Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1956/2021 02.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdehnun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit borcunun bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit borcunun bölünməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə aralarında bağlanmış 01 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən qalan 3.328 ABŞ dolları məbləğində borcun ½ hissəsinin Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşməsi” barədə ərizə təqdim edərək, “xxxx” ASC ilə aralarında bağlanmış 01 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən qalan 3.328 ABŞ dolları və 351.01 manat və “xxxx” KB ASC-yə qalan 444.09 manat məbləğində borcun ½ hissəsinin Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməsi üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X3 ilə 28 yanvar 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 25 sentyabr 2005-ci il təvəllüdlü X5 və 08 iyul 2007-ci il təvəllüdlü X6 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin 2(012)-2838/2018 saylı, 06 iyul 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan olan 25 sentyabr 2005-ci il təvəllüdlü X5 və 08 iyul 2007-ci il təvəllüdlü X4 anaları X1 himayəsində saxlanması və onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər bir uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Tərəflər birgə nikah dövründə “xxxx” ASC-dən 01 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 6370 ABŞ dolları məbləğində kredit götürmüşlər. Həmin kredit borcunun müəyyən hissəsi ödənilmiş, qalan 3.328 ABŞ dolları məbləğində banka borcları qalmışdır. Cavabdeh nikah pozulduqdan sonra borcun yarısını, yəni 1.664 ABŞ dollar məbləğində onun payına düşən hissəsini ödəməkdən imtina edir. Buna görə də hal-hazırda kredit müqaviləsinə əsasən qalan 3.328 ABŞ dolları məbləğində borcun 1/2 hissəsinin cavabdeh tərəfindən “xxxx” ASC-yə ödənilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərdən başqa, 2013-cü ildə “xxxx” KB ASC-dən götürülmüş kreditdən restrukturizasiya olunduqdan sonra 444.09 manat borcları qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 6300 manat kredit borcunu ehtiyaclarını ödəmək üçün alıblar. Həmin pula müxtəlif əşyalar alınıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, kredit avtomaşın almaq üçün götürülüb. Evə əşya alınmayıb. 2 uşaqla birgə kirayədə yaşayır. İddiaçı alimenti belə vaxtında ödəmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından müəyyən edilir ki,Abşeron rayon Məhkəməsinin 2(012)- 2838/2018 saylı, 06 iyul 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan olan 25 sentyabr 2005-ci il təvəllüdlü X5 və 08 iyul 2007-ci il təvəllüdlü X4 anaları X1 himayəsində saxlanması və onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər bir uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Mülki işin materiallarından olan 01 avqust 2014-cü il tarixli kredit sazişindən müəyyən edilir ki, İddiaçı “xxxx” ASC tərəfindən 36 ay müddətinə illik 23%-lə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işin materiallarından olan Cəbrayıl Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(072)-27/2016 saylı qətnaməsindən müəyyən edilir ki, cavabdehlər İddiaçı və X2 müştərək qaydada 5833.95 ABŞ dolları əsas, 1111.95 ABŞ dolları faiz, 193.92 ABŞ dolları cərimə olmaqla və 30 manat dövlət rüsumu üçün pulun qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatının məzənnə nisbətində manat ilə alınaraq “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşin materiallarında olan İddiaçı adına olan kredit məlumatlarının icmalı çıxarışından müəyyən edilir ki, onun “xxxx” ASC tərəfindən 36 ay müddətinə illik 23%-lə 6370 ABŞ dolları məbləğində kredit borcundan qalıq borcu 3328,35 ABŞ dolları təşkil edir. Tərəflərin izahatlarından müəyyən edilir ki, həmin kredit borcu tərəflərin birgə nikahda olduqları vaxt ailənin təminatına sərf olunmuşdur,hazırda tərəflər arasında nikah pozulmuşdur, 3328,35 ABŞ dolları qalıq borc vardır, iddiaçı 3328 ABŞ dollarının ½ hissəsinin cavabdehə aid edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Məhkəmə tərəflərin birgə nikahlarından anadan olan iki azyaşlı uşaqlarının analarının himayəsində olmasını nəzərə alaraq “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış 01 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 3328 ABŞ dolları ümumi borcda iddiaçının payının 3/5 hissə, cavabdehin payının isə 2/5 hissə müəyyən edilməli, buna müvafiq olaraq 331.34 ABŞ dolları məbləğində pul borcun ödənilməsi üçün Cavabdeh tutularaq iddiaçıya verilməlidir. İddia tələbinin digər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin kredit borclarının nə məqsədlə götürülməsi və hara xərclənməsi barədə iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən , cavabdeh isə həmin hissədə iddianı qəbul etmədiyindən iddia tələbi qalan hissədə əsassızdır və təmin edilməməlidir Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə “xxxx” ASC ilə arasında bağlanmış 01 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcun hesabından 1331.34 ABŞ dolları məbləğində pul “xxxx” ASCyə ödənilməsi üçün Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1956/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1956/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver