Məhkəmə qərarları › İş №2(012)-1811/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1811/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1811/2021 17.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC BOKT-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC BOKT-nın Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 5997,24 ABŞ dolları olmaqla, cəmi 5997,24 ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məblğində dövlət rüsumunun İddiaçı ASC BOKT-nın xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-BG-*** dövlət qeydiyyat nişanlı, “SSANG YONG KORANDO” markalı, (buraxılış ili 2014, Ban-KPTA0B18SEP179775, rəngi- AĞ UNİVERSAL) avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda İddiaçı ASC BOKT-nın nümayəndəsi məhkəməyə 13.07.2021-ci il tarixli, 2567 №-li ərizə ünvanlayaraq, bildirmişdir ki, icraatda olan İddiaçı ASC BOKT-nın Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair 2(012)-1811/2021 saylı mülki iş üzrə Cavabdeh 26.02.2015-ci il tarixli, 01S saylı kredit müqaviləsi üzrə öhdəliyi icra etdiyi üçün xitam verilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, icraatda olan 2(012)-1811/2021 saylı mülki iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC BOKT-nın nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, Cavabdeh İddiaçı ASC BOKT-a olan borcunu tam ödəmişdir. Bu səbəbdən o, hazırki mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı ASC BOKT-nın nümayəndəsi məhkəməyə 13.07.2021-ci il tarixli, 2567 №-li ərizə ünvanlamış və həmin ərizədən görünür ki, Cavabdeh İddiaçı ASC BOKT-a olan borcunu tam ödəmişdir və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.4-ci maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.4; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı ASC BOKT-nın Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair 2(012)-1811/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar