Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1893/2021 10.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı qızı və cavabdehin nümayəndəsi Məmiyev Mamed Bəymirzə oğlunun iştirakları ilə, İddiaçı qızının Cavabdeh oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3514/2019 saylı qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün təyin edilmiş 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq cavabdehdən hər ay, hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-1186/2019 saylı qətnaməsi ilə iddiaçının alimentin miqdarının artırılması tələbi təmin edilmiş, əvvəlki qətnamə ilə azyaşlıların saxlanması üçün müəyyən edilən alimentin miqdarı artırılaraq xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində olaraq müəyyən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3514/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-1500/2020 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı işləmir və heç bir yerdən gəliri yoxdur. Təyin edilən aliment məbləği isə azyaşlıların saxlanması üçün kifayət etmir. Onlar böyüdükcə tələbatları artır və cavabdeh doğma övladlarına əlavə olaraq heç bir yardım etmir. Cavabdeh işləyir və kifayət qədər yaxşı qazanc əldə edir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında bildirdi ki, valideynlərinin himayəsində qalır və maddi vəziyyətləri olduqca pisdir. Doğma övladı əməliyyat olunub. Azyaşlıların ehtiyacları artmaqdadır və təkbaşına onları saxlamaq olduqca çətindir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Məmiyev Mamed Bəymirzə oğlu iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, onun oğlu olan cavabdeh hazırda onun yanında qalır. Cavabdeh fəhlə işləyir və ailəlidir, 2 uşağı da var. Belə bir vəziyyətdə alimentin artırılması heç də məqsədəuyğun deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək işdə olan sübutlara qiymət verib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3514/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı izahatında bildirmişdir ki, hazırda işləmir. Azyaşlıların tələbatları artmaqdadır və aliment artırılmalıdır. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh fəhlə işləyir, ailəlidir və 2 uşağı var. Cavabdehin maddi vəziyyətinin əvvəlkindən daha yaxşı olması barədə iş materialları arasında hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2 maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunandan sonra cavabdehin maddi vəziyyətinin əvvəlkindən daha yaxşı olması sübut olunmadığından, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız hesab edilməli və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1893/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1893/2021
10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver