Məhkəmə qərarları › İş №2(012)-1802/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1802/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1802/2021 15.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 330 manat məbləğində əsas borc, 904,78 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54,20 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 847251 saylı kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 330 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1289,98 manat təşkil edir. Bundan 330 manat məbləğində əsas, 904,78 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54,20 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********376 saylı xx.xx.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Buna görə də, Cavabdeh 330 manat məbləğində əsas borc, 904,78 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54,20 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Buna görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsini və iddia ərizəsi ilə birlikdə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədləri araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Kreditlərin idarə edilməsi departamentinin Məhkəmə və İcra orqanları ilə iş idarəsinin xx xxxxxxx 2020-ci il tarixli **********249 №-li maliyyə arayışında göstərilir ki, borcalan Cavabdeh xx xxxxxx 2014-cü il tarixli 847251 saylı kredit müqaviləsi üzrə borcverən ləğv prosesində olan İddiaçı ASC-yə xx xxxxxxx 2020-ci il tarixinə 330 manat məbləğində əsas borc, 904,78 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54,20 manat faiz borcu olmaqla, cəmi 1289,98 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilən iddia ərizəsində Cavabdeh İddiaçı ASC tərəfindən xx xxxxxx 2014-cü il tarixli 847251 №-li kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən 36 ay müddətinə 330 manat məbləğində kredit xətti açılmışdır. Müddəti xx xxxxxx 2017-ci ildə bitməli olan xx xxxxxx 2014-cü il tarixli 847251 №-li kredit müqaviləsi üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx xxxxxxx 2020-ci il tarixinə hesablanmış 330 manat məbləğində əsas, 904,78 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54,20 manat faiz borcu olmaqla, cəmi 1289,98 məbləğində borcun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və tələb olunan həmin borc məbləğinin təsdiqi kimi məhkəməyə yalnız Kreditlərin idarə edilməsi departamentinin Məhkəmə və İcra orqanları ilə iş idarəsinin xx xxxxxxx 2020-ci il tarixli **********249 №-li maliyyə arayışı təqdim olunmuşdur (xx xxxxxx 2014-cü il tarixli 847251 №-li kredit müqaviləsinin əsli və yaxud müvafiq qaydada təsdiq olunmuş surəti ümumiyyətlə iş materiallarına əlavə edilməmişdir). Bu halda isə iddiaçının nümayəndəsinin özü tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli **********249 №-li maliyyə arayışı xx xxxxxx 2017-ci ilədək qaytarılmalı olan kredit məbləği üzrə xx xxxxxxx 2020-ci il tarixinə hesablanmış 330 manat məbləğində əsas, 904,78 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54,20 manat faiz borcu olmaqla, cəmi 1288,98 manat məbləğində borcun qalmış olması, yəni iddia tələbini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmin arayışdan başqa iddia tələbi üzrə tələb olunan borc məbləğini təsdiq edən hər hansı bir sübut iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli **********249 №-li maliyyə arayışı isə iddiaçı tərəfin mənafeyini və marağını əks etdirdiyi üçün digər sübutlarla təsdiq olunmadığı halda iddia tələbinin əsaslılığını sübut edən mötəbər sübut növü kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Lakin iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etmədiyindən məhkəmə iddiaçıya əlavə sübutların təqdim edilməsi üçün təklif verə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair xx xxxx 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən həmin Qərarda qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki-Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki-Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Lakin məhkəmə araşdırması zamanı İddiaçı ASC ilə Cavabdeh arasında bağlandığı iddia edilən xx xxxxxx 2014-cü il tarixli 847251 №-li kredit müqaviləsi üzrə xx xxxxxxx 2020-ci il tarixinə ödənilməmiş 330 manat məbləğində əsas, 904,78 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54,20 manat faiz borcu olmaqla, cəmi 1288,98 məbləğində borcun olması faktı - iddiaçı tərəfindən mötəbər sübutlarla sübuta yetirilməmişdir. Yəni həmin iddia tələbi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq sübut edilməmişdir. Qeyd etmək lazımdır ki, hazırki iş üzrə iddia tələbinin əsasını təşkil edən və müddəti xx xxxxxx 2017-ci ildə bitməli olan xx.xx.2014-cü il tarixli 847251 №-li kredit müqaviləsi üzrə verilmiş kreditin qaytarılması barədə iddia verilməsinə baxmayaraq, iddia ərizəsində qeyd edilmiş xx xxxxxx 2014-cü il tarixli 847251 №-li kredit müqaviləsinin əsli və yaxud müvafiq qaydada təsdiq olunmuş surəti ümumiyyətlə iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi sübuta yetmədiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Ona görə də hazırki iddia ərizəsi üzrə iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar