Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1859/2024 23.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X2 2000 manat borcu və 40 manat məbləğində dövlət rüsumunun alınıb ona, İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,o İddiaçı, Cavabdeh2 və X1 inanaraq, onlara xx.xx.2023-cü il tarixində 2000 manat məbləğində borc vermişdir. Cavabdehlər almış olduqları pulu xx.xx.2023-cü il tarixində qaytaracağına söz vermişdilər. Lakin uzun müddət keçməsinə baxmayaraq onlar, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina etmişlər. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 2000 manat borcun və 40 manat məbləğində dövlət rüsumunun alınıb ona, İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh2 2000 manat borca pul vermişdir. Lakin həmin borc məbləği geri qaytarılmamışdır. Ona məxsus kart nömrəsinin sonu 2122 rəqəmi ilə bitir. Həmin karta köçürmələr əvvəlki tarixlərdə olmuşdur. Cavabdeh tərəfindən borc götürüldükdən sonrakı tarixdə kartına hər hansı bir köçürmələr olmamışdır. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qismən qəbul edərək qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Nihadla gedərək iddiaçıdan 1000 manat məbləğində borc pul almışdır. Sonra Nihat da 1000 manat pulu kart vasitəsilə iddiaçıya ödəmişdir. İddiaçıdan 1000 manat borc pul götürülsə də, əlyazma şəkilndə olan borc pul müqaviləsində 2000 manat yazılaraq imzalanmışdır. Həmin əlyazma şəkilndə olan borc pul müqaviləsinə 2000 manat yazılmasının səbəbi iddiaçıya birdən borc gecikdirildiyi və ya qaytarılmadığı tədirdə 2000 manat qaytarılmasının nəzərdə tutulması olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin qismən etirafını, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma şəklində yazılmış xx.xx.2023cü il tarixli borc pul pul müqaviləsindən görünür ki, İmranlı X4 rayonu Saray qəsəbəsi sakini çoxdan tanıdığı İddiaçı 2000 manat borc pul almışdır, 3 ay ərzində qaytarmağa söz vermişdir. Borcu qaytaran zaman yazdığı müqaviləni geri alacaqdır. Cavabdeh2 və Cavabdeh1 həmin əlyazma şəklində yazılmış xx.xx.2023-cü il tarixli borc pul pul müqaviləsini imzalamışlar. -Ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində 30 manat, 100 manat, 300 manat, 200 manat, 140 manat, 130 manat və 100 manat olmaqla, cəmi 1000 manat məbləğində pul vəsaiti 416976*****4979 saylı kart hesabından 416973*****2122 saylı kart hesabına köçürülmüşdür. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Məmmədyarov küçəsi, ev 45, Cavabdeh2 isə ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə yaranmış, belə ki, İddiaçı əlyazma şəklində yazılmış xx.xx.2023-cü il tarixli borc yazısına əsasən, cavabdehə 3 ay müddətinədək 2000 manat pul vəsaitini borc şəklində vermiş, borcalan isə həmin pul vəsaitini müəyyən edilmiş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq, cavabdeh iddiaçıya borcu qaytarmamış, nəticədə iddiaçının borcu cavabdehdən məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1. maddəsinə əsasən, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.
326. maddəsinə əsasən, birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki iş materiallarına əlavə olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında olan əlyazma şəklində yazılmış xx.xx.2023-cü il tarixli borca dair əqd yazılı qaydada bağlanmış, həmin əqd borcalan Cavabdeh2 tərəfindən şəxsən imzalanmış, imzasının qarşısında soyadını yazmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, əlyazma şəklində yazılmış xx.xx.2023-cü il tarixli borc pul yazısı əsasında Cavabdeh2 İddiaçı 2000 manat borc pul almış, tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlər yaranmış, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh 1000 manat borcu geri qaytarmış, geri qalan borcunu isə qaytarmamış, bununla da, iddiaçının tələb hüququ yaranmışdır. Belə ki, cavabdehin 1000 manat borcun qaytarılmasına sübut iddiaçının kart hesabina pulun cavabdeh tərəfindən köçürülməsi barədə hesab qəbzinin olmasıdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu səbəbdən də, məhkəmə tədqiq olunmuş sübutlar əsasında cavabdehin qismən etirafını, iddiaçının izahatını, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəldiyindən, hesab edir ki, iddia tələbi qismən əsaslıdır, ona görə də qismən təmin edilməli, Cavabdeh2 1000 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 borca görə 1000 (min) manat və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 1020 (min iyirmi) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov