Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1930/2021 07.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 07 sentyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.07.2019-cu il tarixli müqaviləsinə görə, İMEİ Kodu **********14163 olan Samsung Galaxy A 80 markalı telefon üçün 1926 manat ödənilməmiş hissə, 513 manat dəbbə pulu olmaqla cəmi 2439 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmədə izahatında bildirdi ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 22.07.2019-cu il tarixli, 00799489 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********4163 olan Samsung Galaxy A 80 markalı telefon almış və nəticədə 2439 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 1926 manat olan İMEİ Kodu **********4163 olan Samsung Galaxy A 80 markalı telefon üçün 1926 manat ödənilməmiş hissə, 513 manat dəbbə pulu olmaqla cəmi 2439 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Cavabdehin zəmanət kartı olsa da, telefonu anti-servisə təqdim etməli idi. O, ekspert rəyi ilə razılaşır və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, Kontakt Home mağazalar şəbəkəsinin daimi müştərisi olmuşdur. o, iddiaçı şirkətdən 22.07.2019-cu il tarixli, 00799489 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********4163 olan Samsung Galaxy A 80 markalı telefon kreditə götürmüşdür. Lakin telefonu aldıqdan 10 gün sonra telefonun arxa kamerasının şüşəsində nazik çatlar yaranmağa başladı. Telefonun kamerasında toz yığılmışdır. Onun telefona görə qızıl zəmanət kartı vardır. O bu qüsuru həll etmələri üçün Kontakt Home-a müraciət etmiş və iddiaçı şirkət onu şəhərin müxtəlif yerlərində ola bir neçə servisə yönəltdilər. Lakin servis əməkdaşları onunla kobud rəftar etmiş və telefondakı qüsuru da bərpa etməmişlər. Məlumat üçün bildirir ki, o, telefonu alanda qızıl zəmanət üçün əlavə ödəniş etməyinə baxmayaraq, telefondakı qüsur bərpa edilməmişdir. O da bu səbəbdən Kontakt Home-da şöbə müdiri Orxan bəyin qəbulunda olmuş və ona heç bir köməklik göstərilmədiyi üçün telefonu Kontakt Home-a qaytarmışdır. Telefonu qaytaranda ona təhvil-təslim aktı verilməmiş və telefonun anbara göndərildiyi bildirilmişdir. İş materiallarında olan 22.07.2019-cu il tarixli, 00799489 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********14163 olan Samsung Galaxy A 80 markalı telefon almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 dekabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 22.07.2019-cu il tarixli, 00799489 saylı müqaviləyə əsasən İMEİ Kodu **********14163 olan Samsung Galaxy A 80 markalı telefon üçün Cavabdeh 1926 manat ödənilməmiş hissə, 513 manat dəbbə pulu olmaqla ümumilikdə 2439 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2021-ci il tarixli, 3/1262 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən mobil telefon cihazının üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədə vardır. Həmin zədə kənar predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik sınma zədəsidir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 22.07.2019-cu il tarixli, 00799489 saylı müqavilə bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-1930/2021 saylı, 16.06.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmişdir. X4 materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2021-ci il tarixli, 3/1262 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən mobil telefon cihazının üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədə vardır. Həmin zədə kənar predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik sınma zədəsidir. Məhkəmə ekspertiza rəyini tədqiq edib, hesab edir ki, həmin rəyi təkzib edən cavbdehin izahatını təstiq edən digər sübutlar mövcud olmadığından, iddia tələbi həmin rəy əsasında qiymətləndirilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 22.07.2019-cu il tarixli, 00799489 saylı müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, 22.07.2019-cu il tarixli, 00799489 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********14163 olan Samsung Galaxy A 80 markalı telefon üçün hesablanmış 513 manat məbləğində cərimə borcunun azaldılması cavabdehin maddi durumunu daha da yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 10 manat məbləğində olmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 02 avqust 2021-ci il tarixli, 3/1262 №-li məhkəmə-texniki ekspertizasına görə 64 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 22.07.2019-cu il tarixli, 00799489 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********14163 olan Samsung Galaxy A 80 markalı telefon üçün 1926 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla cəmi 1936 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 02 avqust 2021-ci il tarixli, 3/1262 №-li məhkəmə-texniki ekspertizasına görə 64 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1930/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1930/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver