Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1893/2024 19.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə yaxın dostu, yəni Cavabdeh oğlu vasitəsilə tanış olmuşdur. Tanışlıqdan bir müddət sonra cavabdeh ehtiyacı olduğu üçün borc pul verməyi ondan xahiş etmiş və o da cavabdehin səmimiyyətinə inanmışdır. O, Cavabdeh inamından və etibarından irəli gələrək 24 sentyabr 2022-ci il tarixində notarial qaydada təsdiq edilmiş müqavilə ilə 11000 manat məbləğində cavabdehə borc vermişdir. Notarial qaydada təsdiq edilmiş müqavilədən görünür ki, cavabdeh almış olduğu pul vəsaitini 3 ay müddətində, yəni 24 dekabr 2022-ci il tarixə qədər ona qaytarmağı öhdəsinə götürmüş, lakin uzun müddət keçməsinə baxmayaraq borcu indiyədək qaytarmamışdır. Cavabdeh müxtəlif bəhanələrlə borc məbləğini qaytarmaqdan imtina etmişdir. Borcun cavabdeh tərəfindən vaxtında qaytarılmaması onun maddi vəziyyətini ağırlaşdırmış, onu gələcək gəlir və faydadan məhrum etmişdir. Bu hal isə onun hüququnun və qanuni mənafeyinin pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında iddianı qəbul etdiyini, borclarını ödəmək üçün İddiaçı sözügedən məbləğdə borc pul aldığını, yaxın vaxtlarda ona ev veriləcəyini, həmin evin 120000 manat dəyərində olduğunu, həmin evi satdıqdan sonra borcunu ödəyə biləcəyini bildirərək, borcunu ödəməsi üçün ona 3 ay vaxt verilməsini xahiş etdi. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 24 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 11000 manat məbləğində borc pul vermiş, Cavabdeh isə krediti xx.xx.2022-ci il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh 11000 manat məbləğində borc verməsi iddiaçının və cavabdehin məhkəmədə verdiyi izahatı, həmçinin iş materiallarında olan tərəflər arasında bağlanmış və 24 sentyabr 2022-ci il tarixində notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi ilə tam təsdiq olunur. Notarial qaydada təsdiq edilmiş müqavilədən görünür ki, cavabdeh almış olduğu pul vəsaitini 3 ay müddətində, yəni 24 dekabr 2022-ci il tarixə qədər ona qaytarmağı öhdəsinə götürmüş, lakin uzun müddət keçməsinə baxmayaraq borcu indiyədək qaytarmamışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında faktiki olaraq borc münasibətləri yaranmış, Cavabdeh İddiaçı aldığı 11000 manat pulu qaytarmaq öhdəliyi daşımışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 11000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə İlə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 11000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1893/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1893/2024
19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver