Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1826/2021 29.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Kazımovun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2019-cu il tarixli, 23-MZ2-1-0-915-19 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 3245,88 (üç min iki yüz qırx beş manat, səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 513,18 (beş yüz on üç manat, on səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3759,06 (üç min yeddi yüz əlli doqquz manat, altı qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 xx xxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən 28 faiz illik ödənilməsi şərti ilə 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. xx.xx.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2021-ci il tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 qız və Cavabdeh3 ilə xx xxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxx 2020-ci ilə qədər Cavabdeh1 xx xxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 3245,88 manat əsas borc, 513,18 manat faiz borcu olmaqla, ümumilikdə 3759,06 manat məbləğində borcu vardır. Bank tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcunu ödəməkdən boyun qaçırır. Odur ki, o, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydad 3245,88 (üç min iki yüz qırx beş manat, səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 513,18 (beş yüz on üç manat, on səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3759,06 (üç min yeddi yüz əlli doqquz manat, altı qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, o, banka olan borcunu ödəməkdən yayınmır. Lakin, pandemiya dövründə ona məxsus mağaza işləmədiyi üçün maddi vəziyyəti pisləşmiş və borcunu ödəyə bilməmişdir. O, banka olan 3759,06 manat məbləğində borcunu hissə-hissə ödəməyə söz verir. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1la eyni məzmunlu izahat verdi. Digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, həmçinin proses iştirakçılarının rəyini nəzərə alaraq, məhkəmə işə digər Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxx 2019-cu il tarixli, 23-MZ2-1-0-915-19 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı İKB ASC Cavabdeh1 istehlak məqsədilə illik 28 % olmaqla 24 ay müddətinə, 5000 (beş min) manat məbləğində kredit verməyi və borc alan isə bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə verilən krediti qəbul edib, həmin kreditə görə hesablanan faizləri aylıq 274,54 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən borcalan bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizdən əlavə ödənişin gecikdirildiyi gün üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 72 %-i miqdarında cərimə ödəyir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən bu müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının təminatı kimi zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 borcalana zamin olmuşlar. Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş krediti və kreditdən istifadəyə görə faizləri hər ayın 13-ü tarixdən gec olmayaraq, xx xxx 2021-ci il tarixədək banka hissə-hissə ödəməklə qaytarmalıdır. xx xxx 2019-cu il tarixli, 1***-*******71 saylı məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı İKB ASC-dən 5000 manat məbləğində pulu şəxsən imza etməklə qəbul etmişdir. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 23-MZ2-1-0-915-19 saylı kredit müqaviləsi üzrə sonuncunun banka olan əsas borcu 3245,88 manat, 513,18 manat faiz borcu olmaqla, ümumilikdə 3759,06 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Eyni Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşdə olan xx.xx.2020-ci il tarixli, PAİHİD-15949 saylı xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə öhdəlikləri barədə xəbərdarlıq edilərək borcun qaytarılması üçün 5 günlük müddət təyin edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmiş, lakin bildiriş cavabdehin ünvanına çatmamış bu barədə akt tərtib edilmişdir. İddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından, işə əlavə olunmuş arayışdan və işin digər materiallarından görünür ki, cavabdehlər borcları barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka olan əsas borcu 3245,88 manat, faiz borcu 513,18 manat olmaqla, ümumilikdə 3759,06 manat borc təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu Cavabdeh1 iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca yerinə yetirmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. İddiaçı İKB ASC-nin 11 saylı filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 23-MZ2-1-0-915-19 saylı zaminlik müqaviləsindən görünür ki, “zamin” Cavabdeh3 xx xxx 2019-cu il tarixli, 23-MZ2-1-0-915-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 kredit öhdəliklərinin icra edilməsi üçün üzərinə məsuliyyət götürmüşdür. İddiaçı İKB ASC-nin 11 saylı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2019cu il tarixli, 23-MZ2-1-0-915-19/1 saylı zaminlik müqaviləsindən görünür ki, “zamin” Cavabdeh2 xx xxx 2019-cu il tarixli, 23-MZ2-1-0-915-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 kredit öhdəliklərinin icra edilməsi üçün üzərinə məsuliyyət götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin məhkəmədə araşdırılan halları ilə təsdiq olundu ki, zaminlər Cavabdeh3 və Cavabdeh2 bank qarşısında borclu ilə birgə üzərinə götürdükləri öhdəliyi yerinə yetirməmişlər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı bankın zaminlər Cavabdeh3 və Cavabdeh2 qarşı hissəsində də iddia tələbi əsaslıdır və onlar borclu ilə birgə iddiaçı qarşısında mülki məsuliyyət daşıyırlar. İşdə olan ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı bank tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul məbləği cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3245,88 manat məbləğində əsas borc, 513,18 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3759,06 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3245,88 (üç min iki yüz qırx beş manat, səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 513,18 (beş yüz on üç manat, on səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3759,06 (üç min yeddi yüz əlli doqquz manat, altı qəpik) manat məbləğində borc və iş üzrə dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaitinin əvəzi tutularaq, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-1826/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1826/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver