Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1863/2024 07.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X5rşı qanunsuz hərəkətlərə son qoyulması, torpaq sahəsinin hasarlanmasına və müvafiq tikintinin aparılmasına törədilən maneələrin qadağan edilməsi tələbi barədə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X5rşı qanunsuz hərəkətlərə son qoyulması, torpaq sahəsinin hasarlanmasına və müvafiq tikintinin aparılmasına törədilən maneələrin qadağan edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X3suz hərəkətlərinə son qoyulması, ünvan 1 ünvanda yerləşən X1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin hasarlanmasına və müvafiq tikintinin aparılmasına törədilən maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı, habelə onun vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X6 nümayəndəsi Nümayəndə1 iştirak etdiyi məhkəmə iclasında iddiaya etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, eyni tərəflər arasında, eyni predmet və eyni əsasla iddia tələbi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1429/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X5rşı qanunsuz hərəkətlərə son qoyulması, torpaq sahəsinin hasarlanmasına və müvafiq tikintinin aparılmasına törədilən maneələrin qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1429/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 23 iyul 2019cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Heydər Əliyev adına X5rşı mülkiyyətə yaradılmış maneənin aradan qaldırılmasına dair iddia tələbi rədd edilmişdir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İşdən görünür ki, daha öncə eyni tələblə X2 məhkəməyə müraciət etmiş və son nəticədə onun iddiası təmin edilməmişdir. R.İ.Həsənov xx.xx.2022-ci il tarixdə ölmüş, bundan sonra isə onun oğlu İddiaçı əvvəlki tələbləri ehtiva edən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bu zaman o, mübahisəli torpaq sahəsinin atasına məxsus olması barədə reyestrdən çıxarışa istinad etmişdir. Beləliklə, məhkəmə işin icraatına xitam verilməsi nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X5rşı qanunsuz hərəkətlərə son qoyulması, torpaq sahəsinin hasarlanmasına və müvafiq tikintinin aparılmasına törədilən maneələrin qadağan edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1863/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1863/2024
07.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver