Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1858/2020 08.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2950 manat pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, onun cavabdehlə olan münasibəti Elçin və Cavid adlı şəxslər vasitəsilə yaranmışdır. Əvvəllər Elçin və Cavid kauçuk qırıntılarının alqı-satqısı ilə məşğul olmuşlar. Elçin adlı şəxs ona zəng edərək demişdir ki, 4000 manat pul versin, birlikdə iş görsünlər və həftəyə 500 manat gəlirləri olacaq. Lakin o, bununla razılaşmamış və pulu verməmişdir. Cavabdehlə birlikdə kauçuk və selefon qırıntılarının alqı-satqısı ilə məşğul olmaq məqsədilə cavabdehə 2019-cu ilin oktyabr ayında 2950 manat pul vermişdir. Sonradan cavabdeh heç bir əsas olmadan ona 2950 manat pulu qaytarmamış və pulu tam şəkildə mənimsəmişdir. Bundan savayı cavabdeh ondan əldə etmiş olduğu pul vəsaiti hesabına cavabdeh daha çox kauçuk və təkrar emal üçün selefon almışdır. Hesab edir ki, aradan bir müddət keçməsinə baxmayaraq onun vermiş olduğu pulun cavabdeh tərəfindən ödənilməməsi, cavabdehin həmin pulu qanunsuz və əsassız olaraq mənimsəməsi əsassız varlanmadır. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki,iİddia tələbini qəbul etmir. Belə ki, Həsənov Cavid adlı tanışı ilə bizneslə məşğul olmaq üçün pula ehtiyacı olmuş, bu səbəbdən də, Cavid tanışı İddiaçı zəng edərək iş qurmaq üçün pul istəmiş, bir neçə gün sonra onlar görüşmüş və Şamo pulu onun da iştirakı ilə Cavidə vermişdir. Lakin biznes işləmədiyinə və ziyana düşdüklərinə görə hissə-hissə ödənişlər etməyə başlamış, bütün ödənilər Cavid tərəfindən pay point aparatı vasitəsilə aparılmışdır. Onlar 3200 manat və son olaraq 500 manat olmaqla ümumilikdə 3800 manat ödəniş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, İddiaçı pulu o, Cavabdeh ilə birgə almışlar. O, iddiaçıya nə qədər pul ödənildiyini bilmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmamış və tərəflər qarşılıqlı olaraq hər hansı öhdəlik daşımamışdır. Bundan başqa məhkəmədə müəyən edilmişdir ki, tələb olunan puldan 3200 manat iddiaçıya qaytarılmış, iddiaçı bu halı məhkəmədə özü də bildirmiş, lakin həmin pulu verdiyi pulun faizi kimi qəbul etdiyini bildirmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə olmadığı üçün Cavabdeh İddiaçı tərəfindən iddia olunan pul məbləği ilə bağlı iddiaçı qarşısında hər hansı öhdəlik daşımır. Bundan əlavə iddiaçı iddia tələbi ilə bağlı hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 2950 manat pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1858/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1858/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver