Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1908/2023 31.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mənzilə quraşdırılmış elektrik, su və qaz sayğaclarına görə "xxxx" MMCyə ödənilmiş ümumilikdə 798 manat vəsaitin (bunun 500 manatının faktiki ödənilməsi nəzərə alınmaqla) "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2086/2019 nömrəli, 02 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" MMC-yə qarşı “mənzilin sahəsini artıq göstərməklə artıq alınmış vəsaitin (pulun) geri qaytarılması, mənzilə quraşdırılmış elektrik, su və qaz sayğaclarına görə qanunsuz pul tələbinin rədd edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia qismən təmin olunaraq, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167 ünvanında “AAAF-Park ərazisində, 25-ci küçədə yerləşən 7 saylı binanın, 42 saylı mənzilinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 5388,50 manat pulun "xxxx" MMC-dən alınaraq İddiaçı verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167 ünvanında 25-ci küçədə yerləşən 7 saylı binanın, 42 saylı mənzilinə quraşdırılmış elektrik, su və qaz sayğaclarına görə ümumilikdə 700 manat pul tələbinin "xxxx" MMC tərəfindən İddiaçı tələb edilməsinin əsassız hesab olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli, 2(105)-538/2020 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-2086/2019 nömrəli, 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(102)-4494/2020 saylı qərarı ilə cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli 2(105)-538/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda "xxxx" MMC tərəfindən mənzilin sahəsini faktiki sahədən artıq göstərməklə alınmış 5388,50 manat vəsaiti ona hissə-hissə, ayda 500 manat olmaqla, bir ildən çox vaxt ərzində tam qaytarılmışdır. Bununla yanaşı, məhkəmə qətnaməsi ilə elektrik, su və qaz sayğaclarına görə "xxxx" MMC tərəfindən ondan pul tələb etməsinin əsassız hesab olunmasına baxmayaraq, "xxxx" MMC tərəfimdən mənzilə quraşdırılmış elektrik, su və qaz sayğaclarına görə ona ödədiyi 798 manat pulu qaytarmaq istəmir. Bununla bağlı "xxxx" MMC-yə göndərdiyi 10 noyabr 2022-ci il tarixli müraciətinə cavab verilməmişdir. Abşeron Rayon Məhkəməsi yuxarıda qeyd edilən qətnaməni qəbul edən zaman sayğaclara görə ödəniş etməmişdir. Sonradan mənzildə təmir işləri apararkən ustalara elektrik cihazları ilə işləmək üçün elektrik enerjisi lazım olduğundan məcburiyyət qarşısında qalaraq "xxxx" MMC-nin təkidi ilə elektrik sayğacına görə 220 manat ödəmişdir. Bundan bir müddət keçdikdən sonra, "xxxx" MMC-nin əməkdaşları qaz və su sayğaclarına görə də əlavə olaraq 578 manat tələb etdilər. Onlara məhkəmənin qətnaməsini göstərsə də, ona məhəl qoymamış, elektrik enerjisini qanunsuz olaraq kəsmişlər. Bundan sonra, məcburiyyət qarşısında qalaraq su və qaz sayğaclarına görə əlavə 578 manatı da ödəmişdir. Beləliklə, mənzilə quraşdırılmış elektrik, su və qaz sayğaclarına görə "xxxx" MMC-yə ümumilikdə 798 manat ödəməyə məcbur edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən "xxxx" MMC-dən ümumilikdə 298 manat vəsaitin və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2086/2019 nömrəli, 02 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı "xxxx" MMC-yə qarşı iddia qismən təmin olunmuş, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167 ünvanında “AAAF-Park ərazisində, 25-ci küçədə yerləşən 7 saylı binanın, 42 saylı mənzilinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 5388,50 manat pulun "xxxx" MMC-dən alınaraq İddiaçı verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167 ünvanında 25-ci küçədə yerləşən 7 saylı binanın, 42 saylı mənzilinə quraşdırılmış elektrik, su və qaz sayğaclarına görə ümumilikdə 700 manat pulun "xxxx" MMC tərəfindən İddiaçı tələb edilməsinin əsassız hesab olunması qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli, 2(105)-538/2020 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2086/2019 nömrəli, 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(102)-4494/2020 saylı qərarından görünür ki, "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli 2(105)-538/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF - PARK” yaşayış massivində yerləşən 25 saylı küçədə inşa edilmiş 07 saylı yaşayış binasının 42 saylı mənzilə quraşdırılan sayğacların (qaz, işıq, su) ödənişini, yəni 798 manat pulu tam şəkildə ödəmişdir və hazırda heç bir borcu yoxdur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı yaşadığı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF - PARK” yaşayış massivində yerləşən 25 saylı küçədə inşa edilmiş 07 saylı yaşayış binasının 42 saylı mənzilə quraşdırılan sayğaclara görə MMC-yə 798 manat vəsait ödəmişdir. Qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 2(012)- 2086/2019 nömrəli, 02 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167 ünvanında 25-ci küçədə yerləşən 7 saylı binanın, 42 saylı mənzilinə quraşdırılmış elektrik, su və qaz sayğaclarına görə ümumilikdə 700 manat pulun "xxxx" MMC tərəfindən İddiaçı tələb edilməsinin əsassız hesab olunması qət edilmişdir, yəni kommunal xidmətlərə dair sayğaclara görə "xxxx" MMC İddiaçı hər hansı vəsait tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarfna əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”na əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki 1 şəxs olan istehlakçılara münasibətdə STKM-in (su təchizatı və kanalizasiya müəssisəsinin) vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu normaların tələbindən də göründüyü kimi, hər hansı yaşayış sahəsinə kommunal xidmətlər üçün sayğaclar kommunal xidmət müəssisələrinin vəsaiti hesabına quraşdırıldığıdan, eyni məqsədlər üçün abonent tərəfindən "xxxx" MMC-yə 798 manat vəsaitin ödənilməsinin heç bir qanuni əsası yoxdur. Başqa sözlə, "xxxx" MMC iddiaçının hesabına 798 manat məbləğində əsassız varlanmışdır və həmin məbləğ iddiaçıya geri qaytarılmalıdır. Bununla belə, qaldırılmış tələbin 298 manat olmasını nəzərə alan məhkəmə iddianın tam təmin edilməsi nəticəsinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-dən 298 manat və dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1908/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1908/2023
31.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver