Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-180/2021 26.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi, İddiaçı X8 Cəmiyyətinin nümayəndəsi X3, Cavabdehlər Cavabdeh3, Cavabdeh2 iştirakı ilə, İddiaçı X8 Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı X8 Cəmiyyətinin xeyrinə 17R000007035 saylı kredit razılaşması üzrə 15597.16 ABŞ dolları kredit borcu, 11823.71 ABŞ dolları faiz borcu və 8028.4 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 35449.27 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, 35449.27 ABŞ dolları borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 ümumi qaydada tutulması, fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilərək fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X8 Cəmiyyətinin nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh3 AccessBank QSC ilə bağladığı 28.02.2013cü il tarixli 17L000001567 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları kredit xətti açılmışdır. Tərəflər arasında imzalanmış 30.06.2014-cü il tarixli 1567 saylı sazişlə kredit xəttinin məbləği 50000 ABŞ dolları müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 AccessBank QSC ilə bağladığı 30.06.2014-cü il tarixli 17R000007035 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları kredit götürmüşdür. Tərəflərin imzaladıqları 17.03.2015-ci il tarixli 17R000007035S saylı, 22.02.2016-cı il tarixli 17R000007035SA saylı, 21.10.2016-cı il tarixli 17R000007035SB saylı, 17.04.2017-ci il tarixli 17R000007035SC saylı, 16.10.2017-ci il tarixli 17R000007035SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 22.10.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 14402.84 ABŞ dolları ödəmiş, onun 15597.16 ABŞ dolları kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 19.12.2019-cu il tarixə 423 gün üçün hesablanmış faiz borcu 11823.71 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % cərimə ödəməlidir. 19.12.2019-cu il tarixə 423 gün üçün hesablanmış cərimə 8028.4 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh3 ilə bank arasında bağlanılmış 18.06.2014-cü il tarixli ipoteka müqaviləsi (Abşeron rayon 2 saylı notariat kontorunun xüsusi notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilib) əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 4, dalan 2, mülkiyyət növü bələdiyyə, istifadədə olan 0.00664 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətli 1 mərtəbəli 53.9 kv.m ümumi, 37.2 kv.m yaşayış, 16.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 4 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 22 saylı reyestr kitabının 30 saylı vərəqində qeydiyyata alınmış RX seriyalı ******* saylı çıxarışla həmin fərdi yaşayış evi Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün AccessBank QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan AccessBank QSC cavabdeh - ipoteka verən Cavabdeh3 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndində uyğun olaraq 06.11.2019-cu il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 14.11.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı AccessBank QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Mülki iş üzrə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.05.2021-ci il tarixli 09/3113 saylı rəyi ilə o, razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, AccessBank QSC ilə bağladığı 28.02.2013-cü il tarixli 17L000001567 saylı kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 30000 ABŞ dolları kredit xətti açılmışdır. 30.06.2014-cü il tarixli 1567 saylı sazişlə kredit xəttinin məbləği 50000 ABŞ dolları müəyyən edilmişdir. AccessBank QSC ilə bağladığı 30.06.2014-cü il tarixli 17R000007035 saylı kredit razılaşması əsasında isə 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları kredit götürmüşdür. AccessBank QSC ilə bağladığı kredit müqaviləsi əsasında götürdüyü kredit məbləğini ev almaq üçün əldə etmiş və həmin məbləğ əsasında da aldıqları evi bank qarşısında ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə borcunu əvvəl vaxtında ödəmiş, lakin sonradan fevralın 26-da 1999-cu il təvəllüdlü oğlu X4 cəbhədə baş verən atışma zamanı şəhid olması, həmçinin həyat yoldaşının işsiz qalması səbəbindən maddi çətinlikləri yaranmışdır. Belə ki, hazırda o, özü fərdi əməklə məşğul olur. Onların yaşayış yeri kimi qeyd olunan həmin evdə isə 5 nəfər ailə üzvü qeydiyyatda olmaqla yaşayırlar. Bu səbəbdən də mülki iş üzrə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.05.2021-ci il tarixli 09/3113 saylı rəyi ilə razı deyildir. Belə ki, iddiaçı tərəfindən, həmçinin ekspert rəyi ilə hesablanmış faiz və cərimə borcunun şişirdildiyini, artıq hesablandığını düşünür. Maddi vəziyyəti aşağı olduğundan kredit müqaviləsi üzrə borcundan hər ay 150 manat banka ödəniş edə bilər. Ona görə də göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək digər Cavabdeh3 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh3 arasında bağlanmış 28.02.2013-cü il tarixli 17L000001567 saylı kredit xətti müqaviləsindən görünür ki, bank borcalana 120 ay müddətinə, yəni 28.02.2023-cü il tarixədək 30 000 ABŞ dolları kredit xətti açmağı öhdəsinə götürmüşdür. Kredit xətti müqaviləsinin 2.2-ci bəndinə əsasən bu müqavilə əsasında kreditlərin verilməsi və qaytarılması hər bir fərdi kredit razılaşmasının şərtlərinə və müvafiq ödəniş planına uyğun olaraq həyata keçirilməlidir. Kredit xətti müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə borcverənin müqaviləyə vaxtından əvvəl xitam vermək və kredit müqaviləsi üzrə borcu, faizi və digər məsrəfləri tələb etmək hüququ yaranır. Kredit xətti müqaviləsinin 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. -AccessBank QSC ilə borcalan Cavabdeh3 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 30.06.2014-cü il tarixli 1567 saylı sazişdən görünür ki, bank ilə kreditalan 28 fevral 2013-cü il tarixdə bağlanmış 17L000001567 saylı kredit xətti müqaviləsinin 1.1 bəndinə dəyişiklik edilmiş və əlavələr edilməklə həmin 1.1 bəndində aşağıdakı redaksiyalarda yazılmışdır: «1.1 Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kreditalana 50000 ABŞ dolları kredit xəttini açır. Kreditlər tərəflər arasında kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir.” Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh3 arasında bağlanmış 28.02.2013-cü il tarixli 17L000001567 saylı kredit xətti müqaviləsi üzrə 30.06.2014-cü il tarixli 17R000007035 saylı kredit razılaşmasından görünür ki, bank bu kredit razılaşmasının şərtlərinə uyğun olaraq kredit alana aylıq faiz dərəcəsi 1,5833 % olmaqla 48 ay müddətinə 30000 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 2.3-cü bəndindən görünür ki, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1. bəndi ilə müəyyən olunuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. -AccessBank QSC-nin 30.06.2014-cü il tarixli qəbzindən görünür ki, AccessBank QSC Cavabdeh3 hesabına ayırdığı kreditə görə 30 000 ABŞ dolları köçürmüşdür. -AccessBank QSC-nin 30.06.2014-cü il tarixli 17R000007035 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh3 30.06.2014-cü il tarixdən 05.07.2018-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 30 000 ABŞ dolları, faiz borcuna görə 13405,40 ABŞ dolları olmaqla 43405,40 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh3 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 17.03.2015-ci il tarixli 17R000007035S saylı sazişdən görünür ki, 28.02.2013-cü il tarixli 17L000001567 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 30.06.2014-cü il tarixdə bağlanmış 17R000007035 saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 17.03.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmiş, kreditalan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir, kreditalanın yeni ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı yeni ödəniş planı üzrə ödənişlərin sayının 2 (iki) mislindən artıq sayda olduqda yeni ödəniş plani üzrə “0” faiz hesablanmış aylar üzrə kreditin qalıq məbləğlərinə bank kredit razılaşması ilə müəyyən olunmuş faiz dərəcəsi ilə faizləri hesablayaraq kredit alandan tələb edə bilər və bu halda kredit alan həmin faizləri banka ödəməlidir. -AccessBank QSC-nin 30.06.2014-cü il tarixli 17R000007035 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh3 17.03.2015-ci il tarixdən 05.03.2020-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 26510.57 ABŞ dolları, faiz borcuna görə 13105,73 ABŞ dolları olmaqla 39616,3 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh3 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 22.02.2016-cı il tarixli 17R000007035SA saylı sazişdən görünür ki, 28.02.2013-cü il tarixli 17L000001567 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 30.06.2014-cü il tarixdə bağlanmış 17R000007035 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 22.02.2016-cı il tarixli tarixdən aylıq 1.5833%; 07.02.2017-ci il tarixdən aylıq 1.5%; 05.02.2018-ci il tarixdən aylıq 1.4167%; 05.02.2019-cu il tarixdən aylıq 1.3333%; 05.08.2019-cu il tarixdən aylıq 3% dərəcəsi ilə faizlər hesablanır. Kreditalan bu sazişə əlavə olunan 22.02.2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəyir. Kreditalan ödəniş planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün bank kreditin qalıq məbləğinə bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və kreditalandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda kreditalan dərhal bu bənd üzrə hesablanmış faizləri də banka ödəməlidir. -AccessBank QSC-nin 30.06.2014-cü il tarixli 17R000007035 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh3 22.02.2016-cı il tarixdən 20.08.2020-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 29317.48 ABŞ dolları, faiz borcuna görə 9548,16 ABŞ dolları olmaqla 34952,66 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh3 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 21.10.2016-cı il tarixli 17R000007035SB saylı sazişdən görünür ki, 28.02.2013-cü il tarixli 17L000001567 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 30.06.2014-cü il tarixdə bağlanmış 17R000007035 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 21.10.2016-cı il tarixli tarixdən aylıq 1.5833%; 20.02.2017-ci il tarixdən aylıq 1.5%; 20.02.2018-ci il tarixdən aylıq 1.4167%; 20.02.2019-cu il tarixdən aylıq 1.3333%; 22.10.2019-cu il tarixdən aylıq 0% dərəcəsi ilə faizlər hesablanır. Kreditalan bu sazişə əlavə olunan 21.10.2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəyir. Kreditalan ödəniş planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün bank kreditin qalıq məbləğinə bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və kreditalandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda kreditalan dərhal bu bənd üzrə hesablanmış faizləri də banka ödəməlidir. -AccessBank QSC-nin 30.06.2014-cü il tarixli 17R000007035 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh3 21.10.2016-cı il tarixdən 20.10.2020-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 20485.22 ABŞ dolları, faiz borcuna görə 10264,86 ABŞ dolları olmaqla 32495,48 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh3 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 17.04.2017-ci il tarixli 17R000007035SC saylı sazişdən görünür ki, 28.02.2013-cü il tarixli 17L000001567 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 30.06.2014-cü il tarixdə bağlanmış 17R000007035 saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 17.04.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. -AccessBank QSC-nin 30.06.2014-cü il tarixli 17R000007035 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh3 17.04.2017-ci il tarixdən 20.10.2020-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 19235.22 ABŞ dolları, faiz borcuna görə 10693,22 ABŞ dolları olmaqla 31753,78 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh3 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 16.04.2017-ci il tarixli 17R000007035SD saylı sazişdən görünür ki, 28.02.2013-cü il tarixli 17L000001567 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 30.06.2014-cü il tarixdə bağlanmış 17R000007035 saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 16.10.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. -AccessBank QSC-nin 30.06.2014-cü il tarixli 17R000007035 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh3 20.10.2017-ci il tarixdən 22.09.2020-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 18023.22 ABŞ dolları, faiz borcuna görə 11436,45 ABŞ dolları olmaqla 31285,01 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -AccessBank QSC ilə zamin Cavabdeh1 arasında bağlanmış 28.02.2013-cü il tarixli 17S000002778 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borclunun 28.02.2013-cü il tarixli 17L000001567 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməklə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. -AccessBank QSC ilə zamin Cavabdeh1 arasında bağlanmış 28.02.2013-cü il tarixli 17S000002778 saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 30.06.2014-cü il tarixli 2778 saylı sazişdən görünür ki, bank ilə zamin arasında 28.02.2013-cü il tarixdə bağlanmış 17S000002778 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verliməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar: Kredit xəttinin məbləği: 50000 ABŞ dolları yazılmışdır. Bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir və borclunun 28.02.2013-cü il tarixdə bağlanmış 17L000001567 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. -AccessBank QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış 28.02.2013-cü il tarixli 17S000002779 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borclunun 28.02.2013-cü il tarixli 17L000001567 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməklə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. -AccessBank QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış 28.02.2013-cü il tarixli 17S000002778 saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 30.06.2014-cü il tarixli 2779 saylı sazişdən görünür ki, bank ilə zamin arasında 28.02.2013-cü il tarixdə bağlanmış 17S000002778 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verliməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar: Kredit xəttinin məbləği: 50000 ABŞ dolları yazılmışdır. Bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir və borclunun 28.02.2013-cü il tarixdə bağlanmış 17L000001567 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. -AccessBank QSC-nin Cavabdeh2 ünvanladığı 10.01.2019-cu il tarixli 019 saylı, Cavabdeh3 ünvanladığı 10.01.2019-cu il tarixli 020 saylı, Cavabdeh1 ünvanladığı 10.01.2019-cu il tarixli 021 saylı xəbərdarlıqlardan görünür ki, bank birgə borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13.06.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 4 nömrəli fərdi yaşayış evi Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 22 saylı reyestr kitabının 30 saylı vərəqində qeydiyyata alınmışdır. -İpoteka saxlayan AccessBank QSC ilə ipoteka verən və borclu Cavabdeh3 arasında bağlanmış 18.06.2014-cü il tarixli 17M000000729 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka verən 28.02.2013-cü il tarixli 17L000001567 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə formasında bağlanan ayrıca razılaşmalar üzrə öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evini AccessBank QSC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.4-cü bəndindən görünür ki, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 21176.10 manat müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27.06.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 22 saylı reyestr kitabının 30 saylı vərəqində qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 4 nömrəli fərdi yaşayış evi 28.02.2013-cü il tarixli 17L000001567 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 120 ay müddətinə AccessBank QSC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. -AccessBank QSC-nin Cavabdeh3 ünvanladığı 06.11.2019-cu il tarixli 12380 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, bank ipoteka verənə kredit müqaviləsi üzrə borc ödənilmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılması barədə xəbərdarlıq etmişdir. -AccessBank QSC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı 14.11.2019-cu il tarixli 12841 saylı ərizədən görünür ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, bildiriş ********* nömrə ilə qeydə alınmış, bildirişin qeydə alınması üçün 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu ödənilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 12.06.2014-cü il tarixli 120 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evində Cavabdeh4 2005-ci ildən qeydiyyatda olmaqla yaşayır. -Cavabdeh4 notarial qaydada təsdiq olunmuş 18.06.2014-cü il tarixli, Cavabdeh2 notarial qaydada təsdiq olunmuş 19.06.2014-cü il tarixli ərizəslərinin surətindən görünür ki, onlar Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinin bank qarşısında ipoteka qoyulmasına razılıq verərək əmlaka tutma yönəldiyi və satıldığı halda onu qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. -AccessBank QSC-nin 13.01.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 30.06.2014-cü il tarixli 17R000007035 saylı kredit razılaşması üzrə 19.12.2019-cu il tarixə əsas borca görə 15597.16 ABŞ dolları, faiz borcuna görə 11823.71 ABŞ dolları, cəriməyə görə 8028.4 ABŞ dolları olmaqla cəmi 35449.27 ABŞ dolları borcu vardır, cərimə hesablanmış gecikdirilən günlərin sayı 423 gün təşkil edir. -AccessBank QSC-nin hesabdan çıxarışından görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə borcundan sonuncu dəfə 20.07.2017-ci il tarixdə 202 manat ödəniş etmişdir. -Səbail RPŞ tərəfindən verilmiş 14.03.2002-ci il tarixli AZE № 000***** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri Səbail rayonu M.Rəsulzadə küçəsi 5 saylı evdə yataqxanada qeydiyyatdadır. -Salyan RPŞ tərəfindən verilmiş 23.10.2008-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Salyan rayonu Dayıkənd kəndində qeydiyyatdadır. -Salyan RPŞ tərəfindən verilmiş 26.04.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 Salyan rayonu Dayıkənd kəndində qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 29.08.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh3 Abşeron rayonu Quşçuluq Y/M 6-cı küçə döngə-4, 15A saylı evdə qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 10.01.2020-ci il tarixli arayışdan görünür ki, Hacıyev X9 rayonu Quşçuluq Y/M 6-cı küçə döngə-4, 27 saylı evdə qeydiyyatdadır. -13.01.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 102.1. maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.01.2021-ci il tarixli 9/3748 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və iddiaçı Accessbank QSC ilə Cavabdeh3 arasında bağlanılmış 16 oktyabr 2017-ci il tarixli, 17R000007035SD saylı sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh3 iddiaçı Accessbank QSC-yə iddia tələbinin tarixinə yəni 19.12.2019-cu il tarixə olan borcu 11248,04 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 11248,04 ABŞ dolları; faiz borcu üzrə 00,00 ABŞ dolları. Qeyd edilirki, iş materiallarından göründüyü kimi, Cavabdeh3 ilə Accessbank QSC arasında bağlanmış 16 oktyabr 2017-ci il tarixli, 17R000007035SD saylı, kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh3 cərimə hesablanmır. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. -Heba Consulting MMC-nin 25.02.2021-ci il tarixli Ç-037 saylı arayışından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-1543/2020 saylı, 02.09.2020-ci il tarixli qərardadına əsasən hal-hazırda bazar qiymətinin və likvid qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. İş Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, Azərbaycan Milli Qiymətləndirmə Standartlarına uyğun, məhdudlaşdırıcı şərtlər və ehtimallar çərçivəsində aparılmışdır. Qiymətləndirmə prosesi ümumilikdə obyektin təftişi, faktiki vəziyyətinin hüquqi sənədlərlə eyniləşdirilməsi, lazımi yanaşmaların və metodların seçilməsi, müvafiq bazarın araşdırılması və hesablamaların aparılması, əmlakın hal-hazırda bazar qiymətinin və likvid qiymətinin müəyyən edilməsi mərhələlərindən ibarət olmuşdur. Təftiş zamanı məlum olmuşdur ki, qiymətləndirilən fərdi yaşayış evinin hüquq müəyyənedici sənədində (Çıxarış) qeyd olunan göstəricilər obyektin faktiki vəziyyəti ilə eyniləşir, əlavə və ya əskik olan hər hansı tikili, tikilinin sahəsi və torpaq sahəsi aşkar edilməmişdir. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 4, dalan 2-də, istifadədə olan 0.00664 ha torpaq sahəsi üzərində yerləşən, Cavabdeh3 mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 53.9 m2 ümumi, 37.2 m2 yaşayış, 16.7 m2 yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin hal-hazırda bazar qiyməti: 33 000 (otuz üç min) manat; likvid qiyməti: 28 000 (iyirmi səkkiz min) manat təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.05.2021-ci il tarixli 09/3113 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və 28 fevral 2013-cü il tarixli, 17L000001567 saylı kredit xətti müqaviləsinə əsasən 30.06.2014-cü il tarixli 1567 saylı sazişlə, kredit xətti müqaviləsinə əsasən aşağıdakı sazişlər əlavə və dəyişikliklər olunmuşdur; 17.03.2015-ci il tarixli, 17R000007035S saylı saziş razılaşması, 22.02.2016cı il tarixli, 17R000007035SA saylı saziş razılaşması, 21.10.2016-cı il tarixli, 17R000007035SB saylı saziş razılaşması, 17.04.2017-ci il tarixli, 17R000007035SC saylı saziş razılaşması, 16.10.2017-ci il tarixli, 17R000007035SD saylı saziş razılaşmasının qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh3 iddiaçı Accessbank QSC-yə iddia tələbinin tarixinə yəni 19.12.2019-cu il tarixə, borcu 36494,91 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 16808,71 ABŞ dolları; faiz borcu üzrə 11657,8 ABŞ dolları; cərimə borcu üzrə 8028,40 ABŞ dolları. Qeyd edilirki, Cavabdeh3 ilə Accessbank QSC arasında bağlanmış yuxarıda göstərilən sazişlərə əsasən 20.02.2017-ci il tarixdə, 20.02.2018-ci il tarixdə və 20.02.2019-cu il tarixlərdə illik faiz dərəcələri dəyişdirilərək faiz dərəcələri azaldılmışdır. Həmin faiz dərəcələri tərtib olunmuş cədvəl məlumatında göstərilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə Cavabdeh3 digər cavabdehlər olan zaminlər Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə bank qarşısında öhdəliyi yaranmışdır və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müyyən olunmuşdur ki, AccessBank QSC ilə Cavabdeh3 arasında bağlanmış 28.02.2013-cü il tarixli 17L000001567 saylı kredit xətti müqaviləsinə əsasən borcalana 120 ay müddətinə 30000 ABŞ dolları kredit xətti açılmış, 30.06.2014-cü il tarixli 1567 saylı sazişlə kredit xəttinin məbləği 50000 ABŞ dolları müəyyən edilmiş, 30.06.2014-cü il tarixli 17R000007035 saylı kredit razılaşmasına əsasən isə 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları kredit verilmişdir. 17.03.2015-ci il tarixli 17R000007035S saylı, 22.02.2016-cı il tarixli 17R000007035SA saylı, 21.10.2016-cı il tarixli 17R000007035SB saylı, 17.04.2017-ci il tarixli 17R000007035SC saylı, 16.10.2017-ci il tarixli 17R000007035SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 18.06.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən iddiaçı X8 Cəmiyyəti tərəfindən kredit müqaviləsi üzrə birgə borclulardan əsas borca görə 15597.16 ABŞ dolları, faiz borcuna görə 11823.71 ABŞ dolları və cərimə borcuna 8028.4 ABŞ dolları olmaqla, cəmi 35449.27 ABŞ dolları borc, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.05.2021-ci il tarixli 09/3113 saylı rəyinə əsasən isə əsas borca görə 16808,71 ABŞ dolları, faiz borcuna görə 11657,8 ABŞ dolları və cərimə borcuna 8028,40 ABŞ dolları olmaqla, cəmi 36494,91 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə ekspert rəyini yanaşı qiymətləndirərək əsas borca görə 15597.16 ABŞ dolları, faiz borcuna görə 11657,8 ABŞ dolları borcun tutulmasını daha obyektiv və ədalətli hesab edir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi nəticəsində iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehlərin ödəmələri vaxtında icra etməməsi onlara 8028.4 ABŞ dolları cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə 15597.16 ABŞ dolları əsas borc üzrə hesablanmış 8028.4 ABŞ dolları cərimənin azaldılaraq 500 ABŞ dolları müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Mülki Məcəllənin: 472.1 maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2 maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3 maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı iddiaçı Accessbank QSC ilə borcalan Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 və Cavabdeh1 bank ilə bağladığı zaminlik müqavilələrinə əsasən cavabdeh borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıması öz təsdiqini tapdığından, məhkəmə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı Accessbank QSC-nin xeyrinə əsas borca görə 15597.16 ABŞ dolları, faiz borcuna görə 11657,8 ABŞ dolları, cərimə borcuna görə 500 ABŞ dolları borcun tutulmasını qənaətinə gəlir. Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İpoteka haqqında Qanun adlanacaq) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evini iddiaçı Accessbank QSC qarşısında ipoteka ilə yüklü etmiş və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyərinin tərəflərin qarşılıqlı razılığı ilə 21176.10 manat olması müəyyən edilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. İpoteka haqqında Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində qeyd edir ki, iddia tələbində Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti göstərilmədiyindən, tərəflər arasında 18.06.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyərinin 21176.10 manat olması və aradan keçən yeddi il müddətində daşınmaz əmlak bazarında kəskin qiymət fərqlərinin olması istisna edilmədiyindən və mübahisəli olduğundan məhkəmə Heba Consulting MMC-nin 25.02.2021-ci il tarixli Ç-037 saylı arayışına əsasən əmlakın bazar qiymətinin likvid qiyməti 28000 manat dəyərində müəyyən edilməsinə əsaslanaraq, Cavabdeh3 məxsus fərdi yaşayış evinin likvit qiymətinin 28000 manat müəyyən olunmaqla açıq hərracdan satılması qərarına gəlir. İpoteka haqqında Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra, əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh3 qaytarılmalıdır, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. İpoteka haqqında Qanunun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Başqa sözlə qanunun mənasına görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evi açıq hərracda çıxarılıb satıldıqdan bir ay sonra fərdi yaşayış evindən Cavabdeh4 çıxarılmalı, fərdi yaşayış evi boşaldılaraq alıcıya təhvil verilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh3 mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27.06.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən fərdi yaşayış evi AccessBank QSC-nin adına ipoteka ilə yüklü edilsə də hazırda da Cavabdeh3 mülkiyyətindədir. Şəxsin istifadə hüququnun itirilməsi tələbi mülkiyyətçinin subyektiv hüququdur. Mülkiyyət hüququ iddiaçıya keçmədiyindən belə bir tələbetmə hüququ ilə çıxış edə bilməz. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh3 iddiaçı Accesbank QSC-dən aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zaminlər Cavabdeh2 və Cavabdeh1 isə borclunun əvəzinə hər hansı ödəniş etməmişlər və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də X8 Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30.06.2014-cü il tarixli 17R000007035 saylı kredit razılaşması üzrə əsas borca görə 15597.16 ABŞ dolları, faiz borcuna görə 11657,8 ABŞ dolları, cərimə borcuna görə 500 ABŞ dolları olmaqla, ümumilikdə 27754.96 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti tutulmalı, tutma ipoteka qoyulmuş Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, ipoteka predmetinin satış qiyməti 28000 manat müəyyən edilməli, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 27754.96 ABŞ dolları borc, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə iddiaçı X8 Cəmiyətinin xeyrinə ödənilməli, iddiaçıya tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılmalı, ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda Cavabdeh4 fərdi yaşayış evini boşaldaraq ən geci bir ay ərzində fərdi yaşayış evindən çıxarılmalı, iş üzrə ödənilmiş 60 manat məhkəmə xərclərinin (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, ekspertiza tədqiqatına görə ümumilikdə 200 manat pul vəsaiti cavabdehlərdən müşdərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cəmi 200 manat, eləcə də iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30.06.2014cü il tarixli 17R000007035 saylı kredit razılaşması üzrə əsas borca görə 15597.16 (on beş min beş yüz doxsan yeddi ABŞ dolları on altı sent) ABŞ dolları, faiz borcuna görə 11657,8 (on bir min altı yüz əlli yeddi ABŞ dolları səksən sent) ABŞ dolları, cərimə borcuna görə 500 (beş yüz ABŞ dolları) ABŞ dolları olmaqla, ümumilikdə 27754.96 (iyirmi yeddi min yeddi yüz əlli dörd ABŞ dolları doxsan altı sent) ABŞ dolları borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 manat (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı) iddiaçı X8 Cəmiyətinin xeyrinə tutulsun. Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldilsin, həmin fərdi yaşayış evinin likvid satış qiyməti 28000 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 27754.96 (iyirmi yeddi min yeddi yüz əlli dörd ABŞ dolları doxsan altı sent) ABŞ dolları borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 manat AccessBank QSC-nin hesabına, 200 manat ekspertiza xərci Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin, AccessBank QSC-yə tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılsın. ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda Cavabdeh4 fərdi yaşayış evini boşaldaraq ən geci bir ay ərzində həmin fərdi yaşayış evindən çıxarılsın. Ekspertiza tədqiqatına görə ümumilikdə 200 (iki yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov