Məhkəmə qərarları › İş №2(012)-1797/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1797/2021

02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1797/2021 02.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-345/2017 saylı qətnaməsi ilə təyin edilmiş hər uşağa görə 70 manat olmaqla, 210 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 175 manat olmaqla, 525 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X10 dünyaya gəlmişlər. Abşeron Rayon Məhkəməsinin 2(012)-345/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh ilə Məmmədova (Cəfərova) Gülşən Nasir qızı arasında bağlanmış və Şabran rayonu Əmirxanlı İƏD tərəfindən xx xxxx 2004-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X3 anası Məmmədova (Cəfərova) Gülşən Nasir qızının himayəsində saxlanılması və xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 70 manat sabit pul məbləğində aliment olmaqla, 210 manat aliment tutulub, Məmmədova (Cəfərova) Gülşən Nasir qızına ödənilməsi qət edilmişdir. Cavabdeh aliment də vaxtı-vaxtında ödəmir və 3000 manat məbləğində aliment borcu vardır. İddiaçı qardaşının yanında yaşayır və heç bir yerdə işləmədiyindən uşaqlarını saxlamaqda maddi çətinlik çəkir. İddiaçının heç bir gəliri yoxdur. Uşaqlar böyüdükcə, tələbatları da artır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddianı qəbul etmir. O, yenidən ailə qurmuş və 1 övladı dünyaya gəlmişdir. Hazırki yoldaşı xəstədir və müalicə xərcləri də onun üzərindədir. 2 aydır ki, alimenti ödəyə bilmir. O, hal-hazırda heç bir yerdə işləmir. Bu səbəbdən hər ay hər uşağa görə 100 manat aliment ödəyə bilər. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-345/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin olunaraq, Cavabdeh ilə Məmmədova (Cəfərova) Gülşən Nasir qızı arasında bağlanmış və Şabran rayonu Əmirxanlı İƏD tərəfindən xx xxxx 2004-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X3 anası Məmmədova (Cəfərova) Gülşən Nasir qızının himayəsində saxlanılması və xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 70 manat sabit pul məbləğində aliment olmaqla, 210 manat aliment tutulub, Məmmədova (Cəfərova) Gülşən Nasir qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 274201 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2017-ci il tarixində ləğv edilmişdir. İş materiallarında olan Dəvəçi rayon İHB-nin Əmirxanlı İnzibati Ərazi Vahidliyi tərəfindən qeydə alınmış AZ-İ № 745996 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.2006-cı ildə Dəvəçi rayonu, Əmirxanlı kəndində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Dəvəçi rayon İHB-nin Əmirxanlı İnzibati Ərazi Vahidliyi tərəfindən qeydə alınmış AZ-İ № 872371 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2006-cı ildə Dəvəçi rayonu, Əmirxanlı kəndində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Dəvəçi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış AZ-İİ № 287362 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X10 xx.xx.2008-ci ildə Dəvəçi rayonunda doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 349274 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh X1 xx xxxxxx 2019-cu il tarixində doğulmuş X4 atası hesab edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, cavabdehin yenidən ailə quraraq bir azyaşlı uşağının olması, bundan əlavə məhkəmədə mübahisə edilməyən hallarla cavabdehin Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-345/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin borcunun olması ona dəlalət edir ki, cavabdeh hal-hazırda iddiaçı tərəfindən tələb edilən miqdarda alimenti ödəmək iqtidarında deyildir.Ona görə də məhkəmə işin faktiki hallarını və uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsi nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləğinin artırılaraq hər uşaq üçün 100 manat həddində müəyyən edilməsi işin həqiqi hallarına uyğundur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-345/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar