Məhkəmə qərarları › İş №2(012)-1941/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1941/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1941/2021 10.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatla bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» MMC-nin xeyrinə 1240 manat əsas borc və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» MMC iddia ərizəsində bildirmişdir ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsinə əsasən cavabdehə ümumi qiyməti 1485 manat dəyərində olan Hisense televizoru satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alğı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən 85 manat ilkin ödəniş etməklə, qalan məbləğ 15 aya bölərək, hər ay üçün 93,33 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 1400 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 160 manat ödəniş etmiş, 1240 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alğı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alğı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Buna görə də o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında alğı-satqı müqaviləsi bağlanılmış və Cavabdeh «xxxx» MMC-dən 1485 manat dəyərində Hisense televizor almış, qalan məbləği 15 aya bölərək, hər ay üçün 93,33 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 1400 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsi üzrə 1400 manat əsas borcundan bu günədək 160 manat ödəniş etmiş, 1240 manat əsas borcu, 130,36 manat cərimə borcu qalmışdır. Belə ki, iş materiallarında olan maliyyə arayışında Cavabdeh xx.xx.2018-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsi üzrə 1240 manat əsas borcu, 130,36 manat cərimə borcu qaldığı qeyd edilsə də, iddiaçı təşkilat İddiaçı MMC iddia tələbində Cavabdeh 1240 manat əsas borcun tutularaq ona ödənilməsini tələb etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh 1240 manat əsas borcu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1240 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar