Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1906/2022 19.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)- 5205/2017 saylı, 18 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 15 oktyabr 2006-cı il təvəllüdlü X3 və 18 aprel 2009-cu təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşaq üçün hər ay 117 manat miqdarında aliment artırılaraq hər uşaq üçün hər ay 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, 15 oktyabr 2006-cı il təvəlüdlü X3 və 18 aprel 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün cavabdehdən hər uşaq üçün hər ay 193 manat olmaqla, cəmi manat pul məbləğində alimentin tutularaq ona ödənilinəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1 qətnaməsi ilə müəyyən edilmiş alimentin həcminin artırılaraq, 15 oktyabr 2006-cı il təvəlüdlü X3 və 18 aprel 2009-cu il təvəllüdlü X2 yetkin yaşına çatanadək saxlanması üçtin cavabdehdən hər uşaq üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, onunla Cavabdeh arasında 13 dekabr 2005-ci il tarixdə Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən qeydə alınmış 1062 saylı nikah Yasamal Rayon Məhkəməsinin 2(004)-5205/2017 saylı, 18 avqust 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahlarındandan dünyaya gəlmiş 15 oktyabr 2006-cı il təvəlüdlü X3 və 18 aprel 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 117 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Həmin vaxtdan uzun müddət keçmiş, bu zaman ərzində ərzaq və gündəlik tələbat malları, o cümlədən kommunal xidmətlər xeyli bahalaşmış, istehlak səbətinin qiyməti xeyli artmışdır. Cavabdehin iki uşağa görə ona ödədiyi aliment uşaqların tələbatını ödəmək üçün çox azdır. Üstəlik böyük qızı X5 onurğa xəstəliyindən və göz zəyifliyindən əziyyət çəkir, xəstəliyi ilə əlaqədar olaraq mütəmadi müalicə almaq məcburiyyətindədir. Lakin cavabdeh təyin olunmuş alimentdən əlavə ona heç bir maddi yardım etmir. Bu səbəbdən də alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Yasamal Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ № 849402 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 15 oktyabr 2006-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 380819 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 18 aprel 2009-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-5205/2017 saylı, 18 avqust 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında Yasamal Rayon VVADQ Şöbəsində bağlanmış 13.12.2005-ci il tarixli, 1062 saylı nikahın pozulması, tərəflərin birgə nikahlarından dünyaya gəlmiş 15 oktyabr 2006-cı il təvəlüdlü X5 və 18 aprel 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 117 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan ünvan 1 qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-5205/2017 saylı, 18 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş 15 oktyabr 2006-cı il təvəllüdlü X3 və 18 aprel 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay tutulan 117 manat sabit pul məbləğində alimentin artırılması, 15 oktyabr 2006-a il təvəiiüdlü X3 və 18 aprel 2009-cu il təvəllüdlü Fərəcuİlayeva Nəzrin Tərlan qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 154 manat sabit pul məbləğində alimentin cavadeh Cavabdeh alınaraq iddiaçı Fərəcuİlayeva Aygün Mirsaab qızının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2022-ci il üçün uşaqların yaşayış minumumu nəzərə alınmaqla 15 oktyabr 2006-cı il təvəllüdlü X5 və 18 aprel 2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. ünvan 1 qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 15 oktyabr 2006-cı il təvəllüdlü X5 və 18 aprel 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1906/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1906/2022
19.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver