Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1926/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 17 may 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.11.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN LED televizor,Yupiter aksesuar,İP Player(Ailə Tv),HOFFMANN mikser,Electrolux Paltaryuyan,HOFFMANN mini soba üçün 2160 manat ödənilməmiş hissə, 445 manat dəbbə pulu, 26.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********08644 və **********73820 olan 2 ədəd HOFFMANN X Ultra markalı telefon, 2 ədəd Piko Glass qoruyucu üzlük, 2 ədəd Piko cover qoruyucu örtük, Ergo və Meizu markalı qulaqlıq üçün 69 manat 60 qəpik manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu, 27.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********05779 və **********83127 olan 2 ədəd Samsung Galaxy A10 markalı telefon üçün 673 manat 40 qəpik ödənilməmiş hissə, 201 manat dəbbə pulu olmaqla, ümumi 3567 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh 22.11.2019-cu il tarixli, 26.12.2019-cu il və 27.12.2019-cu il tarixli müqavilələrə əsasən, HOFFMANN LED televizor,Yupiter aksesuar,İP Player(Ailə Tv),HOFFMANN mikser,Electrolux Paltaryuyan,HOFFMANN mini soba, İMEİ Kodu **********08644 və **********73820 olan 2 ədəd HOFFMANN X Ultra markalı telefon, 2 ədəd Piko Glass qoruyucu üzlük, 2 ədəd Piko cover qoruyucu örtük, Ergo və Meizu markalı qulaqlıq, İMEİ Kodu **********05779 və **********83127 olan 2 ədəd Samsung Galaxy A10 markalı telefon almış və nəticədə 3567 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 22.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2452 manat olan HOFFMANN LED televizor,Yupiter aksesuar,İP Player(Ailə Tv),HOFFMANN mikser,Electrolux Paltaryuyan,HOFFMANN mini soba üçün 2160 manat ödənilməmiş hissə, 445 manat dəbbə olmaqla cəmi 2605 manat borcu yaranmışdır. 26.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 723 manat 60 qəpik manat olan İMEİ Kodu **********08644 və **********73820 olan 2 ədəd HOFFMANN X Ultra markalı telefon, 2 ədəd Piko Glass qoruyucu üzlük, 2 ədəd Piko cover qoruyucu örtük, Ergo və Meizu markalı qulaqlıq üçün 69 manat 60 qəpik manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu pulu olmaqla, cəmi 87.6 manat borcu yaranmışdır. 27.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 734 manat 40 qəpik olan İMEİ Kodu **********05779 və **********83127 olan 2 ədəd Samsung Galaxy A10 markalı telefon üçün 673 manat 40 qəpik manat ödənilməmiş hissə, 201 manat dəbbə pulu pulu olmaqla, cəmi 874 manat 40 qəpik borcu yaranmışdır. Cavabdehin ümumi olaraq 3567 manat borcu yaranmışdır. Onun cəmi ödədiyi məbləğ isə hər mal üçün cəmi 1007 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X2 da iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 22.11.2019-cu il tarixli, № 01068113 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxx» MMC-dən HOFFMANN LED televizor,Yupiter aksesuar,İP Player(Ailə Tv),HOFFMANN mikser,Electrolux Paltaryuyan,HOFFMANN mini sobanı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 26.12.2019-cu il tarixli, № 01159789 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxx» MMC-dən İMEİ Kodu **********08644 və **********73820 olan 2 ədəd HOFFMANN X Ultra markalı telefon, 2 ədəd Piko Glass qoruyucu üzlük, 2 ədəd Piko cover qoruyucu örtük, Ergo və Meizu markalı qulaqlıqu qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan 27.12.2019-cu il tarixli, № 01165261 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxx» MMC-dən İMEİ Kodu **********05779 və **********83127 olan 2 ədəd Samsung Galaxy A10 markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin ödəniş cədvəlindən görünür ki, onun «xxxx» MMC-yə 26.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********08644 və **********73820 olan 2 ədəd HOFFMANN X Ultra markalı telefon, 2 ədəd Piko Glass qoruyucu üzlük, 2 ədəd Piko cover qoruyucu örtük, Ergo və Meizu markalı qulaqlıq üçün 69 manat 60 qəpik manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu olmaqla, ümumilikdə 87 manat 60 qəpik borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun «xxxx» MMC-yə 27.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********05779 və **********83127 olan 2 ədəd Samsung Galaxy A10 markalı telefon üçün 673 manat 40 qəpik manat ödənilməmiş hissə, 201 manat dəbbə pulu olmaqla, ümumilikdə 874 manat 40 qəpik borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun «xxxx» MMC-yə 22.11.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN LED televizor,Yupiter aksesuar,İP Player(Ailə Tv),HOFFMANN mikser,Electrolux Paltaryuyan,HOFFMANN mini soba üçün 2160 manat ödənilməmiş hissə, 445 manat dəbbə pulu, ümumilikdə 2605 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdrıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 22.11.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 445 manat dəbbənin məbləği azaldılmalı və 40 manat müəyyən edilməlidir. 26.12.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 18 manat dəbbənin məbləği azaldılmalı və 10 manat müəyyən edilməlidir. 27.12.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 201 manat dəbbənin məbləği azaldılmalı və 20 manat müəyyən edilməlidir.3 müqavilə üzrə ümumilikdə 70 manat dəbbə pulu müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 22.11.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN LED televizor,Yupiter aksesuar,İP Player(Ailə Tv),HOFFMANN mikser,Electrolux Paltaryuyan,HOFFMANN mini soba üçün 2160 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 26.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********08644 və **********73820 olan 2 ədəd HOFFMANN X Ultra markalı telefon, 2 ədəd Piko Glass qoruyucu üzlük, 2 ədəd Piko cover qoruyucu örtük, Ergo və Meizu markalı qulaqlıq üçün 69 manat 60 qəpik manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 27.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********05779 və **********83127 olan 2 ədəd Samsung Galaxy A10 markalı telefon üçün 673 manat 40 qəpik ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 2973 manat pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manatı tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 2160.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilm iş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsl ərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 22.11.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN LED televizor,Yupiter aksesuar,İP Player(Ailə Tv),HOFFMANN mikser,Electrolux Paltaryuyan,HOFFMANN mini soba üçün 2160 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 26.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********08644 və **********73820 olan 2 ədəd HOFFMANN X Ultra markalı telefon, 2 ədəd Piko Glass qoruyucu üzlük, 2 ədəd Piko cover qoruyucu örtük, Ergo və Meizu markalı qulaqlıq üçün 69 manat 60 qəpik manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 27.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********05779 və **********83127 olan 2 ədəd Samsung Galaxy A10 markalı telefon üçün 673 manat 40 qəpik ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 2973 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş rüsumunun 20 manatı tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1926/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1926/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver