Məhkəmə qərarları › İş №2(012)-1812/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1812/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1812/2021 04.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 12703,86 ABŞ dolları, faiz borcu 3504,63 ABŞ dolları olmaqla, cəmi 16208,49 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-BN-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İX35” markalı (buraxılış ili 2013, ban - TMAJU81BDDJ450660, rəngi - tünd boz) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə əskik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2111 saylı, 27.03.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında 14.06.2013-cü il tarixdə 01035 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 48 ay müddətinə 25071 (iyirmi beş min yetmiş bir) ABŞ dolları məbləğində kredit verilmişdir. 19.06.2013-cü il tarixli kassa məxaric orderindən göründüyü kimi, cavabdeh ona ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-BN-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İX35” markalı minik avtomobili (buraxılış ili 2013, ban - TMAJU81BDDJ450660, rəngi - tünd boz) 14.06.2013-cü il tarixdə 1035 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 14.06.2013-cü il tarixli, AA seriyalı, 083113 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 25071 (iyirmi beş min yetmiş bir) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. “Borcalan” bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür (2.2-ci bənd). Həmin müqavilənin 5.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. “Borcalan”a verilən vəsaitdən istifadə müddəti 48 aydır (5.3-cü bənd). Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 18 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 12703,86 (on iki min yeddi yüz üç ABŞ dolları 86 sent) ABŞ dolları, faiz borcu üzrə 3504,63 (üç min beş yüz dörd ABŞ dolları 63 sent) ABŞ dolları olmaqla, cəmi 16208,49 (on altı min iki yüz səkkiz ABŞ dolları 49 sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı QSC BOKT-un nümayəndəsi X2 iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 iyun 2013-cü il tarixli 01035 №-li kredit müqaviləsindən görünür ki, “xxxx” ASC-nin “Sənaye” filialı – “Bank”, Cavabdeh – “borcalan” olmaqla, bağlanmış həmin müqaviləyə əsasən sonuncuya 48 ay müddətinə, yəni 14 iyun 2017-ci il tarixinədək illik 18 % dərəcəsi ilə 25071 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 25071 (iyirmi beş min yetmiş bir) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipotekadır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan’ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 18 faizlə hesablanır. İş materiallarında olan 14 iyun 2013-cü il tarixli 01035 №-li kredit müqaviləsinin Əlavəsindən görünür ki, borcalanın Banka olan borcunu müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda hər ay 736,46 ABŞ dolları məbləğində olmaqla ödəməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh imza etmişdir. Həmin ödəniş cədvəlində müqavilə üzrə borcun ödənilməsinin sonuncu günü 14 iyun 2017-ci il tarixi müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı QSC BOKT-un 02 fevral 2021-ci il tarixli 275 №-li arayışından görünür ki, Cavabdeh 14 iyun 2013-cü il tarixli kredit müqaviləsi üzrə 01 fevral 2021-ci il tarixə hesablanmış 12703,86 ABŞ dolları əsas borc və 3504,63 ABŞ dolları faiz borcu olmaqla – cəmi 16208,49 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanıb. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh 14 iyun 2013-cü il tarixli kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə Banka olan borcu ödəməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh 12703,86 ABŞ dolları məbləğində əsas borcun və 3504,63 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Eyni zamanda məhkəmə iddianın "tələbin ipoteka predmetinə yönəldilməsinə dair" hissəsini araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi əsaslı olduğundan, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 14 iyun 2013-cü il tarixli 1035 №-li ipoteka müqaviləsi ilə iddiaçı “xxxx” ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2013-cü il tarixli kredit müqaviləsinə əsasən kredit verilərkən kreditin təminatı kimi tərəflərin razılığına əsasən mülkiyyət hüququ Cavabdeh məxsus olan **-BN-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İX35” markalı (buraxılış ili 2013, ban - TMAJU81BDDJ450660, rəngi - tünd boz) avtomobil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin şərtlərinə əsasən borclu üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. İş materiallarından görünür ki, Cavabdeh məxsus olan **-BN-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İX35” markalı (buraxılış ili 2013, ban - TMAJU81BDDJ450660, rəngi tünd boz) avtomobilin 14 iyun 2013-cü il tarixli 1035 №-li ipoteka müqaviləsinə əsasən “xxxx” ASC-nin qarşısında ipoteka ilə yüklü edilməsi müvafiq qaydada daşınar əmlakın rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, ipoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında Bildiriş müvafiq qaydada rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeyd olunan iş materiallarından da görünür ki, iddiaçı ipoteka predmeti olan avtomobilə tutma yönəldilməsi barədə ipoteka qoyana və ipoteka saxlayana bildiriş vermiş və həmin bildiriş dövlət qeydiyyatına alınmışdır. Bununla da iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl etmişdir. Ona görə də məhkəmə işin faktiki hallarından, ipoteka müqaviləsindən və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş **-BN-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İX35” markalı (buraxılış ili 2013, ban - TMAJU81BDDJ450660, rəngi - tünd boz) avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun qaytarılması tələbinin qanuni əsasları vardır və buna görə də həmin tələb də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı QSC BOKT tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı QSC BOKT-un xeyrinə tutulmalıdır. Mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(012)- 1812/2021 saylı qərardadı ilə ipoteka predmeti olan Cavabdeh məxsus **-BN-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İX35” markalı (buraxılış ili 2013, ban - TMAJU81BDDJ450660, rəngi - tünd boz) avtomobilin üzərinə iddianın təmini tədbiri kimi həbs qoyulmuş və avtomobildən istifadə edilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.4-cü maddəsinə əsasən, iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə görülmüş iddianın təmini tədbiri məhkəmə aktının icrasına qədər qüvvədə qalmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, İddiaçı QSC BOKT-un xeyrinə Cavabdeh 12703,86 ABŞ dolları məbləğində əsas borc, 3504,63 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 16208,49 ABŞ dolları məbləğində borcun, iddia verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Tutma cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş **-BN-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İX35” markalı (buraxılış ili 2013, ban - TMAJU81BDDJ450660, rəngi - tünd boz) avtomobilə yönəldilməli, həmin ipoteka predmeti açıq hərracda satılmaqla borc ödənilməli və satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12703,86 (on iki min yeddi yüz üç ABŞ dolları 86 sent) ABŞ dolları məbləğində əsas borc, 3504,63 (üç min beş yüz dörd ABŞ dolları 63 sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla - ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə cəmi 16208,49 (on altı min iki yüz səkkiz ABŞ dolları 49 sent) ABŞ dolları məbləğində borc və iddia verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Tutma cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş **-BN-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İX35” markalı (buraxılış ili 2013, ban - TMAJU81BDDJ450660, rəngi - tünd boz) avtomobilə yönəldilsin. Həmin avtomobil açıq hərracda satılsın. Satışdan əldə olunan pul vəsaitindən Cavabdeh ilə bağlanmış 14 iyun 2013-cü il tarixli 01035 №-li kredit müqaviləsi üzrə 12703,86 (on iki min yeddi yüz üç ABŞ dolları 86 sent) ABŞ dolları məbləğində əsas borc, 3504,63 (üç min beş yüz dörd ABŞ dolları 63 sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla - ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə cəmi 16208,49 (on altı min iki yüz səkkiz ABŞ dolları 49 sent) ABŞ dolları məbləğində borc və iddia verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı QSC BOKT-a ödənilsin və satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(012)-1812/2021 saylı qərardadı ilə iddianı təmin etmə tədbiri qətnamə icra edilənədək qüvvədə saxlanılsın. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar