Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1994/2021 16.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Kazımovun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 31.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********80811 olan “SAMSUNG GALAXY A20” markalı mobil telefon üçün 340 manat ödənilməmiş hissə və iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 360 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(012)-1994/2021 saylı məhkəmə əmrinə əsasən Cavabdeh 340 manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun tutularaq kreditor “xxxx” MMC-yə ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd olunan məhkəmə əmrinin ləğv edilməsini, işin iddia icraatına keçirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərardadına əsasən məhkəmənin 16 fevral 2021-ci il tarixli əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 31.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********80811 olan “SAMSUNG GALAXY A20” markalı mobil telefon almış, nəticədə 340 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və həmin müqaviləyə əsasən, alqısatqı qiyməti 412 manat (yəni 6 ay x 68 manat + 4 manat ilkin ödəniş) olan İMEİ kodu **********80811 olan “SAMSUNG GALAXY A20” markalı telefon üçün ümumilikdə 340 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 72 manat təşkil edir. Odur ki, 31.05.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********80811 olan “SAMSUNG GALAXY A20” markalı telefon üçün 340 manat ödənilməmiş hissə və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 360 manat məbləğində pulun Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə baxışında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 400 manat dəyərində olan “SAMSUNG GALAXY A20” markalı mobil telefon almış, lakin həmin telefon heç 20 gün müddətinə işləmədi. O, məcbur olaraq aldığı telefonu mağazaya aparıb iradını bildirmiş və telefonu geri qaytarmışdır. Mağazada telefonun həqiqətən də xarab olduğunu görüb ona başqa telefon verəcəklərini bildirmişlər. Bundan sonra o, 1 ay gözləmiş, yenidən mağazaya gedib nəticəsini soruşmuş, mağazada onun telefonunun təmir edildiyi və götürə biləcəyini bildirmişlər. O, təmirdən çıxmış telefon istəmədiyini, ona yeni telefon verməli olduğunu bildirmiş və onu şirkətə göndərmişlər. O, şirkətdən telefonu götürdükdə telefonun arxasının açıldığını görmüşdür. İradını bildirdikdə şirkətin müdiri onu yenidən alış-veriş etdiyi mağazaya göndərmiş və o, təmirdən çıxmış telefondan imtina edərək mağazaya təhvil vermişdir. Ona yeni telefon verilməli olduğunu bildirdikdə, müdiriyyət bundan imtina etdi. Bundan sonra o, müqavilənin ləğv olunmasını tələb etdikdə şirkətdən ona müqaviləni özlərinin ləğv edəcəklərini bildirdilər. Hazırda, onun telefonu ona təqdim edildi və o, “xxxx” MMC-yə olan borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatları dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 31 may 2019-cu il il tarixdə bağlanmış 00692732 saylı müqavilədən görünür ki, “xxxx” MMC İMEİ kodu **********80811 olan “SAMSUNG GALAXY A20” markalı telefonu cavabdehin istifadəsinə verməyi, cavabdeh isə əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödənilməsi şərtilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən yalnız bütün ödənişləri tam yerinə yetirdiyi təqdirdə “Mal”-a tam sahiblik hüququ “Müştəri”-yə keçir. 04 noyabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 31 may 2019-cu il tarixində “xxxx” MMC-dən götürmüş olduğu alqı-satqı qiyməti 412 manat olan “SAMSUNG GALAXY A20” markalı telefonun müqabilində ümumi 72 manat ödəniş etmiş, hazırda cavabdehin cəmi 340 manat borcu mövcuddur. 31 may 2019-cu il tarixli “Əşyaların təhvil-təslim” aktından görünür ki, Cavabdeh **********80811 olan “SAMSUNG GALAXY A20” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. 13 dekabr 2019-cu il tarixli xəbərdarlıq məktubdan görünür ki, Cavabdeh müqavilə şərtlərini kobud surətdə pozduğu, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədikləri ilə əlaqədar məhkəmədə iddia qaldırılması barədə xəbərdar edilmişdir. 16.06.2021-ci il tarixli aktdan görünür ki, məhkəmə baxış iclasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 İMEİ kodu **********80811 olan “SAMSUNG GALAXY A20” markalı mobil telefonu tam işlək və istifadəyə yararlı vəziyyətdə Cavabdeh təhvil verdi və Cavabdeh həmin telefonu təhvil aldı. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********80811 olan “SAMSUNG GALAXY A20” markalı telefon icarəyə götürmüş və icarə obyektini götürən zaman imzaladığı icarə müqaviləsinə əsasən icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 may 2019-cu il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və 340 manat borcunun qalması sübut olunur. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 31 may 2019-cu il tarixli müqavilə bağlanarkən, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən İMEİ kodu **********80811 olan “SAMSUNG GALAXY A20” markalı telefon üçün 340 manat pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə məhkəmə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 20 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya verilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 31 may 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh İMEİ kodu **********80811 olan “SAMSUNG GALAXY A20” markalı telefon üçün 340 (üç yüz qırx) manat və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-1994/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1994/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver