Məhkəmə qərarları › İş №2(012)-1854/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1854/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1854/2020 23.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1375.21 manat məbləğində kredit borcu, 454.91 manat məbləğində faiz borcu və 360.64 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2190 ( iki min yüz doxsan) manat 76 (yetmiş altı) qəpikməbləğində borcun və ödənilmiş 30 manatməbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2018-ci il tarixdə bağladığı 017A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.4167% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli 017A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 624.79 manat ödəniş etmiş və onun iddiaçıya 1375.21 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 13.01,2020-ci il tarixə 432 gün üçün hesablanmış faiz borcu 454.91 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İddiaçının nümayəndəsi məhkəmədə iddianı müdafiə etdi və ərizə təqdim edərək cavabdehlərin iştirakı olmadan keçirilməsinə və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh1 məhkəməyə gəlməmiş və səbəbini bildirməmişdir. Cavabdeh2 faktiki yaşadığı yer məlum olmadığı üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Bərdə Rayon İcra Hakimiyyətinə göndərilmiş, zəruri məlumatların cavabdehə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yer haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan kredit və zaminlik müqavilələrindən müəyyən edilir ki, Cavabdeh1 «xxxxxxxxxx» QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 017A********** saylı krеdit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,4167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində krеdit götürmüş, eyni zamanda xx xxxxx 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.Zaminlik müqaviləsinin müddəti 12 aydır. Tərəflərin imzaladıqları xx.xx.2018-ci il tarixli 017A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. xx xxxxxxx 2018-ci il tarixli zaminlik müqavilsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişə əsasən kreditin müddəti 21 ay təşkil etmişdir. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və bоrclu krеditоr qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddədə göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, bоrc tutulması üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi icra еtməməsi və ya lazımınca icra еtməməsi nəticəsində krеditоra dəyən digər zərərin ödənilməsi də daxil оlmaqla, zamin krеditоr qarşısında bоrclu ilə еyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra еdilməməsi dеdikdə, оnun pоzulması və ya lazımınca icra еdilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, bоrclu оnun risk dairəsinə daxil оlan öhdəliklərin icra еdilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinəəsasən əgər bоrclu öhdəliyin lazımınca icra еdilməməsi, о cümlədən müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi üçün cəriməödəyəcəyini vəd еtmişdirsə, krеditоr cərimənin ödənilməsini vəöhdəliyin icrasını tələb еdə bilər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 hazırkı krеdit razılaşması əsasında müqavilənin qüvvədə olma müddətinə, yəni xx.xx.2020-cı il tarixinə əsas məbləğ üzrə borcu 1375,21 manat, faiz borcu 454,91 manat, cərimə borcu isə 360.64 manat təşkil edir. Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 son ödəniş etdiyi tarix xx.xx.2019-cu il tarixdədir. İddia tələbinin dəbbə puluna dair hissədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış cərimənin məbləği azaldılmalı və 50 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Buna görə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi , 50 manat dövlət rüsumunun tələb edilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbini cavabdeh zaminə münasibətdə qanuni və əsaslı hesab edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə əsas məbləğ üzrə borc 1375,21 manat, faiz borcu 454.91 manat, cərimə borcu üzrə 50 manat,30 manat dövlət rüsumuna görə pul, cəmi 1910.12 (min doqquz yüz on manat on iki qəpik) manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə əsas borc 1375,21 manat, faiz borcu 454.91 manat, cərimə borcu üzrə 50 manat, 30 manat dövlət rüsumuna görə pul, cəmi 1910.12 (min doqquz yüz on manat on iki qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar