Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1864/2022 02.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-3871/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qətnaməsinin qəbul edildiyi 06 noyabr 2018-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 3 il 3 ay müddətində hər il üçün 315 manat, cəmi 1039,50 manat (6300 manat/100%-63 x 5%-315 manat, 315 manat x 3 il 3 ay = 1039,50 manat) pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3871/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh cəmi 6300 manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Abşeron rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin Abşeron rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmamışdır. Abşeron Rayon Məhkəməsinin 02 mart 2021-ci tarixli qərardadına əsasən Cavabdeh ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxladığından, bununla da onu pulundan fayda əldə etməkdən məhrum etdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bu məqsədlə 23 dekabr 2021-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 976,50 manat pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışdır. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-3871/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qətnaməsinin qəbul edildiyi 06 noyabr 2018-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 3 il 3 ay müddətində 1039,50 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İşin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, məhkəmənin müvafiq qətnaməsi ilə Cavabdeh 6300 manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh 3 ildən artıq müddətdə göstərilən məbləği ona ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunvericiliyin göstərilən tələblərindən göründüyü kimi, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (Azərbaycan Respublikası Mülki Məcəllənin 442, 448.1. və 448.2. maddələri). Hazırkı işdə əsas borc məbləğinə dair qətnamənin qəbul edilmə vaxtı olan 06 noyabr 2018-ci il tarixdən sonrakı müddət üçün cavabdeh məsuliyyət daşıyır və həmin pul məbləğinin hər hansı əsas olmadan özündə saxlanılması qanunsuz olmaqla, həmin pul vəsaitindən cavabdehin istifadə etməsini və gəlir götürməsini də istisna etmir. Cavabdehin barəsində qəbul edilmiş qətnamənin qəbul edildiyi 06 noyabr 2018-ci il tarixdən hazırkı iddia ərizəsinin birinci instansiya məhkəməsinə verildiyi 18 fevral 2022-ci il tarixədək olan müddət üçün cavabdehdən 1039,50 manat tutulmalıdır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh X1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3871/2018 saylı, 26 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 6000 manat əsas pul və ödənişin gecikməsinə görə 300 manat faiz, cəmi 6300 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində Abşeron Rayon Məhkəməsinin 2(012)-3871/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qətnaməsinə istinad edərək, 06 noyabr 2018-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 3 il 3 ay müddətində hər il üçün 315 manat, cəmi 1039,50 manat (6300 manat/100%-63 x 5%-315 manat, 315 manat x 3 il 3 ay = 1039,50 manat) pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin məhkəmədə sübutlar araşdırılarkən 2(012)-3871/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qətnaməsinin mövcud olmadığı, əslində 3871/2018 saylı, 26 noyabr 2018-ci il tarixli qətnamənin mövcud olduğu müəyyən edilmiş, iddiaçı məhkəmə iclaslarında iştirak etməddiyi üçün qeyd olunan uyğunsuzluğu aradan qaldırmaq mümkün olmammışdır.Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, iddianın əsası kimi istinad olunduğu hallarla bağlı sübutlar təqdim etmək iddiaçının vəzifəsi olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-3871/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qətnaməsinin qəbul edildiyi 06 noyabr 2018-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 3 il 3 ay müddətində hər il üçün 315 manat olmaqla, cəmi 1039,50 manat (6300 manat/100%-63 x 5%-315 manat, 315 manat x 3 il 3 ay = 1039,50 manat) pulun alınaraq ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1864/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1864/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver