Məhkəmə qərarları › İş №2(012)-1984/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1984/2023

11.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1984/2023 11.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi, alimentin tutulması və artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi, alimentin tutulması və artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X7 onun himayəsinə verilməsi və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat məbləğində alimentin tutulması, himayəsində olan 07 fevral 2015-ci il təvəllüdlü X6 və 27 sentyabr 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-772/2020 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün tutulan alimentin 160 manatdan artırılaraq 220 manat məbləğində olmaqla, cəmi aliment məbləğinin 660 manat müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, tərəflər arasındakı nikah Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 07 fevral 2015-ci il tarixdə anadan olmuş X6 və 27 sentyabr 2018-ci il tarixdə anadan olmuş X2 üçün İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 160 manat olmaqla, cəmi 320 manat miqdarında aliment tutulmuşdur. Daha sonra isə Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(012)-177/2021 saylı qətnaməsi ilə tərəflər arasında Abşeron Rayon Qeydiyyat Şöbəsində bağlanan 06 aprel 2007-ci il tarixli, 17 saylı nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X7 atasının yanında qalması, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay 150 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Birgə nikahdan doğulmuş X12 08 dekabr 2019-cu ildən 13 dekabr 2022-ci il tarixə kimi atası Cavabdeh ilə birlikdə yaşamışdır. 13 dekabr 2022-ci il tarixdə günorta X12 onun yaşadığı evə atası tərəfindən gətirilmişdir. Hal-hazırda X16 qəsəbəsi, V.Axundov küçəsi, 37 saylı ünvanında onunla birlikdə yaşayır. Himayəsində 3 yetkinlik yaşına çatmayan uşaq var. Beləliklə, 13 fevral 2020-ci il tarixli qərarla tutulan aliment məbləği uşaqların minimum tələbatının ödənilməsinə yetmir, çünki həmin aliment məbləği 2-3 il əvvəl uşaqlar üçün yaşayış minimumu nəzərə alınmaqla tutulmuşdur. Uşaq böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Həmin məbləğ uşağın düzgün inkişafı üçün yetərli deyildir. Uşağın bütün qayğısını, ehtiyacını demək olar ki, özü çəkir. Uşaqların həm təlim-tərbiyəsi ilə məşğul olmaq, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - AZ-İİ 197940, AZ-İİİ 499562 və AZ-İV 229359 doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X12, 07 fevral 2015-ci il təvəllüdlü X10 və 27 sentyabr 2018-ci il təvəllüdlü X13 adlı uşaqları doğulmuşdur. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-772/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 07 fevral 2015-ci il tarixdə anadan olmuş X6 və 27 sentyabr 2018-ci il tarixdə anadan olmuş X2 üçün İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 160 manat olmaqla, cəmi 320 manat miqdarında alimentin tutulması, 27 sentyabr 2018-ci il tarixdə anadan olmuş X13 3 yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 30 manat maddi yardımın tutulması, alimentin tutulma müddətinin 15 yanvar 2020-ci il tarixdən X10 və X13 yetkinlik yaşlarına çatana qədər müəyyən edilməsi qət edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(012)-177/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Abşeron Rayon Qeydiyyat Şöbəsində bağlanan 06 aprel 2007-ci il tarixli, 17 saylı nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X7 atası Cavabdeh yanında qalması, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, tərəflərin birgə nikahından doğulmuş X12 08 dekabr 2019-cu ildən 13 dekabr 2022-ci il tarixə kimi atası Cavabdeh ilə birlikdə yaşamış, 13 dekabr 2022-ci il tarixdə günorta X5 Ruhiyyə Rasim qızının yaşadığı evə atası tərəfindən gətirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 06 aprel 2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X12, 07 fevral 2015-ci il təvəllüdlü X10 və 27 sentyabr 2018-ci il təvəllüdlü X13 adlı uşaqları doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-772/2020 saylı qətnaməsi ilə Cavabdeh 07 fevral 2015-ci il tarixdə anadan olmuş X6 və 27 sentyabr 2018-ci il tarixdə anadan olmuş X2 üçün İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 160 manat olmaqla, cəmi 320 manat miqdarında alimentin tutulması, 27 sentyabr 2018-ci il tarixdə anadan olmuş X13 3 yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 30 manat maddi yardımın tutulması, alimentin tutulma müddətinin 15 yanvar 2020-ci il tarixdən X10 və X13 yetkinlik yaşlarına çatana qədər müəyyən edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(012)- 177/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Abşeron Rayon Qeydiyyat Şöbəsində bağlanan 06 aprel 2007-ci il tarixli, 17 saylı nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X7 atası Cavabdeh yanında qalması, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından doğulmuş X12 08 dekabr 2019-cu ildən 13 dekabr 2022-ci il tarixə kimi atası Cavabdeh ilə birlikdə yaşamış, 13 dekabr 2022-ci il tarixdə X5 Ruhiyyə Rasim qızının yaşadığı evə atası tərəfindən gətirilmişdir. Hazırda hər üç uşaq ananın himayəsindədir və İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi, alimentin tutulması və artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X7 onun himayəsinə verilməsi və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat məbləğində alimentin tutulması, himayəsində olan 07 fevral 2015-ci il təvəllüdlü X6 və 27 sentyabr 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-772/2020 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün tutulan alimentin 160 manatdan artırılaraq 220 manat məbləğində olmaqla, cəmi aliment məbləğinin 660 manat müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə tərəflərin birgə nikahından olan Ülkər adlı uşağın hazırda anasına bağlılığını, eyni zamanda hal-hazırda anası ilə birgə yaşamasını və digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X12 anasının (iddiaçının) yanında qalmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X12 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci və 84.2.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın, həmçinin zəruri vəsaitə ehtiyacı olan iddiaçının əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı hazırki iddia tələbini məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Ülkər adlı uşaq üçün alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, işdən görünür ki, birgə nikahdan doğulmuş Nərmin və Ağa adlı uşaqların saxlanılması üçün məhkəmə qətnaməsilə daha əvvəllər hər ay cəmi 320 manat aliment tutulmuşdur və iddiaçı hazırda bu məbləğin artırılmasını xahiş edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, 07 fevral 2015-ci il tarixdə anadan olmuş X6 və 27 sentyabr 2018-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tutulmasına dair Abşeron Rayon Məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanmaları üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Lakin məhkəmə Cavabdeh hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment tutulması ilə razılaşa bilməz və hesab edir ki, həmin məbləğdə aliment tutulması cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Eləcə də, iddiaçı öz tələbində cavabdehdən hər uşağa görə hər ay 220 manat sabit pul məbləğində aliment xahiş etdiyini bildirsə də, məhkəmə iclasında məhz həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanmaları üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh sabit pul məbləğində hər ay X6 və X9 hər biri üçün 175 manat aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün kifayətdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırki iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki 07 fevral 2015-ci il tarixdə anadan olmuş X6 və 27 sentyabr 2018-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində aliment tutulmasına dair Abşeron Rayon Məhkəməsinin məlum qətnaməsi hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşaqların saxlanmaları üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin hazırki iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Abşeron Rayon Məhkəməsinin məlum qətnaməsi qüvvəsini itirir və ona görə də hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsaslarına dair tələblərini qismən sübut edə bilmişdir. Bu baxımdan məhkəmə onun iddia ərizəsində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər iddianın qismən təmin edilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, birgə nikahdan doğulmuş Ülkər adlı uşaq anasının himayəsinə verilməli, onun saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit məbləğdə aliment tutularaq iddiaçıya verilməli, həmçinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)- 772/2020 saylı qətnaməsi ilə Cavabdeh 07 fevral 2015-ci il tarixdə anadan olmuş X6 və 27 sentyabr 2018-ci il tarixdə anadan olmuş X3 üçün tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq İddiaçı xeyrinə 07 fevral 2015-ci il tarixdə anadan olmuş X6 və 27 sentyabr 2018-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X12 İddiaçı (ananın) yanında saxlanılsın. xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X4 üçün hər ay 175 manat məbləğində aliment tutulsun. Bu hissədə qətnamə dərhal icra edilsin. 07 fevral 2015-ci il tarixdə anadan olmuş X6 və 27 sentyabr 2018-ci il tarixdə anadan olmuş X3 üçün Cavabdeh Abşeron Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(012)- 772/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 07 fevral 2015-ci il tarixdə anadan olmuş X6 və 27 sentyabr 2018-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh Nərmin və Ağa adlı uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar