Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-189/2023 02.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə 02 may 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Toyota Camry minik markalı, buraxılış ili 2015-ci il olan, A552909 mühərrik nömrəli. 4T1BF1 FK1 FU028621 BAN nömrəli, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 7790.00 (yeddi min yeddi yüz doxsan) manat və əldən çıxmış fayda kimi 4200 (dörd min iki yüz) manat olmaqla ümumilikdə 11.990 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan Toyota Camry minik markalı, buraxılış ili 2015-ci il olan. A552909 mühərrik nömrəli. 4T1 BF11TC1FU028621 BAN nömrəli, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili 02 iyun 2021-ci il tarixli. 874651 nömrəli etibarnamə ilə "Elşən Rentacar” MMC-yə etibar etmişdir. Aralarındakı razılaşmaya əsasən "xxxx" ona etibar edilən avtomobili icarəyə verərək İddiaçı hər işlədilmiş gün üçün icarə haqqının dəyərini təşkil edən 70 manat məbləği ödəyirdi. "Rentacar“ MMC adıçəkilən avtomobili 07 fevral 2022-ci il tarixli, 1035 nömrəli icarə müqaviləsi əsasında X7 icarəyə vermişdir. X10 xx.xx.2022-ci il tarixdə saat təxminən gecə 3 radələrində idarə etdiyi həmin Toyota Camry minik markalı avtomobil ilə Nəsimi rayon, Qoqol küçəsi ilə hərəkət edən zaman B.Sətəroğlu küçəsi ilə kəsişməyə gəlib çatmışdır. Hənıin vaxt orada yoluna davam etmiş və B.Sələroğlu küçəsi ilə hərəkət edən Renault markalı avtomobil sağdan gəldiyi üçün onu gözləməmiş və onun avtomobili ilə toqquşmuşdur. Nəticədə Renault markalı avtomobili idarə edən Firudin İsmayılovun qanunsuz əməlləri nəticəsində iddiaçıya məxsus Toyota Camry minik markalı, buraxılış ili 2015-ci il olan, A552909 mühərrik nömrəli. 4T1BF1FK1 F;U028621 BAN nömrəli, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Nəsimi Rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin araşdırması nəticəsində məlum olmuşdur ki. Firudin İsmayılovun idarə etdiyi “Renault Megane" markalı. **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Nəticədə Nəsimi Rayon Polis İdarəsinin TŞ-nin 11 mart 2022-ci il Qərarı ilə X1 Xətalar Məcəlləsinin 332.1. 3.32.2 və 327.8-ci maddələri ilə və zərər vuran avtomabilin mülkiyyətçisi Cavabdeh isə İXM-nin 335.1 və 335.3-cii maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "X21“ MMC-nin verdiyi xx.xx.2022 tarixli qüsur Aktına əsasən iddiaçının avtomobilinə çəkiləcək təmir xərcləri ümumilikdə 7790.00 (yeddi min yeddi yüz doxsan) manat təşkil edir. Bundan əlavə 11 fevral tarixindən bu günə qədər avtomobil qüsurlu olduğu üçün icarəyə vermək mümkün olmamışdır. Nəticədə 11 fevral tarixindən bu günə qədər hər işlənmiş gün üçün 70 (yetmiş) manat olmaqla ümumilikdə 4200 (dörd min iki yüz) əldən çıxmış fayda vardır. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, o, mülkiyyətimdə olan “RENAULT MEGANE” MARKALİ, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ilin dekabr ayının altısı etibarnamə əsasında X13 vermişdir. Onun məlumatı olmadan ona məxsus avtomobil etibar etdiyi şəxs tərəfindən sonradan adı ona məlum olmuş Həsənov Firuddin adlı şəxsə hər hansı bir sənəd olmadan verilmişdir. Bu hal ona məlum olduğu zaman rəsmi ərizə ilə AR DİN BDYPİ-nin rəisi cənab Ramiz Zeynalova müraciət edərək mülkiyyətində olan nəqliyyat vasitəsinin saxlanılaraq ona qaytarılmasını xahiş etmişdir. Ərizə yazdığı tarixdən AR DİN BDYPİ tərəfindən hər hansı bir formadä mülkiyyətimdə olan avtomobillə bağlı məlumatlandırılmamışdır. xx.xx.2022-ci il tarixdə baş vermiş qəza ilə bağlı məlumatı olmamış, bununla bağlı məlumatı yalnız cərimə qərarı göndərilərkən almışdır. Ona tərtib edilmiş cərimə qərarını isə hüquqi savadı olmadığından, tanış olmadan, avtomobilin yerləşdirildiyi duracağa görə ödəniş bilərək ödəmişdir. Hazırda Cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan da şikayət vermiş qəzada günahı olan şəxs hüquq mühafizə orqanları tərəfindən müəyyən edilmiş və bununla bağlı ona İXM-nin müvafiq maddəsi əsasında cərimə tətbiq edilmişdir. İddiaçının hesablayaraq tələb etdiyi məbləğ ondan deyil qəzada günahkar olmuş X3 tələb olunmalıdır. Belə ki, ona məxsus əmlaka da adıçəkilən şəxsin əməli nəticəsində ziyan dəymişdir. İddiaçıya dəymiş zərər X4 təqsirli əməli nəticəsində yaranmışdır. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi X5 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə alınmış ekspert rəyinə etiraz etmədiyini, dəymiş ziyanın həmin məbləğdə müəyyən edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 03:34-də X10 DİNin 102 Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək həmin tarixdə idarə etdiyi Toyota markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Reno markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğunu və həmin vaxt xəsarət aldığını bildirilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən X6 məlumatı ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X11 barəsində İXM-nin 327,6,332.1,332.2 və 332.4 maddələri ilə və Cavabdehbarəsəində isə İXM-nin 335.1 və 335.3 maddələri ilə tədbir görülməsi üçün İşin Nəsimi rayon Pİ-nə göndərilməsi qərara alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, DİN Baş X20 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə sorğu edilən «RENAULT MEGANE» markalı **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan xx.xx.1979cu il təvəllüdlü Cavabdeh adında qeydiyyatdadır. Mülki iş materiallarında olan “X21” tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Qüsur Aktından görünür ki, 2015-ci il buraxılışlı Toyota Camry markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan cəmi 7790 manat təşkil edir. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixdə verilmiş AE № 147670 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Toyota Camry minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Toyota Camry minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə xx.xx.2026-cı il tarixinədək idarə etmək üçün vermişdir. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh “Renault Megane" markalı. **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili X8 xx.xx.2022-ci il tarixinədək idarə etmək üçün vermişdir. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh “Renault Megane" markalı. **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili X13 xx.xx.2024-cü il tarixinədək idarə etmək üçün vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli, 9/224 nömrəli ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, “X21” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Toyota Camry” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6410,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan Toyota Camry minik markalı, buraxılış ili 2015-ci il olan. A552909 mühərrik nömrəli. 4T1 BF11TC1FU028621 BAN nömrəli, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili 02 iyun 2021-ci il tarixli. 874651 nömrəli etibarnamə ilə "Elşən Rentacar” MMCyə etibar etmişdir. "Rentacar“ MMC adıçəkilən avtomobili 07 fevral 2022-ci il tarixli, 1035 nömrəli icarə müqaviləsi əsasında X7 icarəyə vermişdir. X10 xx.xx.2022-ci il tarixdə saat təxminən gecə 3 radələrində idarə etdiyi həmin Toyota Camry minik markalı avtomobil ilə Renault markalı avtomobili ilə toqquşmuşdur. Nəticədə Renault markalı avtomobili idarə edən Firudin İsmayılovun qanunsuz əməlləri nəticəsində iddiaçıya məxsus Toyota Camry minik markalı, buraxılış ili 2015-ci il olan, A552909 mühərrik nömrəli. 4T1BF1FK1 F;U028621 BAN nömrəli, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Nəsimi Rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin araşdırması nəticəsində məlum olmuşdur ki. Firudin İsmayılovun idarə etdiyi “Renault Megane" markalı. **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Nəticədə Nəsimi Rayon Polis İdarəsinin TŞnin 11 mart 2022-ci il Qərarı ilə X1 Xətalar Məcəlləsinin 332.1. 3.32.2 və 327.8-ci maddələri ilə və zərər vuran avtomabilin mülkiyyətçisi Cavabdeh isə İXM-nin 335.1 və 335.3-cii maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "X21“ MMC-nin verdiyi xx.xx.2022 tarixli qüsur Aktına əsasən iddiaçının avtomobilinə çəkiləcək təmir xərcləri ümumilikdə 7790.00 (yeddi min yeddi yüz doxsan) manat təşkil edir. Bundan əlavə həmin tarixindən bu günə qədər avtomobil qüsurlu olduğu üçün icarəyə vermək mümkün olmamış, bu günə qədər hər işlənmiş gün üçün 70 (yetmiş) manat olmaqla ümumilikdə 4200 (dörd min iki yüz) əldən çıxmış fayda vardır. Odur ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə ekspertizasının rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, “X21” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Toyota Camry” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6410,0 manat müəyyən edilmişdir. Bunu təkzib edən mötəbər sübut iş materiallarında olmadığından məhkəmə həmin məbləğlə razılaşır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh törədilən yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş 6410 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia qismən təmin edilməlidir. İddia tələbinin cavabdehdən əldən çıxmış fayda kimi 4200 (dörd min iki yüz) manat tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissəyə dair sübutlar təqdim edilmədiyindən, əsassız hesab edilərək, təmin edilməməlidir. Məhkəmə cavabdehin iddiaya etirazının dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin mülkiyyətində olan “Reno” markalı avtomaşının DYP tərəfindən saxlanılması barədə BDYP-nə müraciətinin hüquqi əsası olmadığıından düzgün olmayaraq ona xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 127 manat məbləğində pul vəsaitinin 120 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 50 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğ cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Toyota Camry minik markalı, buraxılış ili 2015ci il olan, A552909 mühərrik nömrəli. 4T1BF1 FK1 FU028621 BAN nömrəli, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 6410 (altı min dörd yüz on min yeddi yüz doxsan) manat və ödənilmiş dövlət rüsumu üçün 120 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Cavabdeh 50 manat ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-189/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-189/2023
02.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver