Məhkəmə qərarları › İş №2(012)-1810/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1810/2022

12.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1810/2022 12.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 12 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayon məhkəməsinin 30 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən, 21.08.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 170 manat alimentin məbləğinin artırılaraq, hər ay sabit pul şəklində 193 manat alimentin Cavabdeh tutulması, ilkin mediasiya təşkilatına tərəfindən ödənilən 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin birgə nikahından 21.08.2017-ci ildə X2 dünyaya gəlmişdir. 2019-cu il tarixdə cavabdehlə aralarında olan nikah pozulmuş və Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-719 saylı, qətnaməsi ilə 21.08.2019-cu il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanılmış və qızın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə 160 manat sabit pul məbləğində aliment tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan 160 manat aliment məbləği, “Yaşayış minimum haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq artırılmış və bu məbləğ 170 manat müəyyən edilmişdir. Hal-hazırda “Yaşayış minimum haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, bir uşağın saxlanması üçün alimentin məbləği 193 manat müəyyən edilmişdir. Buna görə də, iddiaçı alimentin məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 01 fevral 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh Zeybulla oğlu aralarında olan alimentin artırılması tələbi ilə bağlı 01.02.2022-ci il tarixində saat 15:30 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etdilər.Lakin İddiaçı və Cavabdeh Zeybulla oğlu ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində xərci ödədi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(012)- 1903/2020 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-719/2019 saylı qətnaməsi ilə 21 avqust 2017-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 160 manat məbləğində alimentin artırılması və Cavabdeh 21 avqust 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(012)- 1903/2020 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-719/2019 saylı qətnaməsi ilə 21 avqust 2017-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 160 manat məbləğində alimentin artırılması, Cavabdeh 21 avqust 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin bu qətnamə qanuni qüvvəyə minən vaxt hesablanmağı qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(012)-1903/2020 saylı qətnaməsi ilə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-719/2019 saylı qətnaməsi ilə 21 avqust 2017-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 160 manat məbləğində alimentin artırılması, Cavabdeh 21 avqust 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin bu qətnamə qanuni qüvvəyə minən vaxt hesablanmağı qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Cavabdeh isə iddianı qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay uşağa görə 170 manat sabit pul məbləğində alimentin artırılması haqqında Abşeron rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 2 ilə yaxın müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(012)-1903/2020 saylı qətnaməsi ilə 21 avqust 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh bu qətnamə qanuni qüvvəyə minən tarixdən başlayaraq hər ay uşağa görə 170 manat sabit pul məbləğində aliment artırılaraq hər ay, uşaq üçün 193 manat sabit pul məbləğində aliment müəyyən edilməli və Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Eyni zamanda iddiaçı iddia tələbində Cavabdeh ilkin mediasiya təşkilatına tərəfindən ödənilən 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir ki, həmin məbləğ məhkəmə xərclərinə aid olmadığından məhkəmə iddia tələbinin bu hissəsini əsassız hesab edir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, MPM-nin 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 43,6 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(012)-1903/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 21.08.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 43,6 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar