Məhkəmə qərarları › İş №2(012)-1991/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1991/2022

27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1991/2022 27.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 27 aprel 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(012)-4018/2018 saylı qətnaməsi ilə 22.06.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş aylıq 154 manat sabit məbləğdə alimentin miqdarının dəyişdirilərək hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh öz xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4018/2018 saylı 09 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən həmin Məhkəmənin 2(012)- 506/2016 saylı 17 fevral 2016-cı ıl tarixli qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş 22.06.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan 117 manat sabit pul məbləğində alimentin artırılması, 22.06.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə tutulması qət edilmişdir. O, hazırda övladı ilə birlikdə ünvan 1 ünvanında valideynlərinin yanında yaşayır. Məktəbli olan qızı Nurun tələbatını ödəməkdə çətinlik çəkir. O böyüdükcə tələbatı da artır. Cavabdeh kifayət qədər qazanc əldə etsə də, övladına baxmır və yalnız 154 manat məbləğində pulu ödəməklə kifayətlənir. Onun maddi imkanı yaxşıdır. İstəsə, doğma qızı üçün əlavə pul ödəyə bilər. Cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən uşaqların saxlanması üçün 2022-ci ilə olan minimum istehlak xərcini ödəməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4018/2018 saylı. 09 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, həmin Məhkəmənin 2(012)- 506/2016 saylı 17 fevral 2016-cı il tarixli qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş 22 06 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan 117 manat sabit pul məbləğində alimentin artırılması, 22.06.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı Nur iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. İşdən görünür ki, azyaşlı Nurun saxlanılması üçün axırıncı dəfə alimentin miqdarı 2018-ci ildə dəyişdirilmiş və həmin tarixdən 4 ilə yaxın müddət keçmişdir. Bu müddət ərzində isə uşaqların saxlanılması üçün tələb olunan aylıq xərclərin məbləği xeyli artmışdır. Hazırda bu məbləğ 193 manat təşkil edir və azyaşlı Nurun saxlanılması üçün tutulmuş məbləğdən artıqdır. Məhkəmə azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(012)-4018/2018 saylı qətnaməsi ilə 22.06.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş aylıq 154 manat sabit məbləğdə alimentin miqdarının dəyişdirilərək hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(012)-4018/2018 saylı qətnaməsi ilə 22.06.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh 22.06.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar