Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1927/2021 08.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.06.2019-cıı il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan üçün 494 (dörd yüz dörd) manat ödənilməmiş hissə, 141 (yüz qırx bir) manat dəbbə pulu; 16.07.2019-cu i! tarixli müqaviləsinə əsasən, HOFFMANN LED televizor üçün 1254 (min iki əlli dörd) manat öənilməmiş hissə, 237 (iki yüz otuz yeddi) manat dəbbə pulu; 14.08.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN Kondisioner, Panasonic Ətçəkən 1512 (min beş yüz on iki) manat ödənilməmiş hissə, 388 (üç yüz səksən səkkiz) manat dəbbə pulu: 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən, X5, Termo, Dolab, Tumba, pufık Yumsaq, DOSHEK URETAN, Soft mebel üçün 1692 (min altı yüz doxsan iki) manat öənilməmiş hissə, 282 (iki yüz səksən iki) manat dəbbə pulu; 01.11.2019-cu il tarixli müqaviləsinə əsasən, X4, Mİ Power Bank üçün 42 (qırx iki) manat ödənilməmiş hissə, 14 (on dörd) manat dəbbə pulu; 01.11.2019-cu il tarixli müqaviləsinə əsasən. HOFFMANN Mini soba, Delonghi İzqara üçün 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat dəbbə pulu; 07.12.2019-cu il tarixli müqaviləsinə əsasən, LG Paltaryuyan üçün 385 (üç yüz səksən beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu; 05.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********87404 olan HOFFMANN X Go markalı telefon, 2 ədəd aksesuar üçün 55.2 (əlli beş manat iyirmi qəpik) ödənilməmiş 11 (on bir) manat 80 qəpik dəbbə pulu hesablanmışdır. Ümumilikdə, 6765 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6795 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh, "xxxx” MMC ilə 04.06.2019-cu il, 16.07.2019-cu il, 14.08.2019-cu il, 19.10.2019-cu il, 01.11.2019-cu il, 01.11.2019-cu il, 07.12.2019-cu il, 05.01.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, Samsung Paltaryuyan, HOFFMANN LED televizor, HOFFMANN Kondisioner, Panasonic Ətçəkən, X5, Termo, Dolab, Tumba, Pufik - Yumsaq, DOSHEK URETAN, Soli mebel, X4, Mİ Power Bank, HOFFMANN Mini soba, Delonghi İzqara, LG Paltaryuyan, İMEİ Kodu **********87404 olan HOFFMANN X Go markalı telefon, 2 ədəd aksesuar almış və nəticədə 6765 (altı min yeddi yüz altmış beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1301 (min üç yüz bir) manat (11 ay x 118 manat + 3 manat ilkin ödəniş) olan Samsung Paltaryuyan üçün ümumilikdə 635 (altı yüz otuz beş) manat olmaqla ondan 494 (dörd yüz doxsan dörd) manat ödənilməmiş hissə, 141 (yüz qırx bir) manat dəbbə pulu; 16.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1584 (min beş yüz səksən dörd) manat (24 ay x 66 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN LED televizor üçün ümumilikdə 1491 (min dörd yüz doxsan bir) manat olmaqla ondan 1254 (min iki yüz əlli dörd) manat öənilməmiş hissə, 237 (iki yüz otuz yeddi) manat dəbbə pulu; 14.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1945 (min doqquz yüz qırx beş) manat (18 ay x 108 manat, 1 manat ilkin ödəniş) olan HOFFMANN Kondisioner, Panasonic Ətçəkən üçün ümumilikdə 1900 (min doqquz yüz) manat olmaqla ondan 1512 (min beş yüz on iki) manat ödənilməmiş hissə, 388 (üç yüz səksən səkkiz) manat dəbbə pulu; 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1880 (min səkkiz yüz səksən) manat (20 ay x 94 manat + 0 manat ilkin ödəniş) olan X5, Termo, Dolab, Tumba, Pufik Yumsaq, DOSHEK CRETAN, Soft mebel üçün ümumilikdə, 1974 (min doqquz yüz yetmiş dörd) manat olmaqla ondan 1692 (min altı yiiz doxsan iki) manat ödənilməmiş hissə, 282 (iki yüz səksən iki) manat dəbbə pulu; 01.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 144 (yüz qırx dörd) manat (6 ay x 24 manat + 0 manat ilkin ödəniş) olan X4, X6 üçiin ümumilikdə 56 (əlli altı) manat olmaqla ondan 42 (qırx iki) manat ödənilməmiş hissə, 14 (on dörd) manat dəbbə pulu; 01.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 396 (üç yüz doxsan altı) manat (12 ay x 33 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN Mini soba, Delonghi İzqara üçün ümumilikdə 257 (iki yüz əlli yeddi) manat olmaqla ondan 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 59 (əlli doqquz) manat dəbbə pulu; Ö7.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1179 (min yüz yetmiş doqquz) manat 118 ( 18 ay x 65 manat + 9 manat ilkin ödəniş) olan LG Paltaryuyan üçün ümumilikdə 385 (üç yüz səksən beş) manat olmaqla ondan 385 (üç yüz səksən beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu; 05.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 163.2 (yüz altmış üç manat 20 qəpik) (12 ay x 13 manat 60 qəpik 0 manat iikin ödəniş) olan İMEİ Kodu **********87404 olan HOFFMANN X Go markalı telefon, 2 ədəd aksesuar üçün ümumilikdə 67 (altmış yeddi) manat olmaqla ondan 55.2 (əlli beş manat 20 qəpik) ödənilməmiş hissə, 11 (on bir) manat 80 qəpik dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2960 manat təşkil edir. Cavabdehə iddiaçı tərəfindən edilmiş müraciətlər heç bir nəticə verməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 04.06.2019-cu il tarixli 00701907 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 10 aya 118 manat aylıq icarə haqqı + 0 manat ilkin ödəniş ödəmək şərti ilə Samsung Paltaryuyan almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 16.07.2019-cu il tarixli 00786865 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 24 aya 66 manat aylıq icarə haqqı + 0 manat ilkin ödəniş ödəmək şərti ilə HOFFMANN LED televizor almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 14.08.2019-cu il tarixli 00846807 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 18 aya 108 manat aylıq kredit haqqı + 1 manat ilkin ödəniş ilə HOFFMANN Kondisioner, Panasonic Ətçəkən almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 19.10.2019-cu il tarixli 00992120 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 20 aya 94 manat aylıq kredit haqqı + 0 manat ilkin ödəniş ilə X5, Termo, Dolab, Tumba, Pufik - Yumsaq, DOSHEK URETAN, Soli mebel almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 01.11.2019-cu il tarixli 01020864 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 6 aya 24 manat aylıq kredit haqqı + 0 manat ilkin ödəniş ilə X4, Mİ Power Bank almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 01.11.2019-cu il tarixli 01020777 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 12 aya 33 manat aylıq kredit haqqı + 0 manat ilkin ödəniş ilə HOFFMANN Mini soba, Delonghi İzqara almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 07.12.2019-cu il tarixli 01108361 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 18 aya 65 manat aylıq kredit haqqı + 9 manat ilkin ödəniş ilə LG Paltaryuyan almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 05.01.2020-ci il tarixli 20014345 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 12 aya 13 manat 60 qəpik aylıq kredit haqqı + 0 manat ilkin ödəniş ilə İMEİ Kodu **********87404 olan HOFFMANN X Go markalı telefon, 2 ədəd aksesuar almışdır. -Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, sonuncu hal-hazıra qədər 2960 manat ödəniş etmiş, nəticədə onun aldığı Samsung Paltaryuyan, HOFFMANN LED televizor, HOFFMANN Kondisioner, Panasonic Ətçəkən, X5, Termo, Dolab, Tumba, Pufik - Yumsaq, DOSHEK URETAN, Soli mebel, X4, Mİ Power Bank, HOFFMANN Mini soba, Delonghi İzqara, LG Paltaryuyan, İMEİ Kodu **********87404 olan HOFFMANN X Go markalı telefon, 2 ədəd aksesuar üçün 5632.2 manat ödənilməmiş hissə, 1132.8 manat dəbbə, cəmi ümumilikdə 6765 manat borc manat təşkil etmişdir. -Əşyaların təhvil təslim aktlarından görünür ki, Cavabdeh qeyd olunan müqavilələrdə göstərilən məsulları tam qüsursuz şəkildə təhvil almışdır. -10 iyun 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, “xxxx”MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu qısa bir zamanda ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə iş materiallarında olan sənədlərdən və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı “xxxx” MMC-dən yuxarıda qeyd olunan müqaviləyə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə Samsung Paltaryuyan, HOFFMANN LED televizor, HOFFMANN Kondisioner, Panasonic Ətçəkən, X5, Termo, Dolab, Tumba, Pufik - Yumsaq, DOSHEK URETAN, Soli mebel, X4, Mİ Power Bank, HOFFMANN Mini soba, Delonghi İzqara, LG Paltaryuyan, İMEİ Kodu **********87404 olan HOFFMANN X Go markalı telefon, 2 ədəd aksesuar almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən hər iki müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış 04.06.2019-cu il tarixli 00701907 nömrəli müqavilə üzrə 494 manat ödənilməmiş hissə üzrə hesablanmış 141 manat məbləğində cərimənin azaldılaraq 10 manat, 16.07.2019-cu il tarixli 00786865 nömrəli müqavilə üzrə 1254 manat ödənilməmiş hissə üzrə hesablanmış 237 manat məbləğində cərimənin azaldılaraq 10 manat, 14.08.2019-cu il tarixli 00846807 nömrəli müqavilə üzrə 1512 manat ödənilməmiş hissə üzrə hesablanmış 388 manat məbləğində cərimənin azaldılaraq 10 manat, 19.10.2019-cu il tarixli 00992120 nömrəli müqavilə üzrə 1692 manat ödənilməmiş hissə üzrə hesablanmış 282 manat məbləğində cərimənin azaldılaraq 10 manat, 01.11.2019-cu il tarixli 01020864 nömrəli müqavilə üzrə 42 manat ödənilməmiş hissə üzrə hesablanmış 14 manat məbləğində cərimənin azaldılaraq 5 manat, 01.11.2019-cu il tarixli 01020777 nömrəli müqavilə üzrə 198 manat ödənilməmiş hissə üzrə hesablanmış 59 manat məbləğində cərimənin azaldılaraq 5 manat, 05.01.2020-cu il tarixli 20014345 nömrəli müqavilə üzrə 55 manat 20 qəpik ödənilməmiş hissə üzrə hesablanmış 11 manat 80 qəpik cərimənin azaldılaraq 5 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. 08 yanvar 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin; 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Samsung Paltaryuyan üçün 494 manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 504 manat, HOFFMANN LED televizor üçün 1254 manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 1264 manat, HOFFMANN Kondisioner, Panasonic Ətçəkən üçün 1512 manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 1522 manat, X5, Termo, Dolab, Tumba, Pufik - Yumsaq, DOSHEK URETAN, Soli mebel üçün 1692 manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 1702 manat, X4, Mİ Power Bank üçün 42 manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 47 manat, HOFFMANN Mini soba, Delonghi İzqara üçün 198 manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 203 manat, LG Paltaryuyan üçün 385 manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 390 manat, İMEİ Kodu **********87404 olan HOFFMANN X Go markalı telefon, 2 ədəd aksesuar üçün 55 manat 20 qəpik ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 60 manat 20 qəpik borc, ümumilikdə cəmi 5692.2 (beş min altı yüz doxsan iki manat iyirmi qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5722.20 (beş min yeddi yüz iyirmi iki manat iyirmi qəpik) manat borc Cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Samsung Paltaryuyan üçün 494 manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 504 manat, HOFFMANN LED televizor üçün 1254 manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 1264 manat, HOFFMANN Kondisioner, Panasonic Ətçəkən üçün 1512 manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 1522 manat, X5, Termo, Dolab, Tumba, Pufik - Yumsaq, DOSHEK URETAN, Soli mebel üçün 1692 manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 1702 manat, X4, Mİ Power Bank üçün 42 manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 47 manat, HOFFMANN Mini soba, Delonghi İzqara üçün 198 manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 203 manat, LG Paltaryuyan üçün 385 manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 390 manat, İMEİ Kodu **********87404 olan HOFFMANN X Go markalı telefon, 2 ədəd aksesuar üçün 55 manat 20 qəpik ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 60 manat 20 qəpik borc, ümumilikdə cəmi 5692.2 (beş min altı yüz doxsan iki manat iyirmi qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5722.20 (beş min yeddi yüz iyirmi iki manat iyirmi qəpik) manat borc Cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1927/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1927/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver