Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1949/2024 11.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3650 manat məbləğində pulun, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona “D” kateqoriya sürücülük vəsiqəsi lazım olmuş, lakin bunu necə əldə edəcəyini bilməmişdir. Cavabdeh bunu soruşanda o, demişdir ki, 1200 manat pulu ona versə bir neçə günə həmin sürücülük vəsiqəsini düzəldib verəcəkdir. O, Cavabdeh inanıb 1200 manat pulu ona vermişdir. Daha sonra cavabdeh ondan 1500 manat özü borc istəmiş və bildirmişdir ki, kimdənsə 12000 manat pul alacağı var, 1500 manat pulu verib əvəzində 12000 manat alacaqdır. Sürücülük vəsiqəsi düzəldəcəyinə görə cavabdehlə onun münasibətləri yaxşı olduğuna görə 1500 manat pulu da Cavabdeh vermişdir. Daha sonra, cavabdeh demişdir ki, uşağı xəstələnib deyə ona təcili 1000 manat pul lazımdır və borc istəmişdir. O isə cavabdehə 950 manat pul verə bilmişdir. Beləliklə, Cavabdeh ondan cəmi 3650 manat pul almışdır. Bunu təsdiq edən şahidlər vardır. Sonda isə cavabdeh ona nə “D” kateqoriyalı sürücülük vəsiqəsi düzəltməmiş, nə də ki digər borcunu qaytarmamışdır. Dəfələrlə ondan pulu qaytarmağını tələb etsə də hər dəfə bir bəhanə ilə bundan yayınmışdır. O, məhkəməyə müraciət etməzdən əvvəl sözügedən məsələ ilə bağlı Şamaxı rayon Polis Şöbəsinə müraciət etmi, oradan xx.xx.2023-cü il tarixli cavab məktubu verilmişdir. Bu cavabdan görünür ki, onun müraciəti əsasında Polis Şöbəsində araşdırılma aparılmış, göstərilən xüsusatlarda cinayət hadisəsi və inzibati xəta tərkibi müəyyən edilmədiyindən, həmçinin məsələ mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə, məhkəməyə ərizə göndərərək iddia tələbini qəbul etdiyin bildirmişdir . Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı 3650 manat borcla bağlı Cavabdeh barədə etdiyi müraciətdəki xüsusatlar mülki xarakterlidir və şikayətlə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. İşdə olan Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, iddianı tam şəkildə qəbul edir, İddiaçı 3650 manat borcu olduğunu etiraf edir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh müxtəlif vaxtlarda və səbəblərlə İddiaçı ümumilikdə 3650 manat pulu almış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, aldığı pulu isə iddiaçıya geri qaytarmamış, bunun nəticəsində iddiaçıya maddi zərər dəymişdir. İddiaçı bununla bağlı əvvəlcə polis orqanlarına şikayət ərizəsilə müraciət etmiş, Şamaxı rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İşdən görünür ki, tərəflər arasında şifahi qaydada borc münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Yuxarıda qeyd edilən işin faktiki halları məhkəmə iclasında tamamilə öz təsdiqini tapmış, cavabdeh iddiaçıya 3650 manat pul borcunun olduğunu etiraf etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cəmi 3650 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri, yəni 57 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3650 manat və dövlət rüsumu üçün 57 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1949/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1949/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver