmışdır. Bu barədə bir neçə dəfə zəng etmişdir. Cavabdeh bildirmişdir ki, bu işin ona aidiyyatı yoxdur. İddiaçı xx.xx.2022-ci il tarixdə aldatma və etibardan sui-istifadə halına görə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Qar yağdıqdan sonra evin döşəməsi, mebelləri, qapıları bütün əşyalar yarasız vəziyyətə düşmüşdür. Bundan sonra onu xx.xx.2023-cü il tarixdə şöbəyə çağırmış, izahat almışdılar. Cavabdeh izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixədək evin damını və alçipanı düzəldəcək. 2023-cü ilin mart ayında isə bütün evi təmir edəcək. İddiaçı evin damını və alçıpanı təmir elətdirmək üçün yeni usta tapmışdır. Usta bunun üçün 700 manat istəmişdir. Bu barədə iddiaçı cavabdehə bildirmiş, lakin o, mal-material gətirməmiş və yeni usta pulunu verməmişdir. Bundan sonra onun mobil telefonuna zəng çatmamışdır. Onun vəkili cavabdehin izahatının alınması üçün polis şöbəsinə müraciət etmiş və onun izahatını almışdır. Polis Şöbəsi məktubunda mülki qaydada məhkəməyə müraciət etməyi izah etmişdir. Sonradan İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qar yağdıqdan sonra evin döşəməsi, tavanı, divarları, evin mebelləri, lüsturlar, qapıları bütün əşyalar yararsız vəziyyətə düşmüş və ona 13429 manat ziyan vurulmuşdur, iddia ərizəsində ümumi ziyan məbləği göstərilmişdir. Həmin ziyanın nədən ibarət olduğu aşağıdakı kimi olmuşdur. Belə ki; 1. Evin dam örtüyü sökülməli yenidən şifer alınmalı və yenidən vurulmalıdır. Cavabdeh evin dəmir örtüyünü sökmüş evin damına daş şifer vurmuşdur. Bunun üçün 60 ədəd şifer alınmışdır. Bir ədədi şifer 9,20 manat olmaqla cəmi 552 manat ödənilmişdir; 2. Şiferin vurulması üçün Cavabdeh usta pulu 600 manat ödənilmişdir; 3. Köhnə dam örtüyü sökülməli yenidən dam örtüyü üçün 10 metr uzunluğu olan 70 kv. metr dəmir şifer alınmalıdır. Qiyməti 700 manat təşkil edir; 4. Dam örtüyü vurmaq üçün usta pulu 700 manat təşkil edir; 5. Dam örtüyünün şiferin altına 5 mm 15 ədəd 5 metr uzunluğu olan reyka alınmalı, qiyməti 140 manat təşkil edir; 6. Dam örtüyünün şiferin altına 6 mm 15 ədəd 10 metr uzunluğu olan reyka alınmalı, qiyməti 180 manat təşkil edir; 7. Evin tavanı üçün 10 metr uzunluğu olan 30 ədəd alçıpan alınmalı, dəyəri 300 manat təşkil edir; 8. Alçıpan vurulması üçün ustaya 700 manat verilməlidir; 9. Profillər və əqrəblər 100 manat təşkil edir; 10. Alçıpan üçün şruplar 5 qutu 5 manat olmaqla cəmi 25 manat təşkil edir; 11. 2 ədəd lüstur hər biri 300 manat olmaqla cəmi 600 manat təşkil edir; 12. 11 ədəd spotlar hər biri 10 manat olmaqla cəmi 110 manat təşkil edir;
13. Tavan üçün emusiya alınmalı, 70 kv metr üçün 210 manat təşkil edir; 14 Elektrik işləri üçün ustaya 500 manat verilməlidir; 15. Elektrik xətti üçün kabel 500 manat təşkil edir; 16. 70 kv. metr döşəməyə laminat alınmalı qiyməti 1100 manat təşkil edir; 17. Laminat vurulması üçün ustaya 560 manat verilməlidir; 18. Söküntü işləri üçün fəhlə pulu 300 manat; 19. Zibili daşımaq üçün avtomobilə 150 manat verilməlidir; 20. 3 qapılar dəyişməli hər biri 300 manat olmaqla cəmi 900 manat təşkil edir; 21. Divara emusiya vurulması üçün emusiya alınmalı, qiyməti 300 manat təşkil edir; 22. Paduqa alınmalı dəyəri 218 manat təşkil edir; 23. Kuxna mebeli alınmalı, dəyəri 2200 manat təşkil edir; 24. Şpaklovka astar 50 ədəd alınmalı, dəyəri 325 manat təşkil edir; 25. Şpaklovka üzlük 5 ədəd alınmalı, dəyəri 50 manat təşkil edir; 26. Şpaklovkanı vuran ustaya 530 manat verilməlidir; 27. 3 ədəd qapıları yerinə bərkitmək üçün ustaya 300 manat pul verilməlidir; 28. Ustalara veriləcək yemək üçün 150 manat verilməlidir, cəmi 13000 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı, onun vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun vəkilinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən verilmiş məktubda bildirilmişdir ki, İddiaçı müraciəti mülki xarakterlidir və bununla əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. Mülki iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, söz vermişdir ki, həmin mənzildə tavanın su axan yeri tapıb təmir eləyəcək, əks halda dəymiş zərəri ödəməyə hazırdır. O, Ruslanın evinin tavan hissəsini yanvar ayının 31-nə kimi təhvil verəcək. Mənzilin qalan təmiri 2023-cü il martında təmir eləyəcək. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 10/3735 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin damına Cavabdeh tərəfindən aparılan təmir işlərinin keyfiyyətsiz aparılması ilə əlaqədar evin təmiri tamamilə yararsız hala düşmüş və yaşayış evinə mövcud olan qüsurların bərpa olunması üçün aparılmalı təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 12098.0 manat məbləğində müəyyən olunur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin damını düzəltdirmək üçün cavabdehə 600 manat pul vəsaiti ödəmişdir. Cavabdeh dam örtüyünü düzəlsə də yağış suyu evə axaraq evə və orada yerləşən əşyalara ziyan vurmuşdur. İddiaçı bu barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət etsə də, oradan ona müraciətinin mülki xarakterli olduğundan bununla əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə ekspertizasının rəyindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin damına Cavabdeh tərəfindən aparılan təmir işlərinin keyfiyyətsiz aparılması ilə əlaqədar evin təmiri tamamilə yararsız hala düşmüş və yaşayış evinə mövcud olan qüsurların bərpa olunması üçün aparılmalı təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 12098.0 manat məbləğində müəyyən olunmuşdur.
Alcipan ədəd 20 11 220 Profil m 350 1.5 525 şurup qutu 10 10 100 4 Divara şpaklyovka çəkilməsi . və boya ilə rənglənmiş m2 207 2070 10 Şpaklyovka kisə 28 7 196 boya kq 75 3 225 5 Döşəməyə laminat m2 №. Laminat işlərin vurulması ölçü m2 58 miqdar 7 Qiyməti 15 406 ümumi 900 adları vahid ı 60 qiyməti Aksesuarlar (qupka, haşiyə) 300 1 2 3 i 4 5 6 Plasmas künlüyün vurulması Dam örtüyünün (material sökülməsi və ilə birliksə) m 60 3 180 1. Şpan yenidənqapıların qurulması m2 70 15 1050 quraşdırılması Reyka (material ilə birlikdə) m ədəd 250 3 3002 500 900 Şifer Elektrik xətinin ədəd 60 9.5 570 cəkilməsi(material mismar ilə birlikdə) mkq 2 10 58 254 40 1450 6 Divarın, əlavə və tavanın nəqliyyat vəxərclər 1000 2.. döşəmənin sökülməsi Cəmi: manatla m2 265 4 12098.0 1060
3. CN Tavanın altı profillə yığılması və alcipanın vurulması / _ 58 7 406 T Məhkəmə iddia tələbini məhkəmə ekspertizasının rəyi ilə birgə tədqiq edərkən ekspertiza rəyinin 1-6-cı bəndləri üzrə müəyyən edilmiş qüsurların iddia tələbində qeyd edilən - evin dam örtüyü sökülməli yenidən şifer alınmalı və yenidən vurulmalı, Bunun üçün 60 ədəd şifer alınmışdır. Bir ədədi şifer 9,20 manat olmaqla cəmi 552 manat ödənilmişdir; 2. Şiferin vurulması üçün Cavabdeh usta pulu 600 manat ödənilmişdir; 3. Köhnə dam örtüyü sökülməli yenidən dam örtüyü üçün 10 metr uzunluğu olan 70 kv. metr dəmir şifer alınmalıdır. Qiyməti 700 manat təşkil edir; 4. Dam örtüyü vurmaq üçün usta pulu 700 manat təşkil edir; 5. Dam örtüyünün şiferin altına 5 mm 15 ədəd 5 metr uzunluğu olan reyka alınmalı, qiyməti 140 manat təşkil edir; 6. Dam örtüyünün şiferin altına 6 mm 15 ədəd 10 metr uzunluğu olan reyka alınmalı, qiyməti 180 manat olmaqla cəmisi 2872 manat təşkil edir; həmin hissədə ekspertiza rəyində dam örtüyünün sökülməsi və yenidən qurulması üçün cəmi 1050 manat, reyka üçün cəmi 500manat, şifer üçün cəmi 570 manat və mismar üçün cəmi 40 manat olmaqla cəmi 2160 manat tələb olunduğu qeyd edilir məhkəmə ekspertizasının rəyini təkzib edən sübutlar olmadığından məhkəmə həmin hissədə ekspertizanın müəyyən etdiyi cəmi 2160 manat dam örtüyü xərci ilə razılaşır. Məhkəmə iddia tələbinin- 7.Evin tavanı üçün 10 metr uzunluğu olan 30 ədəd alçıpan alınmalı, dəyəri 300 manat təşkil edir; 8. Alçipan vurulması üçün ustaya 700 manat verilməlidir; 9. Profillər və əqrəblər 100 manat təşkil edir; 10. Alçıpan üçün şruplar 5 qutu 5 manat olmaqla cəmi 25 manat, cəmisi 1125 manat, bu hissədə ekspertiza rəyində tavanın altı profillə yığılması və alçipanın vurulması-406 manat, alçipan-220m., profil-525m., şurup -100m, cəmi 1251man.manat təşkil etdiyi qeyd edilir.Burada məhkəmə qeyd edir ki, MPMnin 218-ci maddəsinin tələblərinə əsasən məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən bu hissədə iddia tələbi iddiaçının iddia etdiyi məbləğdə, yəni 1125 manat məbləgində təmin edilməlidir. Məhkəmə iddia tələbinin-11.2 ədəd lüstur hər biri 300 manat olmaqla cəmi 600 manat təşkil edir; 12. 11 ədəd spotlar hər biri 10 manat olmaqla cəmi 110 manat təşkil edir;
13. Tavan üçün emusiya alınmalı, 70 kv metr üçün 210 manat təşkil edir; -hissəsində iddianı əsaslandıran sübutlar təqdim edilmədiyindən təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə iddia tələbinin-14 elektrik işləri üçün ustaya 500 manat verilməlidir; 15. Elektrik xətti üçün kabel 500 manat cəmi 1000 manat təşkil edir; həmin hissədə ekspertiza rəyində elekrtik xəttlərinin materialla birlikdə çəkilməsi 1450 manat qiymətləndirilmişdir. Burada məhkəmə qeyd edir ki, MPM-nin 218-ci maddəsinin tələblərinə əsasən məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən bu hissədə iddia tələbi iddiaçının iddia etdiyi məbləğdə, yəni 1000 manat məbləgində təmin edilməlidir. Məhkəmə iddia tələbinin-16. 70 kv. metr döşəməyə laminat alınmalı qiyməti 1100 manat təşkil edir; 17. Laminat vurulması üçün ustaya 560 manat cəmi 1650 manat verilməlidir; Həmin hissədə ekspertizanın rəyində döşəməyə laminat vurulması 406 man., laminat 900man., aksesuarlar qubka isə 300manat olmaqla cəmisi 1406 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə ekspertizasının rəyini təkzib edən sübutlar olmadığından həmin hissədə ekspertizanın müəyyən etdiyi cəmi 1406 manat xərclə razılaşır. Məhkəmə iddia tələbinin -18. Söküntü işləri üçün fəhlə pulu 300 manat; 19. Zibili daşımaq üçün avtomobilə 150 manat verilməlidir, hissəsində qismən 150 man. xərc hissəsində təmin edilməli olması nəticəsinə gəlir. Məhkəmə iddia tələbinin - 20. 3 qapılar dəyişməli hər biri 300 manat olmaqla cəmi 900 manat təşkil edir. Bu hissədə sübutlar təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 21.Divara emusiya vurulması üçün emusiya alınmalı, qiyməti 300 manat təşkil edir; 22. Paduqa alınmalı dəyəri 218 manat, cəmi 518 manat hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin-23. Kuxna mebeli alınmalı, dəyəri 2200 manat təşkil edir; Bu hissədə iddianı əsaslandıran sübut olmadığından iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin-24. Şpaklovka astar 50 ədəd alınmalı, dəyəri 325 manat təşkil edir; 25. Şpaklovka üzlük 5 ədəd alınmalı, dəyəri 50 manat təşkil edir; 26. Şpaklovkanı vuran ustaya 530 manat verilməlidir, cəmisi 905 manat təşkil dir; Həmin hissədə ekspert rəyində qeyd edilən xərclər üçün 2070 man., 196man., 225 man olmaqla iddia tələbindən artıq xərc tələb edildiyi qeyd edildiyindən iddiaçı isə bunun üçün 905 manat tələb etdiyindən burada məhkəmə qeyd edir ki, MPM-nin 218-ci maddəsinin tələblərinə əsasən məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən bu hissədə iddia tələbi iddiaçının iddia etdiyi məbləğdə, yəni 905 manat məbləgində təmin edilməlidir. Məhkəmə iddia tələbinin-27.3 ədəd qapıları yerinə bərkitmək üçün ustaya 300 manat pul verilməlidir; 28. Ustalara veriləcək yemək üçün 150 manat bu hissədə iddianı əsaslandıran sübutlar olmadığından iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin damının düzgün təmir olunmaması nəticəsində evə və evdə olan əşyalara dəymiş maddi ziyanın 7264 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməli, iddia qismən təmin edilməlidir. İddia tələbinin vəkil xərcinin tutulmasına görə 300 manat məbləğində pul vəsaitinin tutulmasına görə hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən vəkil xərcinə görə 200 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 129 manat məbləğində pul vəsaitinin 100 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğ cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş maddi ziyanın əvəzi olaraq 7264 manat, vəkil xərcinə görə 200 manat və ödənilmiş dövlət rüsumu üçün 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Cavabdeh 100 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cəmilə Səfiyeva