Məhkəmə qərarları › İş №2(012)-1931/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1931/2023

08.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1931/2023 08.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X5, İddiaçı vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi X13, Cavabdeh2 və onun vəkili-nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsi olan 22 "xxxx", 23 "xxxx", 24 "xxxx" və 27 "xxxx" fərdi yaşayış evlərində baş vermiş partlayış nəticəsində onun mənzilinə və avtomobilinə dəymiş maddi zərərə görə 12000 manat və iş üzrə ödənilmiş dövlət rüsumu üçün 120 manat pul məbləğinin müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1, B binanın 30 saylı mənzilində 1990-cı ildən ailəsiylə birlikdə yaşayır. 2021-ci ilin dekabr ayının 25-də təqribən saat 19:00 radələrində onların binasının qarşısında olan Nəsibə Zeynalova küçəsi olan 22 "xxxx", 23 "xxxx", 24 "xxxx" və 27 "xxxx" fərdi yaşayış evlərində iki nəfərin ölümü ilə nəticələnmiş partlayış baş vermişdir. Partlayış nəticəsində bütün bina sakinləri ilə əlaqədar onlarında mənzili, mənzilində olan əşyaları və avtomobili ciddi xəsarət almışdır. Bina o dərəcədə zərər görmüşdür ki, iki ay ərzində həmin binaya daxil olmaq qadağan edilmişdir. Demək olar ki, partlayış nəticəsində bütün pəcərələr yerindən çıxmış, evdə olan bütün əşyalar yararsız vəziyyət düşmüşdür. 800 manat dəyəri olan Samsunq televizoru, 1800 manat dəyəri olan kondisioner, təqribən 500 manat dəyəri olan qab-qacaq və sair xırda ev əşyaları tamamilə yararsız vəziyyətə düşmüşdür. Bundan başqa otaqların döşəməsi zərbənin təsirindən parçalanaraq dağılmışdır. Bununla bağlı 26 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyin Əməliyyat-İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə başlanmış cinayət işi başlanılmış və elə həmin günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3 və 308.2-ci maddələrinə tövsif edilərək istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Apaprılan istintaq zamanı müəyyən edilmişdir ki, Xırdalan şəhəri Nəsibə Zeynalova küçəsi olan 22 "xxxx", 23 "xxxx", 24 "xxxx" və 27 "xxxx" fərdi yaşayış evləri əvvəllər Xırdalan Xəz ASC-ə məxsus olmuş, 90-cı illərin əvvəllərində X20, X14 və Gulia adlı şəxs tərəfindən özəlləşdirilmişdir. Eyni zamanda istintaq zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2012-ci il tarixli 80 saylı “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında qərarının 2.7, 2.8 və 2.11-ci bəndlərinin tələbləri pozulmuşdur. Belə ki, «X19» nın 2.7, 2.8 və 2.11-ci bəndlərinə əsasən FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər. Baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi halları istisna olmaqla, digər hallarda istehlakçı FHN-in və EN-in səlahiyyətli nümayəndələrini, onların təmsil etdiyi orqanın qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra - qazlaşdırılmış obyekt) daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, texniki baxışın keçirilməsi üçün ona məxsus qazlaşdırılmış obyektə daxil olmasını təmin etməlidir. FHN-in və EN-in səlahiyyətli nümayəndələri texniki baxışın nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidirlər. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə, Nəsibə Zeynalova küçəsi 22 "xxxx", 23 "xxxx", 24 "xxxx" və 27 "xxxx" ünvanında fərdi yaşayış evlərində quraşdırılmış qaz avadnlıqlarının yoxlanılması, müvafiq təlimatlandırılmaların keçirilməsi ilə bağlı Cavabdeh1 tərəfindən hər hansı bir tədbir keçirməmişlər. Eyni zamanda AR X2 Baş prokurorluğa daxil olmuş məktubda bildirilir ki, həmin ünvanda Cavabdeh1 tərəfindən hər hansı bir yoxla keçirilməmişdir. Baş prokurorluq tərəfindən təyin edilmiş məhkəmə-yanğın texniki ekspertizasının 08 may 2021 -ci il tarixli 10/239 saylı rəyində partlayışın mənbəyi kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh2 məxsus olan hissəsinin beş mərtəbəli binaya baxan tərəfdəki otaqlarının içərisində (partlayış mənbəyi) qaz sızmaqla, partlayış konsentrasiyalı qaz-hava qarışığının yaranması və bu qarışığın hər hansı alışdırıcı mənbəyinin (elektrik, yaxud mexaniki qığılcım, qızmış səthin, açıq alovun və s.) təsirindən alışması olmuşdur. Partlayiş yanğınla müşahidə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-ci maddəsində qeyd edilir ki, Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işinə 27 sentyabr 2021-ci il tarixdə baş vermiş partlayışda təqsirli şəxsi müəyyən edə bilməməməsi səbəbindən xitam verilmişdir. Mülki Məcələnin 1097.3-ü maddəsində qeyd edilir ki, Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin qərarda həmçinin qeyd edilir ki, Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Cinayən işinə xitam verilsədə, təqsirli şəxs müəyyən edilməsə yüksəkl təhlükə mənbəyi nəticəsində baş vermiş partlayışa görə təhlükə mənbəyinin sahibləri mülki məsuliyyət daşıyırlar. Hazırki işə baxdıqda təhlükə mənbənin sahiblərinin X11 və X15 görsənir. AR mülki Məcəlləsinin 500.1-ci maddəsində əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsində qeyd edilir ki, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi X16 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı onun həyat yoldaşıdır. Həyat yoldaşının bu hala qalması Cavabdeh2 görə olmuşdur. Cavabdeh2 sənədsiz ev tikmiş, qaz xəttini çöldən çəkmişdir. Baş vermiş partlayış nəticəsində zərərçəkmiş şəxslərə pul verilmiş, lakin həyat yoldaşına heç bir ödəniş edilməmişdir. Baş Prokurorluq tərəfindən araşdırma düzgün aparılmamışdır. Odur ki, o, əmlaklarına dəymiş zərərin əvəzinin ödənilməsini xahiş etdi. İddiaçı vəkili Vəkil1 məhkəmədə iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi X24 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, sözügedən ərazidə qaz xətlərinə baxış keçirilmiş, lakin ekspert partlayışın səbəbini müəyyən edə bilməmişdir. Həmin evdə gündəlik yaşayış olduğu üçün qazın sızması qeyrimümkündür. 27 sentyabr 2021-ci il tarixli qərara əsasən, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işinə xitam verilmişdir. Göründüyü kimi baş vermiş hadisədə Cavabdeh1 təqsirli bilinməmişdir. Odur ki, o, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh2 vəkili-nümayəndəsi X17 məhkəmə iclasında izahatında göstərdi ki, təmsil etdiyi şəxs iddia tələbini qəbul etmir. Belə ki, xx.xx.2021-ci il tarixində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində iddaçının iki nəfər ailə üzvünün ölümü ilə nəticələnən partlayış baş vermişdir. Partlayış yanğına və dağıntılara səbəb olmuşdur. Bunula əlaqədar olaraq 26 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanılmış, Cinayət Məcəlləsinin 225.3 və 308.2-ci maddələri ilə tövsüf olunaraq istintaq davam etdirilmişdir. Bu hadisə ilə bağlı 28 yanvar 2021-ci il tarixində yanğın və texnoloji partlayışların tədqiqi ilə əlaqədar ekpertizanın təyin edilməsi haqqında Azəraycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin qərarı Azərbaycan respublikası Ədliyyə Naziriyi Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmuş və ekspertiza tədqiqatı başalanılmışdır. Tədqiqatın nəticəsi kimi 08 may 2021-ci il tarixində ekpert rəyi verilmişdir. Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, partlayış yaşayış evində otaqların birində təbii qazın sızmaqla partlayış konsentrasiyalı qaz-hava qarışığının yaranması, qarışığın isə hər hansı alışdırıcı vasitə, mənbənin təsirindən alışması nəticəsində baş vermişdir. Lakin konkret olaraq qazın hardan sızması, yaxud hər hansısa bir cihazdan düzgün istifadə edilib-edilməməsi müəyyən edilə bilinmədiyindən partlayışla əlaqədar normativ aktın tələbinin kim tərəfindən pozulmasını müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar olaraq cinayət işinə xitam verilmişdir. Qarşı tərəfin iddia ərizəsində Azərbaycan Respblikasının Mülki Məcəlləsinin 1108-ci maddəsinin müddəaları ilə (“Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyət”) müəyyən olunmuş normalara əsaslanaraq iddia qaldırması əsassızdır. Belə ki, partlayış baş vermiş yaşayış yerində ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyət olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyət dedikdə-nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i. a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s. nəzərdə tutulur. Bu fəaliyyət növləri həyata keçirilmədiyindən, eyni zamanda bu fəaliyyət nəticəsində heç bir mülki hüquq pozuntusu törədilmədiyindən bu normalara əsaslanaraq zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia əsassızdır. Eyni zamanda iddiaçmm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097.3cü maddələrinə istinad etməsi də əsassızdır. Çünki bu hadisədə heç bir mülki hüquq pozuntusu (delikt), yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməmişdir. Eləcə də iddiaçı istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsində “Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.” müddəasında obyektiv surətdə hüquqa zidd əməli əsaslandırmamışdır. Bu norma həm imperativ xarakter daşımadığından, həm də baş vermiş hadisədə obyektiv surətdə hüquqa zidd əməl olmadığından bu maddəyə istinad edilməsi də əsassızdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında vəkili-nümayəndəsi X6 izahatı ilə eyni məmunda izahat verərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan məhkəmə-yanğın texniki ekspertizasının 08 may 2021-ci il tarixli 10/239 saylı rəyindən görünür ki, partlayışın mənbəyi ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh2 məxsus hissəsinin beş mərtəbəli binaya baxan tərəfdəki otaqların içərisində yerləşmişdir. Partlayışa səbəb, Xırdalan şəhəri, 27-ci məhəllə, Nəsibə Zeynalova küçəsi 1 «b» ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh2 məxsus hissəsinin beş mərtəbəli binaya baxan tərəfdəki otaqların içərisinə (partlayışın mənbəyinə) təbii qazın sızmaqla, partlayış konsentrasiyalı qaz-hava qarışığının yaranması və bıı qarışığının hər hansı bir aiışdırıeı mənbəyinin (elektrik, yaxud mexaniki qığılcımın, qızmış səthin, açıq alovun və s.) təsirindən alışması olmuşdur. Partlayış yanğınla miişaiyəl olunmuşdur. Hadisə baş vermiş yaşayış evinin daxili qaz avadanlıqların (qaz xətlərinin və cihazların) yuxarıda göstərilmiş səbəblərə (partlayış və xilasetmə işlərinin aparılması nəticəsində evin daxili qaz avadınlıqların dağıldığı və söküldüyünə) görə tədqiq edilməsi mümkün olmadığından və ekspertizaya təqdim edilmiş cinayət işi materiallarında kifayət dərəcəsində bu barədə məlumatlar qeyd edilmədyindən, Xırdalan şəhəri, 27-ci məhəllə, Nəsibə Zeynalova küçəsi 1 «b» ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh2 məxsus hissəsinin beş mərtəbəli binaya baxan tərəfdəki otaqların içərisinə (partlayışın mənbəyinə) təbii qazın konkret olaraq haradan (qaz xəttinin birləşmə yerindən, kipliyi pozulmuş qaz cihazından, yaxud qaz cihazlarından düzgün isiifadə edilməməsi, onların nəzarətsiz qoyulması nəticəndə və s.) sızmasını müəyyən etmək və məhkəmə-yanğın texniki ekspertizasının təyin edilməsi barədə 26 yanvar 2021-ci il tarixli qərarda «baş vermiş partlayış hadisəsi ilə əlaqədar qüvvədə olan hansı normativ aktların tələbləri və kimlər tərəfindən pozulmuşdur» qoyulmuş sual üzrə tədqiqatın aparılması mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokrorluğunun İstintaq İdarəsi tərəfindən verilmiş 27 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, aparılmış istintaqla 25 yanvar 2021-ci il tarixdə, Xırdalan şəhəri, 27-ci məhəllə,Nəsibə Zeynalova küçəsi, ev 1 «B» ünvanında yerləşən beşmərtəbəli binanın qarşısında olan 22 "xxxx", 23 "xxxx", 24 "xxxx" və 27 "xxxx" fərdi yaşayış evlərində baş vermiş partlayışda təqsirli şəxsi müəyyən etməsi mümkün olmadığından, həmin əməldə cinayət tərkibi olmadığından ********* №-li cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-8/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, şikayətçilər X16, X21, X25, X9, X7, X3, X1, X18, X10, X22 və X4 Azərbaycan Respublikası Baş Prokrorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, baş ədliyyə müşaviri Nadir Mirzəyevin “cinayət işinin icraatına xitam verilməsi” barədə 27 sentyabr 2021-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməmiş, qərar qanuni hesab edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, xx.xx.2021-ci il tarixində, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində cavabehin iki nəfər ailə üzvünün ölümü ilə nəticələnən partlayış baş vermişdir. Partlayış yanğına və dağıntılara səbəb olmuş, bunula əlaqədar olaraq 26 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanılmış,başlanılmış cinayət işin sonradan Cinayət Məcəlləsinin 225.3 və 308.2-ci maddələri ilə tövsüf olunaraq istintaq davam etdirilmiş, baş vermiş hadisə ilə bağlı ekspertiza tədqiqatı aparılmış, tədqiqatın nəticəsi kimi 08 may 2021-ci il tarixində ekpert rəyi verilmiş, ekspert rəyinə əsasən partlayış yaşayış evində otaqların birində təbii qazın sızmaqla partlayış konsentrasiyalı qaz-hava qarışığının yaranması, qarışığın isə hər hansı alışdırıcı vasitə, mənbənin təsirindən alışması nəticəsində baş verməsi müəyyən olunmuş, lakin konkret olaraq qazın hardan sızması, yaxud hər hansısa bir cihazdan düzgün istifadə edilib-edilməməsi müəyyən edilə bilinmədiyindən partlayışla əlaqədar normativ aktın tələbinin kim tərəfindən pozulmasını müəyyən etmək mümkün olmadığından cinayət işinə xitam verilmişdir.Beləliklə işin faktiki hallarından göründüyü kimi, sözügedən hadisə ilə bağlı təqsirkarın müəyyən edilməsi mümkün olmamış və hal-hazırda da bununla bağlı məhkəmədə hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki,iddiaçının Azərbaycan Respblikasının Mülki Məcəlləsinin 1108-ci maddəsinin müddəaları ilə (“Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyət”) müəyyən olunmuş normalara, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097.3-cü maddələrinə əsaslanması işin faktiki halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyət dedikdə-nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i. a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s. nəzərdə tutulur. Lakin, məhkəmədə sübutların tədqiqatı zamanı partlayış baş vermiş yaşayış yerində ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətin olması, bu fəaliyyətin növlərinin həyata keçirilməsi, cavabehlərin fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törədilməsi müəyyən edilmədiyndən,məhkəmə hesab edir ki, idiaçının yuxarıda qeyd olunan normalara istinad edərək zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, eyni zamanda zərərvuranın təqsiri olmadıqda obyektiv surətdə hüquqa zidd əməl üçün zərərin əvəzinin ödənilməsi əsaslandırılmadığından əsassızdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsi olan 22 "xxxx", 23 "xxxx", 24 "xxxx" və 27 "xxxx" fərdi yaşayış evlərində baş vermiş partlayış nəticəsində onun mənzilinə və avtomobilinə dəymiş maddi zərərə görə 12000 manat və iş üzrə ödənilmiş dövlət rüsumu üçün 120 manat pul məbləğinin müştərək qaydada alınaraq ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar