Məhkəmə qərarları › İş №2(012)-1996/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1996/2022

05.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1996/2022 05.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı icra qeydinin ləğv edilməsi və borcun bir hissəsinin silinməsi tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı icra qeydinin ləğv edilməsi və borcun bir hissəsinin silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.06.2019-cu il tarixli abunə Müqavilənin 16.5-ci bəndinin həm ümumi hüquq prinsipinə (mülki işlərdə tərəflərin bərabərliyi prinsipi), həm də Azərbaycan Respublikasının bir sıra Qanunlarına, o cümlədən № 762-İQ saylı Qanunun 76-ci maddəsinə zidd olması ilə əlaqədar - istehlakçının hüquqlarının məhdudlaşdırılması kimi etibarsız sayılması, 15.06.2019-cu il tarixli abunə Müqaviləsinin mətninin şriftinin ölçüsünün - qüvvədə olan qanunvericiliyin, məhz 19.09.1995-ci il tarixli № 1113 saylı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olmaması səbəbindən istehlakçının hüquqlarını pozulması kimi qəbul edərək, Müqavilənin kiçik ölçülü şrifti ilə qeyd edilən bəndlərinin ərizəçinin hüquqlarının pozulması hissəsində - istehlakçının hüquqlarının məhdudlaşdırılması kimi etibarsız sayılması, 15.06.2019-cu il tarixli abunə Müqaviləsinin “Nömrənin rabitə xəttinin bağlanıb və açılması haqqında” 8-ci bölməsinin istehlakçısının hüquqlarının pozulması hissəsində - istehlakçının hüquqlarının məhdudlaşdırılması kimi etibarsız sayılması, cavabdeh "xxxx" MMC-ni faktiki olaraq 19.09.2019-cu il tarixindən +994 50 ******* nömrəli abunəçiyə xidmət göstərməməsi ilə əlaqədar 19.09.2019-cu il tarixindən 05.10.2019-cu il tarixinədək iddia etdiyi məbləğin ləğv edilməsi, cavabdehin 25.01.2022-ci il tarixində Bakı şəhəri, 17 saylı Notariat ofsinə müraciəti əsasında Bakı şəhəri, 17 saylı Notariat ofsinin xüsusi notariusu S.Q. Məmmədov tərəfindən çıxarılan icra qeydinin və onun hüquqi nəticələrinin ləğv edilməsi, 28.01.2022-ci il tarixli icraata başlamaq haqqında, 02.02.2022-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında, 15.02.2022-ci il tarixli xəbərdarlıq haqqında İcra və Probasiya dövlət orqanlarının qərarlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı 100 manat dövlət rüsumu ödəməli olduğu halda, heç bir rüsum ödəməmişdir. İddiaçıya görə hazırki tələb istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı olduğundan o, rüsum ödəməkdən azaddır. Lakin iş materiallarından görünür ki, hazırki mübahisə tərəflər arasında imzalanmış müqavilədən irəli gələn hüquq və vəzifələrlə bağlıdır. Bu kateqoriyadan olan iddia ərizələri üzrə isə dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə ödəniləcək dövlət rüsumunun məbləği 100 manat olaraq müəyyən edilmişdir. Mülki-Prosessual Məcəllənin 108.3-cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eləcə də, işdən görünür ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1n 35.1ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İşdən görünür ki, İddiaçı tələbinin istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı olduğu əsası ilə iddianı özünün qeydiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə vermişdir. Lakin qeyd edildiyi kimi, hazırki mübahisə müqavilədən doğan mübahisələr kateqoriyasına aid olduğundan iddia ərizəsi cavabdeh hüquqi şəxsin olduğu yer üzrə verilməli idi. Bundan başqa, iddia ərizəsindən görünür ki, iddia ərizəsində iddiaçı tərəfindən bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. İcra qeydinin və icra məmurunun qərarlarının ləğv edilməsi tələbi üzrə isə "xxxx" MMC cavabdehlik daşımır. Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı icra qeydinin ləğv edilməsi və borcun bir hissəsinin silinməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar