Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1942/2024 23.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1793/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat olmaqla, 386 manat sabit pul məbləğində aliment miqdarının artırılaraq Cavabdeh hər ay hər bir uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2578/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 10 iyun 2020-ci il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 1793/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(012)-2578/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. O, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 ilə birlikdə valideynlərinin himayəsində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 12-ci küçədə yerləşən 18 saylı fərdi yaşayış evində yaşayır. Qeyd edir ki, o, tək başına iki övladını dolandırmaqda, onların maddi təlabatını ödəməkdə çox çətinlik çəkir. Cavabdeh birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 ilə maraqlanmır və onların saxlanması üçün hər ay cəmi 386 manat məbləğində aliment ödəyir. Əgər övladlarının gələcəyini və normal qidalanmasını, təhsilini düşünən ata olsa idi, övladlarının bütün təlabatını ödəməkdə ona köməklik edərdi. Əlavə edir ki, onunla cavabdeh arasında 29 mart 2013-cü il tarixdə rəsmi nikah qeydə alınmışdır. O, ailəsinin dağılmaması üçün əlindən gələni etməyə çalışsa da ailəni bərpa etmək mümkün olmamışdır və buna görə də nikahın pozulması ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, övladları 05 oktyabr 2014-cü il təvəllüdlü X4 və 05 mart 2018-ci il təvəllüdlü X1 üçün İddiaçı Abşeron Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(012)-1793/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəyir, lakin maddi vəziyyəti imkan vermədiyindən o, sözügedən qətnamə ilə müəyyən edilmiş aliment miqdarından artıq ödəniş edə bilməyəcəkdir. Hazırda o, Baş Mühafizə İdarəsinin Həyat X2 üzrə Polis Alayının polis nəfəri vəzifəsində işləyir. Onun aylıq əmək haqqı 628 manat təşkil edir və iddiaçıya ancaq əmək haqqının 1/3 hissəsi miqdarında aliment ödəyə bilər. Belə ki, onun banka borcu vardır və həmin borca görə hər ay 150 manat məbləğində ödəniş etməlidir. İş materiallarında olan Xızı rayon Yeni Yaşma kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 810983 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 29 mart 2013-cü il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 462302 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 05 oktyabr 2014-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 102963 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 05 mart 2018-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2578/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 10 iyun 2020-ci il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1793/2022 saylı, 19 aprel 2022ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(012)-2578/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Həyat X2 üzrə Polis Alayı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-13-17-12/127/2024 saylı iş yeri haqqında arayışdan görünür ki, Cavabdeh, həqiqətən, xx.xx.2010-cu il tarixindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəli əməkdaşıdır və həmin tarixdən Baş Mühafizə İdarəsinin Həyat X2 üzrə Polis Alayının polis nəfəri vəzifəsində qulluq edir. Aylıq məvacibi 2023- 2024-cü illər üçün 628,60 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, cavabdeh tərəfindən təqdim edilmiş əmək haqqı barəsində arayışda qeyd olunan diqqətə layiq halları nəzərə alaraq alimentin miqdarının qismən artırılması nəticəsinə gəlir və hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş hər bir uşaq üçün alimentin miqdarının 220 manat həddində müəyyən edilməsi uşaqların üstün mənafeyinə xidmət edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1793/2022 saylı, 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 05 oktyabr 2014-cü il təvəllüdlü X4 və 05 mart 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1942/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1942/2024
23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver