Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1806/2024 04.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərdə iştirak etmə tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərdə iştirak etmə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılması, hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, həmçinin cavabdehin uşaqların əlavə xərclərində iştirakı üçün hər ay alimentdən əlavə olaraq hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh X2 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək onunla cavabdeh Məmmədova (Əliyeva) Türkanə Salman qızı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış nikahın pozulmasını xahiş etmişdir. Məhkəmə gedişatında o, vəsatətlə məhkəməyə müraciət edərək alimentin tutulmasını istəmişdir. İddiaçı həmçinin məhkəmədə iddia qaldıraraq xx.xx.2013-cii il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması iiçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, uşaqların müalicəsi iiçün xərclədiyi 1379 manat vəsaitin birdəfəlik şəkildə cavabdehdən tutulması, uşaqların müalicəsi davam etdiyindən müalicə xərclərinin qarşılanması üçün cavabdehdən hər ay 100 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra, İddiaçı iddia tələbini dəyişərək məhkəmədən xx.xx.2013-cii il təvəllüdlü X6 alimentini artırılmasını və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması iiçiin hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 1352/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2013-cii il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulmasını qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 26.04.202l-ci il tarixli, 2(012)-1352/2021 saylı qətnaməsinin qismən ləğv edilərək xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2794/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətini qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1352/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, qətnamə “Cavabdeh xx.xx.2013-cii il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulsun” hissəsində ləğv edilmiş, iddianın həmin hissədə təmin edilməməsi, iddianın qismən təmin edilməsi qət olunmuş, qətnamə Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.01.202l-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulsun, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi və qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. X1 11 yaşı, X4 isə xx.xx.2017-ci il təvəllüdlü 7 yaşı var. Hər iki övladı məktəblidir. Abşeron Rayon Məhkəməsinə alimentin artırılması üçün müraciət etmiş, aliment artırılaraq hər iki uçaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Lakin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermiş, onun apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin həmin iş üzrə 04 aprel 2022-ci il tarixli 2(012)-1529/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il qətnaməsində aliment iki uşaq üçün cəmi 400 manat olmuşdur, lakin bu məbləğ uşaqların heç bir xərcini ödəmək üçün yetmir, artan qida, geyim, kommunal xərcləri, həkim müayinəsi üçün və müalicəsi iki uşağa görə və həmçinin əlavə təhsil xərclərini və əlavə təhsil məşğələlərini ödəmir Hər iki övladı orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, oğlu həm də allergiya xəstəsidir. Diabetə meyllilik var və həmçinin də oğlu Elcan göz xəstəliyindən və dəri problemi qaşınma və həmçinin allergiyadan əziyyət çəkir. Uşağın müalicəsinə, dərmanlarına, eynəklərinin dəyişilməsinə mütəmadi çox xərc çəkilir. İkinci oğlu Məmmədli Uğur kəskin allergiya xəstəliyindən əziyyət çəkir və həmçinin diabetə meyllidir, onun da müalicə və müayinəsi, dərmanları xeyli xərc tələb edir. Mtitamadi olaraq hər 2 övladının müalicə və dərmanlarına pul vəsaiti lazımdır. Cavabdeh uşaqların saxlanılması üçün məhkəmə aktları ilə müəyyən edilən alimenti mtitamadi ödəmir, aliment məbləğindən əlavə heç bir xərclər də iştirak etmir. Uşaqlarının bütün qayğısını və ehtiyacını tamamilə özü çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Özünün də səhhətində problemləri var, belə ki o, zob xəstəsidir, bel-onurğa ağrıları mövcuddur. Cavabdeh "xxxx" MMC-də aşbaz vəzifəsidə işləyir və aylıq əmək haqqı ona məlum deyil. Bununla yanaşı o, taksi sürür və gəlir əldə edir. O, həm aşbaz, həm də taksi fəaliyyəti göstərir və aylıq gəliri 2000 - 3000 manatdan çoxdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi. O bildirdi ki, təkrar nikaha girdiyindən alimentin artırılmasına maddi cəhətdən gücü çatmır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 437147 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasındakı nikahın pozulması aktı xx.xx.2022-ci il tarixdə qeydə alınmşdır. İşd olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2411/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1529/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədir və onların maddi ehtiyacları artmaqdadır. Məhkəmə uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2411/2023 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay cəmi 400 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay cəmi 470 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Bundan başqa, iddia ərizəsindən görünür ki, İddiaçı cavabdehin uşaqların əlavə xərclərində iştirakı üçün hər ay alimentdən əlavə olaraq hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat pulun Cavabdeh tutulmasını da xahiş edir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İşdə olan çoxsaylı ödəmə qəbzlərindən görünür ki, İddiaçı birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 müayinə və müalicə olunması üçün bir sıra tibb müəssisələrinə müəyyən məbləğdə vəsait ödəmişdir. Məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşaqların müalicə olunmasında cavabdehin də valideyn kimi iştirak etməsi zəruridir və bu səbəbdən də o, zəruri xərclərə cəlb edilməlidir. Bu baxımdan cavabdehdən hər ay 30 manat məbləğində vəsaitin tutulması məhkəmənin qənaətinə görə ağlabatandır. Beləliklə, məhkəmə iş materiallarını araşdırararq, hesab edir ki, iddia qismən təmin olunmalı, qət edilən alimentin miqdarı dəyişdirilməli, birgə nikahdan doğulmuş Elcan və Uğur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment, o cümlədən hər ay cəmi 30 manat vəsait Cavabdeh tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2411/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment, o cümlədən həmin uşaqların müalicəsi üçün hər ay hər uşağa 15 manat olmaqla, cəmi 30 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hazırki mübahisə üzrə mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1806/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1806/2024
04.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver