Məhkəmə qərarları › İş №2(012)-192/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-192/2021

09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-192/2021 09.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3, Cavabdeh1 və onun vəkili X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nə məxsus olan “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 3939 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 02:50 radələrində Cavabdeh1 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Bentley” markalı, P 4** EE *** qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, R.Behbudov küçəsində hərəkətdə olduğu zaman R.Behbudov küçəsi ilə S.Əsgərova küçəsinin kəsişməsində işıqforun qırmızı işığında keçərək S.Əsgərova küçəsində hərəkətdə olan İddiaçı MMC-nin mülkiyyətində olan X2 etibarnamə ilə idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəsimi RPİ-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 inzibati qaydasında cərimə olunmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nə məxsus “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən 8939 manat maddi ziyan dəymişdir. Cavabdeh1 idarə etdiyi “BENTLEY” markalı, P 4** EE *** qeydiyyat nişanlı avtomobili sığortalayan “Paşa Sığorta ASC tərəfindən İddiaçı MMC-yə dəymiş ziyana görə 5000 manat məbləğində pul ödənilmiş, lakin ödənilmiş vəsaitilə “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunmasına kifayət etməmişdir. Ona görə də, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmədə izahatında bildirdi ki, hadisədən sonrakı gün iddiaçı maşını evakuatorla ustaya aparmışdır. Usta isə maşının 4000-5000 manat xərci olduğunu demişdir. Sığorta 5000 manat pul ödəmişdir. O, hazırda işləmir. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmədə izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, həqiqətən də “Bentley” markalı, P 4** EE *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur. Lakin dostu Cavabdeh1 ona məxsus avtomobili ondan xəbərsiz olaraq götürərək etibarnamə olmadan idarə etmiş və yol nəqliyyat hadisəsi törətmişdir. O, Fəridə avtomobili verməmişdir. Onlar birlikdə restoranda oturan zaman Fərid onun avtomobilini oğurlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/4600 №-li ekspert rəyindən görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrimnə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8328,0 manat müəyyən edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ekspert rəyini, işin digər materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-1686/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/4600 saylı ekspert rəyindən məlum olur ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrimnə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8328,0 manat müəyyən edilir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh1 idarə etdiyi “BENTLEY” markalı, P 4** EE *** qeydiyyat nişanlı avtomobili sığortalayan “Paşa Sığorta ASC tərəfindən İddiaçı MMC-yə dəymiş ziyana görə 5000 manat məbləğində pul ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş maşına vurulmuş ümumi ziyandan yəni, 8328 manatdan, “Paşa Sığorta ASC tərəfindən ödənilmiş 5000 manat çıxılmaqla, qalan 3328 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Belə ki, cavabdehlərdən Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsində təqsiri iş materiallarında olan Nəsimi RPİ-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2019-cu i tarixli qərarla təstiqini tapər.Digər Cavabdeh2 izahatında verdiyi xüsusatlar isə sonuncunun izahatından başqa digər hər hansı bir sübutla təstiqini tapmadığından məhkəmə həmin izahata tənqidi yanaşaraq hesab edir ki,bu məzmunda izahat yalnız məsuliyyətdən yayınmaq məqsədinə xidmət etdiyindən vurulmuş ziyanla bağlı hər iki cavabdeh birgə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən xx xxxxxx 2021-ci il tarixli, 9/4600 saylı əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 84 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 16 manat isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 25 manat cavabdehlərdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı” MMC-nə məxsus olan “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 3328 manat məbləğində pul və 25 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən xx xxxxxx 2021-ci il tarixli, 9/4600 saylı əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 84 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 16 manat isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar