Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-19/2022 28.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı X33 X23 nümayəndəsi-vəkili, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 Oktay oğlunun, məhkəmənin əvvəlki iclaslarında ilkin iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, X9 X22 vətəndaşı Cavabdeh qarşı “pul tələbi”nə dair ilk, X33 Sohail Hamdan X2 qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə 28 dekabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddiaçı X4 Ərəb Əmirliyinin vətəndaşı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 30 000 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh X13 qarşı “pul tələbi” ilə məhkəməyə müraciət edərək, ilkin iddiaçıdan onun xeyrinə 27 705 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh X22 vətəndaşıdır. X20 ilə Cavabdeh arasında bağlanan 23 mart 2018-ci il tarixli, 02 saylı Podrat müqaviləsinə əsasən iddiaçı cavabdehin istifadəsində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən və "xxxx" MMC-yə məxsus olan 0,15 ha. torpaq sahəsində fərdi yaşayış evi tikməyi və təmir etməyi öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı ilə sifarişçi arasında bağlanan 30 iyun 2018-ci il tarixli, 05 saylı podrat müqaviləsinə əsasən podratçı Quda rayonu Qaraçay kəndində yerləşən sifarişçinin istifadəsində olan, "xxxx" MMC-yə məxsus 0,27 ha. torpaq sahəsində evin tikintisini və təmirini həyata keçirməyi öz öhdəsinə götürür, sifarişçi isə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Bununla yanaşı, həmin tarixdə podratçı Sabunçu rayonu Ləhiş bağları 297 saylı bağ massivində yerləşən sifarişçinin istifadəsində olan və "xxxx" MMC-yə məxsus torpaq sahəsində evin tikintisini və təmirini həyata keçirməyi öz öhdəsinə götürür, sifarişçi isə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sözügedən podrat müqavilələri üzrə sifarişçi podratçıya 271.279 ABŞ dolları məbləğində pul ödəməyi öhdəsinə götürmüş, lakin sifarişçi ödənişləri gecikdirir, podratçı müqavilədən irəli gələn öhdəliyi lazımi qaydada icra etdiyi halda, sifarişçidən ödənişləri vaxtında ala bilmir, sifarişçi tərəfindən iddiaçıya cəmisi 160 000 ABŞ dolları ödənilmişdir. İşlər tam yekunlaşmasa da, sifarişçi tərəfindən ödənilən 160 000 ABŞ dolları məbləğində pul podratçının gördüyü işə mütənasib deyildir. Sifarişçi tərəfindən podratçıya gördüyü işlərin qarşılığında daha 30 000 ABŞ dolları məbləğində pul ödənilməli olduğu halda ödənilmir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh X22 vətəndaşıdır. O, xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasında "xxxx" MMC-ni təsis etmişdir. “Mahtar" MMC-nin adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,15 hektar, Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 297 saylı bağ sahəsini alaraq özünə uzun müddətə icarəyə vermişdir. Həmin torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə müvafiq icra hakimiyyətindən tikintiyə icazə aldıqdan sona ilkin olaraq Sarayda yerləşən torpaq sahəsinin hasara alınması üçün cavabdehlə da müqavilə bağlanmışdır. İlkin iddia ərizəsində qeyd edildiyi kimi tərəflər arasında üç podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Saray qəsəbəsində tikiləcək fərdi yaşayış evi üçün 111,444 ABŞ dolları müəyyən edilmişdir. Tikintiyə tələb olunan material kafel, metlax və s. Dubay şəhərindən gətiriləcək. Bu səbəbdən evin təmirsiz inşa edilməsi, lakin divarların suvanması, iç və çöl qapıların alınması və quraşdırılması, elektrik, su və kanalizasiya borularının çəkilməsi daxil olmaqla işlərin görülməsinin neçəyə başa gəlməsi barədə cavabdehdən soruşduqda, 75 000 ABŞ dollarına başa gəlməsini cavabdeh ona bildirmişdir. Qabaqcadan müəyyən olunmuş smetalar əsasında həmin inşa-təmir işlərinə cavabdeh 67.269 ABŞ dolları sərf etmişdir. Bundan başqa, 29 may 2018-ci il tarixli 03 saylı müqaviləyə əsasən Quba rayonu Qaraçay kəndində 0,27 ha torpaq sahəsinin hasarlanması üçün podrat müqaviləsi bağlanmış, muzd kimi 5.516 ABŞ dolları müəyyən edilmişdir. Bu hasar aşmışdır. Daha sonra, Ləhiş bağ sahəsində yerləşən 297 saylı bağ sahəsində hasarın tikintisi barədə podrat müqaviləsi bağlanmış, muzd haqqı kimi 4420 ABŞ dolları müəyyən edilmişdir. Ləhişdə yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün 76 000 ABŞ dolları müqabilində 30 iyun 2018-ci il tarixli 04 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə cavabdehə 30 000 ABŞ dolları verilmiş, lakin, bunun müqabilində ilkin iddiaçı tərəfindən 24 897 ABŞ dolları dəyərində iş görülmüşdür. Quba rayonunun Qaraçay kəndində fərdi yaşayış evinin tikintisi isə 77839 ABŞ dolları müqabilində tərəflər arasında 30 iyul 2018-ci il tarixli 05 saylı podrat müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə cavabdehə 56.500 ABŞ dolları verilmiş, lakin bunun müqabilində onun tərəfindən 46 112 ABŞ dolları dəyərində keyfiyyətsiz iş görülmüşdür. Quba və Ləhişdə hasarın tikintisi işlərində azalmalar olduğundan ilkin iddiaçıya 8700 ABŞ dolları ödəniş edildi. Beləliklə, Sarayda inşa edilmiş ev üçün 70000 ABŞ dolları, Ləhişdəki evin tikintisi üçün 30 000 ABŞ dolları, Quba rayonunun Qaraçay kəndindəki ev üçün 56 500 ABŞ dolları cavabdehin imzaladığı ödəniş cədvəlləri əsasında ona verilmişdir. Lakin cavabdeh heç bir əsas olmadan öhdəliklərinin icrasını dayandırmışdır. Cavabdehə ödənilmiş son 20.000 (iyirmi min) ABŞ dollarının qarşılığında o, heç bir iş görməmişdir. Cavabdehin Qubada tikdiyi hasarın bir hissəsinin aşması isə əlaqədar həmin tikililərin yoxlatdırılması zərurəti yaranmışdır. Cavabdeh tərəfindən aparılan tikinti işlərinin mütəxəssis tərəfindən yoxlanılması zamanı isə həmin işlərdə bir çox qüsurlar aşkarlanmışdır. Belə ki, müqavilələrə əlavə olunmuş smetalarda "X35" müəssisəsinin istehsal etdiyi armaturlar və ona uyğun qiymətlər nəzərdə tutulsa da, faktiki olaraq, tikintidə ucuz və keyfiyyətsiz armatur və sementdən istifadə edildiyi müəyyən edilmişdir. Daha sonra, Qubada, Sarayda və Ləhişdə tikilən evlərin cavabdehin hesabladığı smeta üzrə gördüyü işlər mütəxəssislər tərəfindən hesablanmış, müəyyən edilmişdir ki, həmin iki ev üzrə cavabdehə ümumilikdə 22 883 ABŞ dolları məbləğində artıq pul ödənmişdir. Bu barədə cavabdehə məlumat verildikdə isə o, bu məbləği Sarayda bəzi əlavə xərclərə çəkdiyini bildirmişdir. Bu xərcləri təsdiqləyə biləcək hər hansı bir sənəd cavabdehdən tələb olunduqda isə, o, heç bir sənəd təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehə artiq olaraq ödənilmiş 22.883 (iyirmi iki min səkkiz yüz səksən üç) ABŞ dolları məbləğində pul vəsaitinin müqabilində tikintilərin birində hər hansı bir işlərin görülməsini cavabdehə təklif etmişdir. Lakin, cavabdeh ona artıq olaraq ödənilmiş 22.883 (iyirmi iki min səkkiz yüz səksən üç) ABŞ dolları məbləğində pul vəsaitinin müqabilində heç bir iş görməmişdir. Mütəxəssislərin hesablamaları əsasında müəyyən edilmişdir ki, Saray qəsəbəsində görülmüş işlər üzrə cavabdehə 2.731 ABŞ dolları məbləğində pul vəsaitinin əlavə olaraq ödənildiyinə baxmayaraq, onun tərəfindən işlər tamamlanmamışdır. Quba rayonunda hasarın tikilməsində cavabdeh tərəfindən yararsız sementdən istifadə edildiyi səbəbdən hasar demək olar ki, tam olaraq aşmış və bunun nəticəsində qonşuya 2.000 (iki min) ABŞ dolları məbləğində maddi ziyan vurmuşdur. Uçmuş hasarın yenidən tikilməsi nəticəsində əlavə olaraq 2.822 (iki min səkkiz yüz iyirmi iki) ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən ona ümumilikdə 27,705 (iyirmi yeddi min yeddi yüz beş) ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur. Sonradan cavabdeh-qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək, 48.091,00 (qırx səkkiz min doxsan bir) ABŞ dolları ödəniş icra olunduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq manatla cavabdeh X11 alınaraq iddiaçı Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı məhkəmə baxışı gedişində iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Həmin ekspertiza nəticəsində əldə olunan ekspert rəyinə və iş materiallarına əlavə olunmuş maddi sübütlara əsasən iddiaçıya məxsus Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin divarların suvanması, iç və çöl qapıların alınması və quraşdırılması, elektrik, su və kanalizasiya boruların çəkilməsi üçün cavabdehə 74.000 ABŞ dolları, yəni 125.000,00 (yüz iyirmi beş min) manat məbləğində pul verilmişdir.xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən: İddiaçıya məxsus Saray qəsəbəsində yerləşən torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi üçün 92.585,35 (doxsan iki min beş yüz səksən beş manat otuz beş qəpik) sərf olunmuşdur;elektrik işlərinin görülməsi üçün 7.668,25 (yeddi min altı yüz altmış səkkiz manat iyirmi beş qəpik) sərf olunmuşdur;santexnika işlərinin görülməsi üçün 5.179,95 (beş min yüz yetmiş doqquz manat doxsan beş qəpik) sərf olunmuşdur. Ümimilikdə Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin təmirsiz inşa edilməsinə, divarların suvanmasına, su və kanalizasiya borularının çəkilməsi daxil olmaqla tikinti-təmir işlərinin dəyəri 114.205,85 (yüz on dörd min iki yüz beş manat səksən beş qəpik) müəyyən olunur. Bu hissədə iddiaçının xeyrinə olan fərq 10.794,15 (on min yeddi yüz doxsan dörd manat on beş qəpik) təşkil edir. İddiaçıya məxsus Saray qəsəbəsində yerləşən torpaq sahəsinin hasarının tikintisi üçün cavabdehə müqavilə ilə 3.380,00 (üç min üç yüz səksən) manat məbləğində pul verilmişdir. Həmin hasar bünövrəsiz, yəni düzgün olmayaraq tikildiyi üçün aşmış və həmin hasarın yenidən tikintisi üçün digər fiziki şəxs X14 8.000,00 (səkkiz min) manat məbləğində pul verilmişdir. Bu hissədə iddiaçının xeyrinə olan fərq 4.620,00 (dörd min altı yüz iyirmi) manat təşkil edir. Cavabdehin yarımçıq qoyduğu işlərlə əlaqədar Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi üçün, əlavə olaraq xx.xx.2019 tarixdə X21 ilə 53.109,00 (əlli üç min yüz doqquz) manat dəyərində podrat müqaviləsi bağlanılaraq, iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmasından əvvəl təmir işləri görülüb başa çatdırılmışdır. Həmin podrat müqaviləsi və görülmüş işlərin hesablanmasına dair akt hazırkı vəsatətə əlavə olunur. Daha sonra, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi üçün, əlavə olaraq xx.xx.2019 tarixdə "xxxx" MMC ilə 23.000,00 (iyirmi üç min) manat dəyərində İşlərin (santexnika xidmətlərinin) yerinə yetirilməsi haqqında müqaviləsi bağlanılaraq, iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə- əmtəəşünaslıq ekspertizası təyin olunmasından əvvəl santexnika işləri görülüb başa çatdırılmışdır. Həmin müqavilə və qiymətlərin razılaşdırılması protokolu hazırkı vəsatətə əlavə olunur. İddiaçıya məxsus Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin hasarının tikilməsi üçün cavabdehə 4.420,00 (dörd min dörd yüz iyirmi) ABŞ dolları, yəni 7.514,00 (yeddi min beş yüz on dörd) manat məbləğində pul verilmişdir. xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən: • İddiaçıya məxsus Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin hasarın tikilməsinə çəkilmiş xərclərin dəyəri 3.632,80 (üç min altı yüz otuz iki manat səksən qəpik) müəyyən olunur. Bu hissədə iddiaçının xeyrinə olan fərq 3.094,00 (üç min doxsan dörd) manat təşkil edir. İddiaçıya məxsus Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi üçün Podrat Müqaviləsi üzrə cavabdehə 30.000,00 (otuz min) ABŞ dolları, yəni 51.000,00 (əlli bir min) manat məbləğində pul verilmişdir. Ləhiş qəsəbəsində yerləşən torpaq sahəsinin üzərində tikilən fərdi yaşayış evi ümumiyyətlə təmir olunmayıb. xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən: • İddiaçıya məxsus Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin üzərində fərdi yaşayış evinin tikintisinə çəkilən xərclər 32.642,90 (otuz iki min altı yüz qırx iki manat doxsan qəpik) müəyyən olunur. Bu hissədə iddiaçının xeyrinə olan fərq 18.357,1 (on səkkiz min üç yüz əlli yeddi manat on qəpik) təşkil edir. Quba rayonu, Qaraçay kəndində yeryerləşən 0,27 hektar torpaq sahəsinin hasarlanması üçün cavabdehlə podrat müqviləsi üzrə muzd haqqı kimi, 6.000 (altı min) ABŞ dolları, yəni 10.200 (on min iki yüz) manat müəyyən edilmişdir. Bu hasar bünövrəsiz və az miqdarda sementdən istifadə olunduğu üçün aşmış və bunun nəticəsində qonşuya 2.000 (iki min) ABŞ dolları, yəni 3.400 (üç min dörd yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Hasarın bir hissəsi aşdığı üçün, gələcəkdə yenə də bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması üçün iddiaçı tərəfindən hasarın bir çox hissəsi tamamilə sökülüb bir hissəsi isə yarıya qədər sökülmüşdür. xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən: Quba rayonu, Qaraçay kəndində yeryerləşən 0,27 hektar torpaq sahəsinin hasarının tikintisinə çəkilmiş xərcin dəyəri 9.691,36 (doqquz min altı yüz doxsan bir manat otuz altı qəpik) təşkil edir. Bu hissədə iddiaçının xeyrinə olan fərq 13.091,36 (on üç min doxsan bir manat otuz altı qəpik) təşkil edir. Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi üçün cavabdehə 56.500 (əlli altı min beş yüz) ABŞ dolları, yəni 96.050 (doxsan altı min əlli) manat verilmişdir. xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən: Quba rayonu, Qaraçay kəndində yeryerləşən 0,27 hektar torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisinin xərci 64.250,90 (altmış dörd min iki yüz əlli manat doxsan qəpik) müəyyən olunur. Bu hissədə iddiaçının xeyrinə olan fərq 31.799,1 (otuz bir min yeddi yüz doxsan doqquz manat on qəpik) təşkil edir. Lakin, Qubadakı evin rigelləri, yəni əsas yük daşıyıcıları keyfiyyətsiz armaturdan tikildiyi üçün əyilib çökmüş, bu halda tikilidən hər hansı bir məqsədlər üçün istifadə etməh həyat və sağlamlıq üçün təhlükəli olduğundan bu tikili tamamilə sökülüb yenidən tikilməlidir. Göründüyü kimi, həmin ekspertiza nəticəsində əldə olunan ekspert rəyinə və iş materiallarına əlavə olunmuş maddi sübütlara əsasən iddiaçının xeyrinə olan ümumi fərq 81.755,71 (səksən bir min yeddi yüz əlli beş manat yetmiş bir qəpik), yəni 48.091 (qırx səkkiz min doxsan bir) ABŞ dolları təşkil edir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X15 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmənin sonrakı iclaslarına gəlməmişdir. Onun vəkili-nümayəndəsi Nümayəndə1 elektron sistemə ərizə ünvanlayaraq bildirmişdir ki, iş üzrə ekspert rəyi elektron kabinetə yerləşdirilsə də, rəyin mətni tam olaraq düşməmişdir. Həmçinin rəyin qismən tanış olduğu hissələri ilə razı olmadığı üçün təkrar ekspertizanın keçirilməsini zəruri hesab edir. Bundan başqa, təyin olunmuş məhkəmə prosesində Bakı şəhərində olmadığı üçün iştirak edə bilməyəcəkdir. Ötən proses iki gün əvvəldə olmuşdur və ötən prosesdə də məhkəmə prosesinin geniş vaxta təxir olmasını xahiş etmişdir. Lakin məhkəmənin qısa müddətə təxir olunması onu çıxılmaz vəziyyətə salmışdır. Odur ki, işin obyektiv araşdırılması və iş üzrə münasibət bildirməyi üçün prosesi başqa vaxta təxirə salmağı xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında ilkin iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 ilkin iddianı müdafiə edib təmin edilməsini, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh- qarşılıqlı iddiaçı X33 X23 nümayəndəsi-vəkili, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 Oktay oğlu məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək təmin edilməsini, ilkin iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X27 ifadəsində bildirdi ki, o, ərəb dili üzrə universitet təhsili olduğundan əcnəbilərə bu dil üzrə xidmət göstərir. Cavabdeh, tur təşkil edən Kənan adlı şəxsin vasitəsilə Emil Abbasovla tanış olmuşdur, X32 dayısıdır. "xxxx" MMC hazırda fəaliyyət göstərmir. İlk iddia üzrə cavabdeh "xxxx" MMC təsis edərək 3 yerdə torpaq sahəsi əldə etmişdir. İş üzrə tərəflər arasında bağlanmış podrat müqavilələrini o, hazırlamışdır. Emil Abbasov müqavilə üzrə pul təhvil aldıqda hər dəfə müvafiq olaraq qəbzə imza atmışdır. Emil Abbasov onun torpaq sahələrində tikinti işlərini, hasar çəkməyi görməyi öhdəsinə götürmüşdür. X36 müqavilədə nəzərdə tutulan qaydada işləri icra etmədi, hamısı keyfiyyətsiz, Qubadakı torpağın hasarı uçdu, cavabdeh-qarşılıqlı iddiaçı da məcbur olub Mehman adlı ustanı Saraydakı tikintiyə cəlb etdi, Saraydakı evin santexnika işlərini Mehman usta aparıb, müəyyən tikinti-təmir işləri əlavə xərc hesabına aparıldı. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Mülki iş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, "xxxx" MMC ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır, qanuni təmsilçisi Cavabdehdir. Mülki iş materiallarında olan ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMCnin adına daşınmaz əmlakın dövlət reyestrində 911 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu, Qaraçay kəndində yerləşən 0.27 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan ünvanında yerləşən 0.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 732 nömrəli reyestr kitabının 69355 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış İcarə müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC Quba rayonu, Qaraçay kəndində yerləşən 0.27 ha torpaq sahəsini xx.xx.2020-ci il tarixədək Cavabdeh icarəyə vermişdir. Mülki iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış İcarə müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsini xx.xx.2037-ci il tarixədək Cavabdeh icarəyə vermişdir Mülki iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış İcarə müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC ünvan ünvanında yerləşən 0.25 ha torpaq sahəsini xx.xx.2019-cu il tarixədək Cavabdeh icarəyə vermişdir. Mülki işin materiallarında olan X15 ilə X22 vətəndaşı Cavabdeh arasında 14 iyun 2017-ci il tarixli, 01 №-li Podrat müqaviləsindən müəyyən edilir ki, 1.1. xx.xx.2017-ci il tarixinə qədər, 12 gün müddət ərzində Podratçı, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən "xxxx" MMC-yə məxsus, Sifarişçinin istifadəsində olan 0.15 h. torpaq sahəsini tərəflər arasında razılaşdırılmış bu müqaviləyə əlavə edilmiş layihə və smeta üzrə tikinti materialları da daxil olmaqla daş hasarını tikməyi (daxildir: fundamentin qazılması, fundamentin daş ilə tikilməsi, hasarın tikilməsi, işçi pulu, bütün materiallar, tikinti üçün istifadə edilən bütün ləvazimatlar) və torpağın düzəldilməsini öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1.nəbdinə görə bBu müqavilədə görülən işlərə görə muzd haqqı hər kv.m 13.39 manat təşkil edir və ilkin olaraq 3380 manat, qalanı ölçüldükdən sonra isə işlər təhvil verildikdə Sifarişçi tərəfindən Podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən ödənilir. Həmin Müqavilənin sonunda Cavabdeh tərəfindən 2000 ABŞ dolları=3380 manat, 180 ABŞ dollar=304 manat, 500 ABŞ dolları=845 manat (3380+304+845=4529 manat) ümumi 2680 ABŞ dolları X10 verilmiş və X15 imza etməklə həmin məbləği təhvil almışdır. 1000 (min) ABŞ dolları xx.xx.2017-ci ildə əlavə olaraq verilmiş və yenə imza edib həmin məbləği qəbul etmişdir. Mülki işin materiallarında olan X15 ilə Cavabdeh arasında 23 mart 2018-ci il tarixli, 02 №-li Podrat müqaviləsindən müəyyən edilir ki, 1.1. xx.xx.2018-ci il tarixdən xx.xx.2018ci il tarixinə qədər, 6 ay müddət ərzində (sifarişçi tərəfindən ödəniləcək xidmət haqqı gecikdirildikdə bu müddət dəyişə bilər) Podratçı, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən "xxxx" MMC-yə məxsus, Sifarişçinin istifadəsində olan 0.15 h. torpaq sahəsini tərəflər arasında razılaşdırılmış bu müqaviləyə əlavə edilmiş layihə və smeta üzrə tikinti materialları, bu materialların çatdırılma və daşınma xərcləri də daxil olmaqla fərdi yaşayış evini tikməyi və təmir etməyi öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1. Bu müqavilədə görülən işlərə görə muzd haqqı 118440 (yüz on səkkiz min dörd yüz qırx) ABŞ dolları (201 171,65 manat) təşkil edir və ilkin olaraq 7000 ABŞ dollar, qalan 111440 ABŞ dolları isə 6 ay. Həmin müqaviləyə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 01 nömrəli qəbzdən görünür ki, X15 Cavabdeh ilə bağladığı 23 mart 2018-ci il tarixli podrat müqaviləsi üzrə 7000 (yeddi min) ABŞ dolları xidmət haqqı məbləğini almışdır. Həmin müqaviləyə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 02 nömrəli qəbzdən görünür ki, X15 Cavabdeh ilə bağladığı 23 mart 2018-ci il tarixli podrat müqaviləsi üzrə 10000 (on min) ABŞ dolları xidmət haqqı məbləğini almışdır. Əlavə xx.xx.2018-ci ildə 10000 ABŞ dolları, xx.xx.2018-ci ildə 10000 ABŞ dolları, xx.xx.2018-ci ildə 3000 ABŞ dolları, xx.xx.2018-ci ildə 10000 ABŞ dolları, xx.xx.2018-ci ildə 5000 ABŞ dolları, xx.xx.2018-ci ildə 5000 ABŞ dolları, xx.xx.2018-ci ildə 5000 ABŞ dolları, xx.xx.2017-ci ildə 5000 ABŞ dolları, metlaxların vurulması üçün xx.xx.2017-ci ildə 2000 ABŞ dolları, metlaxların vurulması üçün 1000 ABŞ dolları almışdır. (xx.xx.2018-ci ildə 1000 ABŞ dollarını kənar şəxsin imzası ilə qəbul edilmişdir) Mülki işin materiallarında olan X15 ilə Cavabdeh arasında 30 iyun 2018-ci il tarixli, 05 №-li Podrat müqaviləsindən müəyyən edilir ki, 1.1. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinə qədər, 3 (üç) ay müddət ərzində (sifarişçi tərəfindən ödəniləcək xidmət haqqı gecikdirildikdə bu müddət dəyişə bilər) Podratçı, Quba rayonu, Qaraçay kəndində yerləşən "xxxx" MMC-yə məxsus, Sifarişçinin istifadəsində olan 0.27 h. torpaq sahəsində Quba rayon İcra Hakimiyyətindən alınmış eskiz layihədə təsdiqlənmiş evin, materiallar da daxil tikintisi (işıq xətlərinin çəkilməsi və otaqlardakı elektrik qovşağı və elektrik düymə və qoşulmalarının, su və kanalizasiya xətlərinin və kombi istilik sisteminin çəkilməsi daxil) və tərəflər arasında imzalanmış evin fasadının materiallar da daxil olmaqla təmirini öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1. Bu müqavilədə görülən işlərə görə muzd haqqı 77839 (yetmiş yeddi min səkkiz yüz otuz doqquz) ABŞ dolları x 1.6900= 131547,84 manat təşkil edir və hissəli ödənişlərlə Sifarişçi tərəfindən Podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən ödənilir. Tərəflər arasında bağlanan 30 iyun 2018-ci il tarixli 05 saylı podrat müqaviləsinə 2 saylı əlavə ödəniş cədvəlinə əsasən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə 10 000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 5000, xx.xx.2018-ci il tarixdə 10 000, xx.xx.2018-ci il tarixdə 10 000, xx.xx.2018-ci il tarixdə 5000, xx.xx.2018-ci il tarixdə 6500 və xx.xx.2018-ci il tarixdə 10 000 ABŞ dolları olmaqla cəmisi 56 500 ABŞ dolları məbləğində pul cavabdehqarşılıqlı iddiaçı tərəfindən ilkin iddiaçı Emil Abbasova verilmiş, həmin pul qəbzə imza edilməklə onun tərəfindən qəbul edilmişdir. Mülki işin materiallarında olan X15 ilə Cavabdeh arasında 29 may 2018-ci il tarixli, 03 №-li Podrat müqaviləsindən müəyyən edilir ki, 1.1. xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər, 1 (bir) ay müddət ərzində (sifarişçi tərəfindən ödəniləcək xidmət haqqı gecikdirildikdə bu müddət dəyişə bilər) Podratçı, Quba rayonu, Qaraçay kəndində yerləşən "xxxx" MMC-yə məxsus, Sifarişçinin istifadəsində olan 0.27 h. torpaq sahəsini 2.4 metr hündürlüyündə, hər sütunun arası dörd metrə olmaqla tikinti materialları , bu materialların çatdırılma və daşınma və bütün xərcləri də olmaqla daş hasarın tikilməsini öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1. Bu müqavilədə görülən işlərə görə muzd haqqı 5516 (beş min beş yüz on altı) ABŞ dolları (9365 AZN/1.6980=5516 ABŞ dolları) təşkil edir və ilkin olaraq 2000 ABŞ dolları, qalan 3516 ABŞ dolları isə xx.xx.2018-ci il tarixinədək hissəli ödənişlərlə Sifarişçi tərəfindən Podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən ödənilir. Həmin Müqavilənin sonunda Cavabdeh tərəfindən 2000 ABŞ dolları xx.xx.2018-ci il, 2000 ABŞ dolları xx.xx.2018-ci il, 2000 ABŞ dolları xx.xx.2018-ci il tarixlərdə, cəmi 6000 ABŞ dolları X10 verilmiş və X15 imza etməklə həmin məbləğlərı alması qeyd edilmişdir. Mülki işin materiallarında olan X15 ilə Cavabdeh arasında 25 iyun 2018-ci il tarixli, 04 №-li Podrat müqaviləsindən müəyyən edilir ki, 1.1. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinə qədər, 10 (on) gün müddət ərzində (Sifarişçi tərəfindən ödəniləcək xidmət haqqı gecikdirildikdə bu müddət dəyişə bilər) Podratçı, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 297 saylı sahədə yerləşən "xxxx" MMC-yə məxsus, Sifarişçinin istifadəsində olan 0.25 h. torpaq sahəsini 2.6 metr hündürlüyündə (bünövrəsi iki tərəfdən 20 sm., qalan iki yol tərəfdən isə 40 sm. olmaqla, hər sütunun arası iki metrə olmaqla tikinti materialları, bu materialların çatdırılma və daşınma və bütün xərcləri də daxil olmaqla daş hasarın tikilməsini öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1. Bu müqavilədə görülən işlərə görə muzd haqqı 4420 (dörd min dörd yüz iyirmi) ABŞ dolları (7501 AZ/1.6980-4420 ABŞ dolları) təşkil edir və ilkin olaraq 2700 ABŞ dolları, qalan 1720 ABŞ dolları isə hissəli ödənişlərlə Sifarişçi tərəfindən Podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən ödənilir. Həmin müqaviləyə əlavə edilmiş qəbzdən görünür ki, X6 bağ sahəsinin hasarının tikilməsi üçün xx.xx.2018-ci ildə 2700 ABŞ dolları almışdır. Mülki işin materiallarında olan X15 ilə Cavabdeh arasında 05 iyul 2018-ci il tarixli, 06 №-li Podrat müqaviləsindən müəyyən edilir ki, 1.1. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinə qədər (sifarişçi tərəfindən ödəniləcək xidmət haqqı gecikdirildikdə bu müddət dəyişə bilər) Podratçı, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən "xxxx" MMC-yə məxsus, Sifarişçinin istifadəsində olan 0.25 h. torpaq sahəsində Quba rayon İcra Hakimiyyətindən alınmış eskiz layihədə təsdiqlənmiş evin, materiallar da daxil tikintisi (işıq xətlərinin çəkilməsi və otaqlardakı elektrik qovşağı və elektrik düymə və qoşulmalarının, su və kanalizasiya xətlərinin və kombi istilik sisteminin çəkilməsi daxil) və tərəflər arasında imzalanmış evin fasadının materiallar da daxil olmaqla təmirini öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1. Bu müqavilədə görülən işlərə görə muzd haqqı 76000 (yetmiş altı min) ABŞ dolları (76000 $ / 1.6900=128 547,84 AZN) təşkil edir və hissəli ödənişlərlə Sifarişçi tərəfindən Podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən ödənilir. Həmin müqaviləyə dair bağlanan 2 saylı əlavə ödəniş cədvəlindən görünür ki, X15 xx.xx.2018-ci il tarixdə 10 000, xx.xx.2018-ci il tarixdə 5000, xx.xx.2018-ci il tarixdə 10 000, xx.xx.2018-ci il tarixdə isə 5000 ABŞ dolları, cəmisi 30 000 ABŞ dolları ( 51000 manat) məbləğində pulu qəbzə imza etməklə qəbul etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, X15 ilə X22 vətəndaşı Cavabdeh arasında 14 iyun 2017-ci il tarixli, 01 №-li Podrat müqaviləsinə əsasən Podratçı, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən "xxxx" MMC-yə məxsus, Sifarişçinin istifadəsində olan 0.15 h. torpaq sahəsinin tərəflər arasında razılaşdırılmış bu müqaviləyə əlavə edilmiş layihə və smeta üzrə tikinti materialları da daxil olmaqla daş hasarını tikməyi (daxildir: fundamentin qazılması, fundamentin daş ilə tikilməsi, hasarın tikilməsi, işçi pulu, bütün materiallar, tikinti üçün istifadə edilən bütün ləvazimatlar) və torpağın düzəldilməsini öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüş, həmin müqavilə üzrə Cavabdeh tərəfindən ümumi 2680 ABŞ dolları məbləğində pulu və 1000 (min) ABŞ dolları xx.xx.2017-ci ildə əlavə olaraq cəmi 3680 ABŞ dolları məbləğində pulu X15 qəbzə imza etməklə qəbul etmişdir. Həmçinin, X15 ilə Cavabdeh arasında 23 mart 2018-ci il tarixli, 02 №-li Podrat müqaviləsinin surətinə əsasən Podratçı, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən "xxxx" MMC-yə məxsus, Sifarişçinin istifadəsində olan 0.15 h. torpaq sahəsini tərəflər arasında razılaşdırılmış bu müqaviləyə əlavə edilmiş layihə və smeta üzrə tikinti materialları, bu materialların çatdırılma və daşınma xərcləri də daxil olmaqla fərdi yaşayış evini tikməyi və təmir etməyi öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüş, həmin müqavilənin 3.1. Bu müqavilədə görülən işlərə görə muzd haqqı 118440 (yüz on səkkiz min dörd yüz qırx) ABŞ dolları təşkil edir ,23 mart 2018-ci il tarixli podrat müqaviləsi üzrə 7000 (yeddi min) ABŞ dolları xidmət haqqı, həmin müqaviləyə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 02 nömrəli qəbzə görə X15 Cavabdeh ilə bağladığı 23 mart 2018-ci il tarixli podrat müqaviləsi üzrə 10000 (on min) ABŞ dolları xidmət haqqı məbləğini almışdır. Əlavə xx.xx.2018-ci ildə 10000 ABŞ dolları, xx.xx.2018-ci ildə 10000 ABŞ dolları, xx.xx.2018-ci ildə 3000 ABŞ dolları, xx.xx.2018-ci ildə 10000 ABŞ dolları, xx.xx.2018-ci ildə 5000 ABŞ dolları, xx.xx.2018-ci ildə 5000 ABŞ dolları, xx.xx.2018-ci ildə 5000 ABŞ dolları, xx.xx.2017-ci ildə 5000 ABŞ dolları, metlaxların vurulması üçün xx.xx.2017-ci ildə 2000 ABŞ dolları, metlaxların vurulması üçün 1000 ABŞ dolları olmaqla, cəmi 73 000 ABŞ dolları məbləğində pulu qəbzə imza etməklə X10 vermişdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi X15 ilə Cavabdeh arasında bağlanan yuxarıda qeyd edilən podrat müqavilələri üzrə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.15 ha. torpaq sahəsinin hasarının çəkilməsi ilə bağlı 3680 ABŞ dolları, evin tikintisi ilə bağlı 73 000 ABŞ dolları olmaqla cəmisi, 76 680 ABŞ dolları məbləğində pul cavabdeh tərəfindən iddiaçı X10 verilmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, iddiaçı X15 ilə Cavabdeh arasında 30 iyun 2018-ci il tarixli, 05 №-li Podrat müqaviləsinə əsasən Podratçı, Quba rayonu, Qaraçay kəndində yerləşən "xxxx" MMC-yə məxsus, Sifarişçinin istifadəsində olan 0.27 h. torpaq sahəsində Quba rayon İcra Hakimiyyətindən alınmış eskiz layihədə təsdiqlənmiş evin, materiallar da daxil tikintisi (işıq xətlərinin çəkilməsi və otaqlardakı elektrik qovşağı və elektrik düymə və qoşulmalarının, su və kanalizasiya xətlərinin və kombi istilik sisteminin çəkilməsi daxil) və tərəflər arasında imzalanmış evin fasadının materiallar da daxil olmaqla təmirini öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd haqqı 77839 (yetmiş yeddi min səkkiz yüz otuz doqquz) ABŞ dolları x 1.6900= 131 547,84 manat olmaqla, həmin məbləğdən 30 iyun 2018-ci il tarixli 05 saylı podrat müqaviləsinə 2 saylı əlavə ödəniş cədvəlinə xx.xx.2018-ci il tarixdə 10 000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 5000, xx.xx.2018-ci il tarixdə 10 000, xx.xx.2018-ci il tarixdə 10 000, xx.xx.2018-ci il tarixdə 5000, xx.xx.2018-ci il tarixdə 6500 və xx.xx.2018-ci il tarixdə 10 000 ABŞ dolları olmaqla cəmisi 56 500 ABŞ dolları məbləğində pul cavabdeh-qarşılıqlı iddiaçı tərəfindən ilkin iddiaçı Emil Abbasova verilmiş, həmin pul qəbzə imza edilməklə onun tərəfindən qəbul edilmişdir. Həmçinin, X15 ilə Cavabdeh arasında 29 may 2018-ci il tarixli, 03 №-li Podrat müqaviləsinə əsasən Podratçı, Quba rayonu, Qaraçay kəndində yerləşən "xxxx" MMC-yə məxsus, Sifarişçinin istifadəsində olan 0.27 h. torpaq sahəsini 2.4 metr hündürlüyündə, hər sütunun arası dörd metrə olmaqla tikinti materialları, bu materialların çatdırılma və daşınma və bütün xərcləri də olmaqla daş hasarın tikilməsini öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. Həmin müqaviləyə görə muzd haqqı 5516 (beş min beş yüz on altı) ABŞ dolları (9365 AZN/1.6980=5516 ABŞ dolları) təşkil edir və ilkin olaraq 2000 ABŞ dolları, qalan 3516 ABŞ dolları isə xx.xx.2018ci il tarixinədək hissəli ödənişlərlə Sifarişçi tərəfindən Podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən Cavabdeh tərəfindən 2000 ABŞ dolları xx.xx.2018-ci il, 2000 ABŞ dolları xx.xx.2018-ci il, 2000 ABŞ dolları xx.xx.2018-ci il tarixlərdə, cəmi 6000 ABŞ dolları X10 qəbzə imza etməklə verilmişdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi Podratçı, Quba rayonu, Qaraçay kəndində yerləşən "xxxx" MMC-yə məxsus, Sifarişçinin istifadəsində olan 0.27 h. torpaq sahəsinə hasarın çəkilməsi və evin tikintisi üçün cəmisi 62 500 ABŞ dolları məbləğində pulu Cavabdeh tərəfindən X10 qəbzə imza etməklə verilmişdir. Bundan başqa, iddiaçı X15 ilə Cavabdeh arasında 25 iyun 2018-ci il tarixli, 04 №-li Podrat müqaviləsinə əsasən Podratçı, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 297 saylı sahədə yerləşən "xxxx" MMC-yə məxsus, Sifarişçinin istifadəsində olan 0.25 h. torpaq sahəsini 2.6 metr hündürlüyündə (bünövrəsi iki tərəfdən 20 sm., qalan iki yol tərəfdən isə 40 sm. olmaqla, hər sütunun arası iki metrə olmaqla tikinti materialları, bu materialların çatdırılma və daşınma və bütün xərcləri də daxil olmaqla daş hasarın tikilməsini öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd haqqı 4420 (dörd min dörd yüz iyirmi) ABŞ dolları (7501 AZ/1.6980-4420 ABŞ dolları) təşkil edir və ilkin olaraq 2700 ABŞ dolları, qalan 1720 ABŞ dolları isə hissəli ödənişlərlə Sifarişçi tərəfindən Podratçıya nəğd şəkildə onun tərəfindən imzalanmış qəbzlərə əsasən ödənilir. Həmin müqaviləyə əlavə edilmiş qəbzdən görünür ki, X6 bağ sahəsinin hasarının tikilməsi üçün xx.xx.2018-ci ildə 2700 ABŞ dolları almışdır. Həmçinin, iddiaçı X15 ilə X22 vətəndaşı Cavabdeh arasında 05 iyul 2018-ci il tarixli, 06 №-li Podrat müqaviləsinə əsasən Podratçı, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən "xxxx" MMC-yə məxsus, Sifarişçinin istifadəsində olan 0.25 h. torpaq sahəsində Quba rayon İcra Hakimiyyətindən alınmış eskiz layihədə təsdiqlənmiş evin, materiallar da daxil tikintisi (işıq xətlərinin çəkilməsi və otaqlardakı elektrik qovşağı və elektrik düymə və qoşulmalarının, su və kanalizasiya xətlərinin və kombi istilik sisteminin çəkilməsi daxil) və tərəflər arasında imzalanmış evin fasadının materiallar da daxil olmaqla təmirini öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür, muzd haqqı 76000 (yetmiş altı min) ABŞ dolları (76000 $ / 1.6900=128 547,84 AZN) təşkil edir, X15 xx.xx.2018-ci il tarixdə 10 000, xx.xx.2018-ci il tarixdə 5000, xx.xx.2018-ci il tarixdə 10 000, xx.xx.2018-ci il tarixdə isə 5000 ABŞ dolları, cəmisi 30 000ABŞ dolları ( 51000 manat) məbləğində pulu qəbzə imza etməklə qəbul etmişdir. Beləliklə, qeyd edilənlərdən görünür ki, iddiaçı X15 ilə Cavabdeh arasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən "xxxx" MMC-yə məxsus, Sifarişçinin istifadəsində olan 0.25 h. torpaq sahəsində hasar və ev tikintisi üçün ümumilikdə 32700 ABŞ dolları məbləğində pul Cavabdeh tərəfindən X10 qəbzə imza etməklə verilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, iş materiallarında olan və yuxarıda qeyd edilən podrat müqavilələrin məzmunundan göründüyü kimi hər üç torpaq sahəsində hasarın çəkilməsi və evin tikilməsi üçün müqavilələrdə razılaşdırılan məbləğlər Saray sahəsi üçün 118.444 ABŞ dolları evin tikintisi üçün razılaşdırılmış həmin məbləğin 73000 ABŞ dolları və hasarına görə razılaşdırılmış məbləğin 3680 ABŞ dolları, Saray sahəsi üçün cəmisi 76.680 ABŞ dolları, Quba ev sahəsi üçün 77.839 ABŞ dollarına razılaşdırılmış bundan ödəyib 56500 ABŞ dolları, hasarı üçün razılaşdırılıb 5516 ABŞ dolları, ödənilib 6000ABŞ dolları-Quba üçün cəmisi 62 500, Ləhiş sahəsi üçün ev tikintisi üçün razılaşdırılıb 76 000 ABŞ dolları, ödənib 30000 ABŞ dolları və oranın hasarı üçün razılaşdırılıb muzd haqqı 4420 ABŞ dolları, ödənilib 2700 ABŞ dolları, cəmisi 32 700 ABŞ dolları olmaqla, göründüyü kimi tərəflər arasında aparılan tikinti işləri ilə bağlı razılaşdırılmış ümumi məbləğ heç də ilkin iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi 271.279 ABŞ dolları yox, .285.559 ABŞ dolları olmuşdur ki, həmin məbləğdən də cəmisi 171 880 ABŞ dolları məbləğində pul Cavabdeh tərəfindən X10 verilmişdir. Hazırda ilkin iddiaçı iddia edir ki, sözügedən podrat müqavilələri üzrə sifarişçi podratçıya 271.279 ABŞ dolları məbləğində pul ödəməyi öhdəsinə götürmüş, lakin sifarişçi ödənişləri gecikdirir, podratçı müqavilədən irəli gələn öhdəliyi lazımi qaydada icra etdiyi halda, sifarişçidən ödənişləri vaxtında ala bilmir, sifarişçi tərəfindən iddiaçıya cəmisi 160 000 ABŞ dolları ödənilmişdir. İşlər tam yekunlaşmasa da, sifarişçi tərəfindən ödənilən 160 000 ABŞ dolları məbləğində pul podratçının gördüyü işə mütənasib deyildir. Sifarişçi tərəfindən podratçıya gördüyü işlərin qarşılığında daha 30 000 ABŞ dolları məbləğində pul ödənilməli olduğu halda ödənilmir. Cavabdeh-qarşılıqlı iddiaçı isə iddia tələbini qəbul etmir və onun iddia tələbindən göründüyü kimi podrat müqaviləsinin şərtlərinə ilkin iddiaçının əməl etməməsinə əsaslanaraq ona vurulan ziyanı ilkin iddiaçıdan tələb edir. Məhkəmə hər iki iddia tələbinin dəlillərini yoxlamaq üçün iş üzrə mütəxəssislərin iştirakının təmin edilməsi ilə məhkəmə inşaat – tikinti ekspertizası təyin edilməsi barədə qərardad qəbul etmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən 21 yanvar 2021-ci il tarixli, 197/E №-li ekspert rəyindən görünür ki, Saray qəsəbəsindəki evin elektrik xərcləri 15300 (on beş min üç yüz) manat, su kanalizasiya və boru xətlərinə 10345 (on min üç yüz qırx beş) manat, evin tikilmə xərcləri 175 318 (yüz yetmiş beş min üç yüz on səkkiz) manat pul vəsait xərclənmişdir. Saray qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün 200,963 (iki yüz min doqquz yüz altmış üç) manat pul vəsaiti xərclənmişdir. Ləhişdəki fərdi yaşayış evinə hasarı ilə birlikdə tikinti xərcləri 30 000 (otuz min) manat pul vəsaiti xərclənmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən 05 may 2021-ci il tarixli, 2-211/E №-li ekspert rəyindən görünür ki, Quba rayonu Qaraçay kəndindəki tikiliyə 22.877 (iyirmi iki min səkkiz yüz yetmiş yeddi AZN) pul vəsait xərclənmişdir. Qərardadla verilən digər suala cavab olaraq bildirir ki, hasarın bir qismi (təxminən 70- 100 metrlik məsafə, hündürlük olaraq 1 metr) aşmışdır. Bərpa edilməsinə 1000 (min) AZN məbləğində vəsait tələb olunur. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4589 nömrəli rəyindən aşağıdakılar müəyyən edilir ki, tədqiq olunan ünvanlarda aparılmış tikinti-təmir işləri tam başa çatmadığını nəzərə alaraq, podrat müqavilələri üzrə cavabdeh tərəfindən aparılan tikintitəmir işləri zamanı müqavilələrdə nəzərdə tutulan tikinti materiallarınin istifadə olunubolunmamasını müəyyən etmək mümkün olmadı. Eyni zamanda tikinti-təmir işləri zamanı istifadə olunmuş materialların keyfiyyətinin və armaturların standartlara cavab veribverməməsinin müəyyən olunması tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus 0,15 ha torpaq sahəsinin hasarının inşa edilməsi üçün bağlanmış 14 iyun 2018-ci il tarixli 01 saylı podrat müqaviləsinə əsasən 3380,0 manat tələb olunmuş və baxış zamanı hasarın inşa edilməsində hər-hansı qüsurlar müəyyən olunmadı. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus 0,15 ha torpaq sahəsində yerləşən evin təmirsiz inşa edilmsə, lakin divarların suvanması, su və kanalizasiya borularının çəkilməsi daxil olmaqla işlərin görülməsinə faktiki aparılan tikintitəmir işlərinin ümumi dəyəri 114 205.85 manat, o cümlədən fərdi yaşayış evinin tikintisinə 92585.35 manat, elektrik işlərinə çəkilmiş xərcin dəyəri 7668.25.84 manat, santexnika işlərinə çəkilmiş xərcin dəyəri 5170.95 manat və istifadə olunmuş materialların dəyəri 8781,3 manat məbləğində müəyyən olunur. Quba rayonu Qaraçay kəndində 0,27 ha torpaq sahəsinin hasarının bir hissəsi baxış zamanı aşdığı müəyyən olunmuşdur. Lakin hasarın aşmış hissəsinin dəqiqliklə ölçülməsi mümkün olmadığı üçün bərpasına nə qədər məbləğdə pul vəsaitinin tələb olunmasını müəyyən enmək mümkün olmadı. Quba rayonu, Qaraçay kəndində yerləşən "xxxx" MMCyə məxsus olan 0,27 ha torpaq sahəsində faktiki aparılan tikinti-təmir işlərinin ümumi dəyəri 80656.12 manat, o cümlədən hasarın tikintisinə çəkilmiş xərcin dəyəri 9691.36 manat, fərdi yaşayış evinin tikintisinə 64 250.9 manat və istifadə olunmuş materialların dəyəri 6713.86 manat məbləğində müəyyən olunur. Bakı şəhəri, Kürdəxanı qəsəbəsi yerləşən "xxxx" MMC-yə məxsus olan Ləhiş bağ sahəsində faktiki aparılan tikinti-təmir işlərinin ümumi dəyəri 42128.12 manat, o cümlədən hasarın tikintisinə çəkilmiş xərcin dəyəri 3632.80 manat, fərdi yaşayış evinin tikintisinə 32642.90 manat və istifadə olunmuş materialların dəyəri 5852,42 manat məbləğində müəyyən olunur. Məhkəmə qeyd edir ki, Məhkəmə ekspertizasının rəyinin məzmunu ilə rəyin nəticə hissəsində rəqəmlər arasında müəyyən uyğunsuzluq olsa da, həmin rəyə əlavə edilmiş smeta sənədləri ilə müqayisə etdikdə rəyin nəticələrinin smeta ilə uyğunluğu müəyyən edildi. Məhkəmə tərəflərin dəlil və etirazlarını işin materialları, mütəxəssis və məhkəmə ekspertizasının rəyi ilə birgə tədqiq edərkən ekspert rəyini təkzib edən hər hansı bir mötəbər sübutun olmaması baxımından, həmin rəyləri daha mötəbər sübut kimi qəbul edir. O halda, məhkəmə ekspertizasının rəyindən göründüyü kimi podrat müqavilələri üzrə cavabdeh tərəfindən aparılan tikinti-təmir işləri zamanı müqavilələrdə nəzərdə tutulan tikinti materiallarınin istifadə olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus 0,15 ha torpaq sahəsinin hasarının inşa edilməsi üçün bağlanmış 14 iyun 2018-ci il tarixli 01 saylı podrat müqaviləsinə əsasən 3380,0 manat tələb olunmuş və baxış zamanı hasarın inşa edilməsində hər-hansı qüsurlar müəyyən olunmamışdır. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus 0,15 ha torpaq sahəsində yerləşən evin təmirsiz inşa edilmiş lakin divarların suvanması, su və kanalizasiya borularının çəkilməsi daxil olmaqla işlərin görülməsinə faktiki aparılan tikintitəmir işlərinin ümumi dəyəri 114205.85 manat, o cümlədən fərdi yaşayış evinin tikintisinə 92585.35 manat, elektrik işlərinə çəkilmiş xərcin dəyəri 7668.25.84 manat, santexnika işlərinə çəkilmiş xərcin dəyəri 5170.95 manat və istifadə olunmuş materialların dəyəri 8781,3 manat məbləğində müəyyən olunur. Ekspertizanın rəyinə əsasən görünür ki, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin hasarının çəkilməsinə 3380 manat, evin tikinti- təmir işlərinin ümumi dəyəri 114205.85 manat olmaqla, cəmisi 117 585,85 manat, Quba rayonu Qaraçay kəndində 0,27 ha torpaq sahəsində faktiki aparılan tikinti-təmir işlərinin ümumi dəyəri, o cümlədən hasarın tikintisinə çəkilmiş xərcin dəyəri 9691.36 manat, fərdi yaşayış evinin tikintisinə 64 250.9 manat və istifadə olunmuş materialların dəyəri 6713.86 manat məbləğində olmaqla, 80656.12 manat, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi yerləşən "xxxx" MMC-yə məxsus olan Ləhiş bağ sahəsində faktiki aparılan tikinti-təmir işlərinin o cümlədən hasarın tikintisinə çəkilmiş xərcin dəyəri 3632.80 manat, fərdi yaşayış evinin tikintisinə 32642.90 manat və istifadə olunmuş materialların dəyəri 5852,42 manat, ümumi dəyəri 42128.12 manat müəyyən olunur. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi hər üç torpaq sahələrində evin hasarının və evin tikintisi üçün çəkilmiş xərcin ümumi məbləği 117 585,85 +80656.12+ 42128.12= 240.370.09 manat müəyyən olunur. 240.370.09 manatın ABŞ dollarına uyğun ödəniş aparılan vaxta (1.6980m.) ekvivalenti isə 141.560,71 ABŞ dolları təşkil edir. Halbuki, yuxarıda qeyd edildiyi kimi Cavabdeh tərəfindən X10 qeyd edilən işlərin görülməsi üçün 171 880 ABŞ dolları məbləğində pul verilmiş, həmin pul məbləğindən 141.560,71 ABŞ dolları tikinti işlərinə sərf olunmuş, 30.319,29 ABŞ dolları isə ilkin iddiaçıda qalmışdır. Məhkəmə qarşılıqlı iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddiaçının dəlilləri iş materialları ilə qismən təsdiq olunur. Qarşılıqlı iddiaçı Saray qəsəbəsində yerləşən torpaq sahəsinin hasarının tikintisi üçün cavabdehə müqavilə ilə 3.380,00 (üç min üç yüz səksən) manat (yəni 2000 ABŞ dolları) məbləğində pul verilməsini bildirsə də, iş materiallarından göründüyü kimi bu məqsədlə ilkin iddiaçıya 3680 ABŞ dolları və həmin torpaq sahəsində evin tikintisi və s. üçün 73000 ABŞ dolları məbləğində pul verilmişdir. Cavabdehin yarımçıq qoyduğu işlərlə əlaqədar Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi üçün, əlavə olaraq xx.xx.2019 tarixdə X21 ilə 53.109,00 (əlli üç min yüz doqquz) manat dəyərində podrat müqaviləsi bağlanılaraq, iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmasından əvvəl təmir işləri görülüb başa çatdırılması və Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi üçün, əlavə olaraq xx.xx.2019 tarixdə "xxxx" MMC ilə 23.000,00 (iyirmi üç min) manat dəyərində İşlərin (santexnika xidmətlərinin) barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bu barədə hər hansı mötəbər sübut olmadığından, qeyd edilən tikintilərdə əlavə tikinti-bərpa işlərinin aparılması barədə qarşılıqlı iddiaçının bu dəlilləri əsassız hesab edilməlidir. Qarşılıqlı iddiaçının Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin hasarının tikilməsi üçün cavabdehə 4.420,00 (dörd min dörd yüz iyirmi) ABŞ dolları, yəni 7.514,00 (yeddi min beş yüz on dörd) manat məbləğində pul verilməsi dəlilinə münasibətdə, məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi bu məqsədlə ilkin iddiaçıya həmin razılaşdırılan məbləğdən 2700 ABŞ dolları verilmişdir. Qarşılıqlı iddiaçının Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi üçün Podrat Müqaviləsi üzrə cavabdehə 30.000,00 (otuz min) ABŞ dolları, yəni 51.000,00 (əlli bir min) manat məbləğində pul verilməsi barədə dəlili iş materialları ilə təsdiq olunur. Qarşılıqlı iddiaçının Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar torpaq sahəsinin hasarlanması üçün cavabdehlə podrat müqaviləsi üzrə muzd haqqı kimi, 6.000 (altı min) ABŞ dolları, yəni 10.200 (on min iki yüz) manat və Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi üçün cavabdehə 56.500 (əlli altı min beş yüz) ABŞ dolları verilməsi iş materialları ilə təsdiq olunur. Qarşılıqlı iddiaçının Quba rayonu Qaraçay kəndindəki torpaq sahəsindəki hasarın bir hissəsi aşdığı üçün, gələcəkdə yenə də bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması üçün iddiaçı tərəfindən hasarın bir çox hissəsi tamamilə sökülüb bir hissəsi isə yarıya qədər sökülmüşdür, hasarının tikintisinə çəkilmiş xərcin dəyəri 9.691,36 (doqquz min altı yüz doxsan bir manat otuz altı qəpik) təşkil edir, dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin torpaq sahəsində hasarın uçmuş hissəsinin bərpasına 1000 manat xərc tələb olunması mütəxəssisin rəyi ilə müəyyən edildiyindən iddia həmin hissədə qismən əsaslı olmaqla, ziyan məbləği 1000 manat müəyyən edilməlidir. Göründüyü kimi qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsində ilkin iddiaçıya verdikləri pul məbləği ilə vurulan ziyan olaraq fərqi tələb edir ki, baxmayaraq ki, mülki işin müəyyən edilmiş hallarından göründüyü kimi 171 880 ABŞ dolları məbləğində pul Cavabdeh tərəfindən X10 verildiyi təsdiq olunduğu halda, qarşılıqlı iddiaçının hesabına görə qeyd edilən podrat müqavilələri üzrə (Saray qəsəbəsində yerləşən torpaq sahəsinin hasarının tikintisi üçün 2000 ABŞ dolları, həmin torpaq sahəsində evin tikintisi və s. üçün 74000 ABŞ dolları, Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin hasarının tikilməsi üçün 4.420,00 (dörd min dörd yüz iyirmi) ABŞ dolları, Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi üçün 30.000,00 (otuz min) ABŞ dolları, Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar torpaq sahəsinin hasarlanması üçün 6.000 (altı min) ABŞ dolları, fərdi yaşayış evinin tikintisi üçün 56.500 (əlli altı min beş yüz) ABŞ dolları olmaqla) cavabdehə cəmisi 172 420 ABŞ dolları məbləğində pul verilmişdir. Bundan əlavə, ziyanın aradan qaldırılması üçün cavabdeh-qarşılıqlı iddiaçı əlavə xərclər də çəkmişdir ki, ziyan olaraq onları da tələb edir. Lakin, iş materiallarından göründüyü kimi Saray qəsəbəsində yerləşən torpaq sahəsinin hasarının tikintisi üçün 3680 ABŞ dolları verildiyi halda, cavabdeh 3380 manat, müqavilə bağlanan vaxtın manata olan kursla 2000 ABŞ dolları məbləğində, həmin torpaq sahəsində evin tikintisi və s. üçün 73 000 ABŞ dolları verildiyi halda, 74000 ABŞ dolları, Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin hasarının tikilməsi üçün 2700 ABŞ dollarının ilkin iddiaçıya verildiyi halda, 4.420,00 (dörd min dörd yüz iyirmi) ABŞ dolları verildiyini, Ləhiş qəsəbəsində yerləşən bağ sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi üçün 30.000,00 (otuz min) ABŞ dolları, Quba rayonu, Qaraçay kəndində yerləşən 0,27 hektar torpaq sahəsinin hasarlanması üçün 6.000 (altı min) ABŞ dolları, fərdi yaşayış evinin tikintisi üçün 56.500 (əlli altı min beş yüz) ABŞ dolları olmaqla cavabdehə cəmisi 2000+73000+2700+30000+6000+56500=170.200 ABŞ dolları məbləğində pul verildiyi təsdiq olunur. xx.xx.2018-ci ildə 1000 ABŞ dollarını kənar şəxsin imzası ilə qəbul edilmişdir. Məhkəmə MPM-nin 218-ci maddəsinin tələblərinə əsasən verilmiş tələblər üzrə qətnamə qəbul etdiyindən qarşılıqlı iddiaçının ilkin iddiaçıya vermiş olduğunu iddia etdiyi və məhkəmədə sübut olunan 170 200 ABŞ dolları məbləğində puldan ilkin iddiaçı tərəfindən tikinti-təmir işlərinə sərf olunmuş, 141.560,71 ABŞ dolları çıxılmalı, qalan 28,639,29 ABŞ dolları məbləğində pul ziyan kimi hesablanmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, mütəxəssis rəyindən göründüyü kimi Quba rayonu Qaraçay kəndindəki torpaq sahəsinin hasarın bir qismi (təxminən 70-100 metrlik məsafə, hündürlük olaraq 1 metr) aşmışdır. Bərpa edilməsinə 1000 (min) AZN məbləğində vəsait tələb olunur. Bu hissədə cavabdehin dəlilləri əsaslı olduğundan iddia həmin hissədə də qismən təmin edilməli, 1000 manat ilkin iddiaçı tərəfindən vurulan ziyan kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir; Həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Müddəaların mənasına görə, podrat münasibətlərində müvafiq işlərin görülməsi müqabilində sifarişçi muzd ödəməlidir. Muzdun ödənilməsi ilə bağlı sifarişçinin öhdəliyinin yaranması anı isə bir halda iş yerinə yetirildikdən sonra, digər hallarda isə yerinə yetirilmiş iş sifarişçi tərəfindən qəbul edildikdə sonra başlanılır. İkinci halda yerinə yetirilmiş işin qəbulu müqavilədə nəzərdə tutulmalı və ya işin xarakterindən irəli gəlməlidir. Lakin podratçının müəyyənləşdirdiyi müddətdə işi sifarişçi qəbul etməzsə, iş qəbul edilmiş sayılmalıdır. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi tərəflər arasında bağlanan podrat müqaviləsinin şərtləri ilkin iddiaçı tərəfindən pozulduğundan ilkin iddia tələbinin dəliləri əsassız olmaqla təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, ilkin iddiaçıdan cavabdeh-qarşılıqlı iddiaçının xeyrinə 29 639,28 ABŞ dolları məbləğində pul qətnamə icra olunan vaxtın manata məzənnəsinə uyğun və 1000 (min) manat məbləğində pul tutulmalıdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, ilk iddia və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat ilkin iddiaçı X13 aid edilməli, qarşılıqlı iddia qismən təmin edildiyindən 30 manat dövlət rüsumunun 20 manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh X11 tutularaq ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. Həmçinin, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci vardır ki, həmin məbləğ ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X13 aid edilməlidir. Mütəxəssis xərcini Cavabdeh tərəfindən çəkilmişdir, tələb etmir. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X9 X22 vətəndaşı Cavabdeh qarşı “pul tələbi”nə dair ilk iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Cavabdeh Hamdan X1 qarşı pul tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. X8 29.639,28 ABŞ dolları məbləğində pul qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun və 1000 manat ziyan, 20 manat rüsuma görə pul tutulub Cavabdeh verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti X11 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-19/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-19/2022
28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver