Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1977/2023 10.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı onun övladı xx.xx.2015-ci il təvəllüdlü Əbülfəzl adlı uşaqla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsi, 1 yaşayış sahəsindən 10 illik istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş qayınanasıdır. O, cavabdehin oğlu X9 ilə xx.xx.2014-cü ildə nikaha girmiş, birgə nikahdan xx.xx.2015-ci ildə X8 adlı uşaq anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(012)-4213/2021 saylı qətnaməsi ilə nikaha xitam verilmiş, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, cavabdehin oğlu ilə nikaha girəndən sonra, yəni xx.xx.2015-ci ildə cavabdehə mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanına köçməklə fərdi evə qeydiyyata düşmüşdür (xx.xx.2014-cü il tarixli, RX ******* saylı çıxarış). Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-5959/2021 saylı qətnaməsi ilə onun və övladı X2 ünvan 1 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməklə həmin evdən və qeydiyyatdan çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1020/2022 saylı qətnaməsi ilə təmin edilməmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi bu işlə əlaqədar olaraq xx.xx.2022-ci ildə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Hazırda oğlu ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Nikah pozulduqdan sonra yaşamağa digər yeri yoxdur. Nəzərə almaq lazımdır ki, hazırda qış fəslidir. Fərdi evi tərk edib getdikləri halda, küçələrdə yaşamaq məcburiyyətində qalmalı olmuşlar. Həmçinin oğlu Ə.Əliyev yaxınlıqda yerləşən orta məktəbin 2-ci sinifdə oxuyur. O və oğlu xx.xx.2015-ci il təvəllüdlü Əbəlfəzl Əliyevin başqa yaşayış yeri olmadığına görə ünvan 1 ünvanındakı yaşayış sahəsindən istifadə etmək hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh, habelə iştirak etdiyi məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Nümayəndə iddianı qəbul etmədilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4213/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə X9 arasında Qaradağ rayon Qeydiyyat Şöbəsində 23 oktyabr 2014-cü ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 914 №-si ilə qeyd edilmiş nikah pozulmuş, 04 avqust 2015-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra İddiaçı (ananın) yanında qalması, X6 İddiaçı xeyrinə 04 avqust 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması, aliment tutulmasının əvvəlinin 25 iyun 2021-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 5959/2021 saylı qətnaməsindən görünür ki, iddia ərizəsinin təmin edilməsi, cavabdeh İddiaçı azyaşlı uşağı xx.xx.2015-ci il təvəllüdlü X8 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsində yerləşən 1 saylı evdən istifadə hüququ itirilmiş hesab edilməklə həmin evdən çıxarılmaları, qətnamənin həmin şəxsin qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin işdə olan xx.xx.2022-ci il tarixli, 2(105)- 1020/2022 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-5959/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 5959/2021 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-5959/2021 saylı qətnaməsinə əsasən İddiaçı və X1 rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsində yerləşən 1 saylı evdən qeydiyyatdan çıxarılmışlar. İşdən görünür ki, mübahisəli ev xx.xx.2014-cü il tarixli reyestrdən çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. İddiaçı cavabdehin oğlu Orxan Əliyevlə xx.xx.2014-cü il tarixdə nikaha girmiş və bu nikahdan onların Əbəlfəzl adlı uşaqları olmuşdur. Sonradan nikah xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuş və azyaşlı Əbəlfəzl anasının himayəsində qalmışdır. Bundan sonra isə Cavabdeh İddiaçı qarşı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma barədə məhkəmədə iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bu iddianın təmin edilməsi, cavabdeh İddiaçı azyaşlı uşağı xx.xx.2015-ci il təvəllüdlü X8 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsində yerləşən 1 saylı evdən istifadə hüququ itirilmiş hesab edilməklə həmin evdən çıxarılmaları, qətnamənin həmin şəxsin qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı onun övladı xx.xx.2015-ci il təvəllüdlü Əbəlfəzl adlı uşaqla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsi, 1 yaşayış sahəsindən 10 illik istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarxli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edildiyi kimi, tərəflər arasında mübahisəli mənzillə bağlı münasibətlər 2014-cü ildə yarandığından məhkəmə hesab edir ki, bu mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normaları ilə həll edilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarxli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı mübahisəli evdən 2021-ci ilin noyabr ayından çıxarılması barədə məhkəmə aktı olmasına baxmayaraq, hələ də orada yaşayır, müəyyən müddətdir ki, oradan istifadə edir. İddiaçının yenidən mübahisəli yaşayış sahəsindən müvəqqəti istifadə hüququnun tanınması isə məhkəmənin qənaətinə görə Cavabdeh mülkiyyət hüquqlarının pozulması ilə nəticələnər. Bu baxımdan məhkəmə İddiaçı hazırki iddiasının əsassız olması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1977/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1977/2023
10.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver