Məhkəmə qərarları › İş №2(012)-1810/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1810/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1810/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi katibliyi, İddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi X2, Cavabdeh3 iştirakı ilə, İddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit üzrə əsas borcun, hesablanmış faiz borcunun və əldən çıxmış faydanın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 aprel 2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclularla bağlanmış 10.09.2015-ci il tarixli, L-BK-0039177-F nömrəli birgə borcluluq, kredit və BK-00024520, BK-00024522 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş 1747,31 ABŞ dolları məbləğində əsas borc və 818,17 ABŞ dolları faiz borcu və 106,01 ABŞ dolları olmaqla, cəmi 2671,49 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT «xxxx» MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 BOKT «xxxx» MMC-nin Bakı filialına müraciət edərək, ailə üzvlərindən ibarət birgə borclular qrupu yaratmaq istəklərini bildirmişlər və cavabdehlərlə təşkilat arasında 10.09.2015-ci il tarixli L-BK-0039177-F nömrəli X3 bağlanmışdır. Daha sonra X1 əsasən birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh3 ilə 10.09.2015-ci il tarixli L-BK-0039177-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Dövriyyə kapitalı” məqsədilə birgə borclulara 24 ay müddətinə, aylıq 2.42 %, illik 29 % olmaqla 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq borclunun zaminləri Cavabdeh1 və Cavabdeh2 ilə müvafiq olaraq BK-00024520, BK-00024522 saylı Zaminlik müqavilələri bağlanmışdır. BOKT «xxxx» MMC ilə cavabdehlər arasında 12.12.2017-ci il tarixində imzalanmış rəsmi razılaşma protokollarına əsasən kreditin faizi 12 %-ə endirilərək, kredit və zaminlik müqavilələrinin müddəti 30.11.2020-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni 10.09.2015-ci il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 752,69 ABŞ dolları, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1370,82 ABŞ dolları və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 344,50 ABŞ dolları olmaqla, cəmi 2468,01 ABŞ dolları məbləğində pul ödənilmişdir. Hal-hazırda borclunun təşkilata ödənilməmiş 1747,31 ABŞ dolları məbləğində əsas borcu və 817,17 ABŞ dolları faiz borcu qalmışdır. Bundan əlavə «xxxx» MMC ilə Cavabdeh3 arasında bağlnmış 10.09.2015-ci il tarixli L- BK-0039177-F saylı Kredit müqaviləsinin 6.7-ci maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 106,01 ABŞ dolları təşkil edir. Təşkilatla borclunun zaminləri arasında bağlanmış 10.09.2015-ci il tarixli BK-00024520, BK-00024522 saylı Zaminlik müqaviləsinin 2.1 bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.2 bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Həmin müqavilənin 2.5 bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından Kreditorun xeyrinə silinməsinə icazə vermişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. O, iddiaçı təşkilatdan 2500 ABŞ dolları məbləğində kredit götürmüş və borc üzrə indiyənədək 3000 manata yaxın ödəniş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan 10.09.2015-ci il tarixli, L-BK-0039177-F №-li kredit müqaviləsindən görünür ki, BOKT «xxxx» MMC ilə borclu Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən BOKT «xxxx» MMC tərəfindən Cavabdeh3 illik faiz dərəcəsi 29 % olmaqla 24 ay 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 10.09.2015-ci il tarixli, BK-00024520 №-li zaminlik müqaviləsindən görünür ki, BOKT «xxxx» MMC ilə Cavabdeh1 arasında 10.09.2015-ci il tarixli, L-BK-0039177-F №-li kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin təminatı üsulu kimi zaminlik müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən zamin BOKT «xxxx» MMC qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 10.09.2015-ci il tarixli, BK-00024522 №-li zaminlik müqaviləsindən görünür ki, BOKT «xxxx» MMC ilə Cavabdeh2 arasında 10.09.2015-ci il tarixli, L-BK-0039177-F №-li kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin təminatı üsulu kimi zaminlik müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən zamin BOKT «xxxx» MMC qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 10.09.2015-ci il tarixli, “L-BK-0039177”-F №-li X3ndən görünür ki, BOKT «xxxx» MMC ilə Cavabdeh3 və Cavabdeh4 arasında X3 bağlanmış və bu müqaviləyə əsasən müqaviləni imzalayan hər bir şəxs 10.09.2015-ci il tarixli, L-BK-0039177-F №-li kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üsulu kimi BOKT «xxxx» MMC qarşısında ailə üzvünün öhdəliyinin tam icrasında iştirak etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan BOKT «xxxx» MMC-nin 01 dekabr 2020-ci il tarixli arayışından görünür ki, hal-hazırda Cavabdeh3 ödənilməmiş 1747,31 ABŞ dolları məbləğində əsas borc və 818,17 ABŞ dolları faiz borcu, cəmi 2671,49 ABŞ dolları məbləğində borcu qalmışdır. 10.09.2015ci il tarixli, L-BK-0039177-F №-li kredit müqaviləsi üzrə faiz hesablanması 16.11.2020-ci il tarixində dayandırılmışdır. Müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) 10.09.2015-ci il tarixli, L-BK-0039177-F №-li kredit müqaviləsinin 6.7-ci maddəsinə əsasən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh3 ilə BOKT «xxxx» MMC arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi BOKT «xxxx» MMC ilə Cavabdeh1, Cavabdeh2 arasında zaminlik müqavilələri, BOKT «xxxx» MMC ilə Cavabdeh4 arasında X3 imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh3 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh3 10.09.2015-ci il tarixli, L-BK- 0039177-F №-li kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi və Cavabdeh4 10.09.2015-ci il tarixli, L-BK-0039177”-F №-li X3 üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri həmin müqavilələr və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, 10.09.2015-ci il tarixli L-BK-0039177-F nömrəli X3 üzrə hesablanmış 106,01 ABŞ dolları əldən çıxmış faydanın azaldılması cavabdehin maddi durumunu yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, əldən çıxmış fayda hissəsində iddia tələbi qismən təmin edilməli və 5 ABŞ dolları məbləğində olmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, cavabdehlərin (birgə borcluların) kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilən 30 manat dövlət rüsumu da cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Borclularla bağlanmış 10.09.2015-ci il tarixli, L-BK-0039177-F nömrəli birgə borcluluq, kredit və BK-00024520, BK-00024522 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş 1747,31 ABŞ dolları məbləğində əsas borc və 818,17 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2570,48 ABŞ dolları borc və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla və 30 manat dövlət rüsumu alınaraq BOKT «xxxx» MMC-yə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar