Məhkəmə qərarları › İş №2(012)-1948/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1948/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1948/2021 21.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 iyun 2021-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı X2 xeyrinə 2.052 manat əsas borc, 150 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 ilə Cavabdeh arasında bağlanmış 07.02.2019-cu il tarixli 336048 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazadan cavabdeh ümumi qiyməti 2152 manat olan 1 (bir) ədəd Hisense televizoru almışdır. Cavabdeh alınmış malın dəyərindən 100 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay müddətinə hər ay 114 manat olmaqla hissəli ödəmək şərti ilə, cəmi 2.052 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək əsas borcundan bu günədək ödəniş etməmiş, qalan 2.052 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqavilənin və mülki qanunvericiliyin tələblərini konud şəkildə pozmuşdur. Alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir. Cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq aldığı əşyaların pulunu qanunsuz və əsassız olaraq ödəməmiş, biznes fəaliyyətinə 150 manat məbləğində ziyan vurmuş və həmin pulda cavabdehdən tutulmalıdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi şəkildə məlumatlandırılmasına baxmayaraq iclasa gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X5 (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış 07.02.2019-cu il tarixli 336048 nömrəli alqı-satqı müqaviləsindən və ödəniş cədvəlinin surətindən görünür ki, İ.Avdıyev qiyməti 2.152 manat olan 1 (bir) ədəd Hisense 55A6500 modelli televizoru Cavabdeh istifadəsinə verməyi, Cavabdeh isə müqavilədə alınan əşyanın dəyərinin ilkin ödəniş 100 manat edilməklə, 18 ay ərzində hər ay 114 manat olmaqla hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.01.2021-ci il tarixli arayışdan və 186478 saylı çıxarışdan görünür ki, Cavabdeh 07.02.2019-cu il tarixli 336048 nömrəli alqı-satqı müqaviləsi üzrə 2.052 manat əsas borcundan bu günədək ödəniş etməmiş, 2.052 manat əsas və 150 manat cərimə borcu vardır. İş materiallarında olan 22.01.2021-cu tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun ödənilməsi, ödənilmədiyi halda ərizə ilə məhkəməyə müraciət olunacağı barədə iddiaçı X5 tərəfindən xəbərdar olunmuşdur. İş materiallarında olan 04 fevral 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı X5 tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, X5 ilə Cavabdeh arasında bağlanmış 07.02.2019-cu il tarixli 336048 nömrəli alqı-satqı müqaviləsinə Cavabdeh X1 1 (bir) ədəd Hisense 55A6500 modelli televizor almış, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmalı olduğu pul məbləğini iddiaçıya qaytarmayaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə onun X4 07.02.2019-cu il tarixli 336048 nömrəli alqı-satqı müqaviləsinə əsasən 2.052 manat əsas və 150 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin cərimə borcunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, müqavilə üzrə cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 20 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X2 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 07.02.2019-cu il tarixli 336048 nömrəli alqısatqı müqaviləsi üzrə 2.052 manat əsas borc, 20 manat cərimə borcu, dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 2.102 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı X4 ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 07.02.2019-cu il tarixli 336048 nömrəli alqı-satqı müqaviləsi üzrə 2.052 manat əsas borc, 20 manat cərimə borcu, dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 2.102 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı X4 ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar