Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2/2023 12.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2 kаtibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 (X1) və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 16687.08 ABŞ dolları əsas, 2915.24 ABŞ dolları faiz və 5427.3 ABŞ dolları cərimə olmaqla, cəmi 25029.62 ABŞ dolları borc, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutulması, tələbin ünvan 1-da yerləşən, Cavabdeh3 mülkiyyətində olan 0.0165 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 10 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada tutulması, fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-4126/2020 saylı qərardadına əsasən, mülki iş üzrə icraat cavabdeh-ipoteka verən Cavabdeh3 vəfat etməsi səbəbindən onun hüquqi varisi müəyyən edilənə qədər dayandırılmışdır. İddiaçı QSC xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 hüquqi varisləri qismində Cavabdeh5 və Cavabdeh6 cavabdehlər qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 002L**********33 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən, 120 ay müddətinə, 150000 ABŞ dolları kredit xətti açılmış, bu müqaviləyə əsasən, cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 002R**********S saylı və xx.xx.2016-cı il tarixli, 002R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3312.92 ABŞ dolları ödəmiş, onun 16687.08 ABŞ dolları borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh əsas və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 220 gün üçün hesablanmış faiz borcu 2915.24 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% cərimə ödəməlidir. xx.xx.2017-ci il tarixə 220 gün üçün hesablanmış cərimə 5427.3 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh3 iddiaçının bağladığı ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Niyazi küçəsi döngə 6-da yerləşən, mülkiyyətdə olan 0.0165 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 10 saylı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən, daşınmaz əmlak Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən, bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən, müqavilədən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı bütün öhdəlikləri icra etməlidirlər. Mülki iş üzrə məhkəməyə daxil olmuş qiymətləndirmənin rəyi ilə razıdır. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, iddia tələbi ilə razı deyildir. Mülki iş üzrə məhkəməyə daxil olmuş qiymətləndirmənin rəyindən onun məlumatı olmamışdır. Halbuki, bugünki gündə onun mənzilinin qiymətinin dəyəri 80000 manat təşkil edir. O, bankla hissə-hissə ödəniş barədə razılığa gələ bilməmişdir. Belə ki, o, 2016-cı ildən hər ay 400 manat ödəniş etmiş olsaydı, banka olan borcunu ödəyib bitirmiş olacaqdı. Onun sağlamlığında da problemlər olduğundan hər ay müalicə xərcləri də vardır. Hazırda, onun hər ay 500 manat ödəmək imkanı vardır. Bu səbəbdən də, ona vaxt verilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ № 794751 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 xx.xx.2016-cı il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 62 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 002L**********33 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, bank borcalana 120 ay müddətinə, yəni, xx.xx.2024-cü il tarixədək 150000 ABŞ dolları kredit xətti açmağı öhdəsinə götürmüşdür. -Borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşmasından görünür ki, bank kredit razılaşmasının şərtlərinə uyğun olaraq kredit alana aylıq faiz dərəcəsi 1.8333% olmaqla, 36 ay müddətinə 20000 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. -xx.xx.2014-cü il tarixli qəbzdən görünür ki, İddiaçı QSC Cavabdeh1 hesabına ayırdığı kreditə görə 20000 ABŞ dolları köçürmüşdür. -Kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr ərzində hər ay 770 ABŞ dolları, sonuncu ay isə 764.81 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 002R**********S saylı və xx.xx.2016-cı il tarixli, 002R**********SA saylı sazişlərdən görünür ki, tərəflər kredit razılaşması və ödəniş cədvəlinə dəyişiklik edilməsinə dair razılığa gəlmişlər. -Kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr ərzində hər ay 535 ABŞ dolları, sonuncu ay isə 531.64 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr ərzində hər ay 544 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -»AccessBank» QSC ilə zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 002S**********03 saylı, zamin Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 002S**********01 saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməklə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. -»AccessBank» QSC-nin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvanladığı xəbərdarlıqlardan görünür ki, bank borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. -İpoteka saxlayan İddiaçı QSC ilə borclu Cavabdeh1 və ipoteka verən Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 002M**********02 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka verən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0165 ha torpaq sahəsi və üzərində inşa edilmiş 10 saylı fərdi yaşayış evini İddiaçı QSC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 42000 ABŞ dolları (32944.8 manat ekvivalentində) müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 98 saylı reyestr kitabının 53 saylı vərəqində qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0165 ha torpaq sahəsi və üzərində inşa edilmiş 10 saylı fərdi yaşayış evi kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 120 ay müddətinə İddiaçı QSC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. -»AccessBank» QSC-nin Cavabdeh3 ünvanladığı xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, bank ipoteka verənə kredit müqaviləsi üzrə borc ödənilmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılması barədə xəbərdarlıq etmişdir. -»AccessBank» QSC-nin Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, bildiriş qeydə alınmaqla 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu ödənilmişdir. -4 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 272 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 10 saylı fərdi yaşayış evində Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və X3 qeydiyyatda olmaqla yaşayır. -Cavabdeh1 və Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizələrinin surətindən görünür ki, onlar fərdi yaşayış evinin bank qarşısında ipotekaya qoyulmasına razılıq verərək əmlaka tutma yönəldiyi və satıldığı halda onu qeyd-şərtsiz tərk edəcəyini öhdələrinə götürmüşlər. -xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixə əsas borca görə 16687.08 ABŞ dolları, faiz borcuna görə 2915.24 ABŞ dolları, cəriməyə görə 5427.3 ABŞ dolları olmaqla, cəmi 25029.62 ABŞ dolları borcu vardır, cərimə hesablanmış gecikdirilən günlərin sayı 267 gün təşkil edir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. -“X7 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, 115 saylı arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0165 ha torpaq sahəsi və üzərində inşa edilmiş 10 saylı fərdi yaşayış evinin hal-hazırda, bazar qiyməti: 52250 manat; likvid qiyməti: 47000 manat təşkil edir. -“X5” MMC-nin xx.xx.2023-cü il tarixli, 020/LBC saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0165 ha torpaq sahəsi və üzərində inşa edilmiş 10 saylı fərdi yaşayış evinin hal-hazırda, bazar qiyməti: 62000 manat; likvid qiyməti: 55000 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh6 ünvan 1, 10 saylı evdə, Cavabdeh4 isə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 1, 26 saylı evdə qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: İlkin olaraq iddia tələbinin yönəldiyi cavabdehlər Cavabdeh5 (X1) və Cavabdeh6 həmin iddia tələbi ilə bağlı subyektiv hüququn olub-olmamağı müəyyənləşdirilməlidir. Belə ki, iddia tələbi Cavabdeh3 vəfat etdiyindən onun varisləri hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 ilə yanaşı Cavabdeh5 (X1) və Cavabdeh6 yönəldilmişdir. Qeyd olunan cavabdehlər mərhum-ipoteka qoyanın mülkiyyətində olan mənzildə qeydiyyatda olub yaşamaqla vərəsələri qismində tanınmışlar. Göründüyü kimi, mərhum şəxsin vərəsələri artıq müəyyən edilmişdir. Ona görə də iddia ərizəsində Cavabdeh5 (X1) və Cavabdeh6 cavabdeh kimi göstərilməsi tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 1133.1. maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə həmçinin, qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Konstitusiyanın 60-cı maddəsinə, Mülki Məcəllənin 1243 və 1306.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilə üzrə cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 002L**********33 saylı kredit xətti müqaviləsinə əsasən borcalana 120 ay müddətinə 150000 ABŞ dolları kredit xətti açılmış, xx.xx.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşmasına əsasən isə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Niyazi küçəsində yerləşən, ümumi sahəsi 0.0165 ha torpaq sahəsi və üzərində inşa edilmiş 10 saylı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən işə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşması üzrə əsas borca görə 16687.08 ABŞ dolları, faiz borcuna görə 2915.24 ABŞ dolları, cəriməyə görə 5427.3 ABŞ dolları olmaqla, cəmi 25029.62 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, maliyyə arayışını qiymətləndirib kredit müqaviləsi üzrə əsas borca görə 16687.08 ABŞ dolları və faiz borcuna görə 2915.24 ABŞ dolları borcun tutulmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 5427.3 ABŞ dolları cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən, onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə sözügedən müqaviləyə əsasən, 16687.08 ABŞ dolları əsas borc üzrə hesablanmış 5427.3 ABŞ dolları cərimənin azaldılaraq 100 ABŞ dolları müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Mülki Məcəllənin: 472.1 maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2 maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3 maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 və Cavabdeh4 bank ilə bağladığı zaminlik müqavilələrinə əsasən cavabdehin borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıması öz təsdiqini tapdığından, məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 vərəsələri Cavabdeh5 (X1) və Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə əsas borca görə 16687.08 ABŞ dolları, faiz borcuna görə 2915.24 ABŞ dolları və cəriməyə görə 100 ABŞ dolları olmaqla, cəmi 19702.32 ABŞ dolları borcun tutulması qənaətinə gəlir. Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İpoteka haqqında Qanun” adlanacaq) 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən, Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Niyazi küçəsində yerləşən, ümumi sahəsi 0.0165 ha torpaq sahəsi və üzərində inşa edilmiş 10 saylı fərdi yaşayış evini İddiaçı QSC qarşısında ipoteka ilə yüklü etmiş və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən, ipoteka predmetinin dəyərinin tərəflərin qarşılıqlı razılığı ilə 42000 ABŞ dolları (32944.8 manat ekvivalentində) olması müəyyən edilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. “İpoteka haqqında Qanun”un 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində qeyd edir ki, iddia tələbində Cavabdeh3 məxsus torpaq sahəsi və fərdi yaşayış evinin ilkin satış qiyməti göstərilmədiyindən tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyərinin 42000 ABŞ dolları (32944.8 manat ekvivalentində) olması və aradan keçən 9 il müddətində daşınmaz əmlak bazarında kəskin qiymət fərqlərinin olması istisna edilmədiyindən və mübahisəli olduğundan məhkəmə “X7 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, 115 saylı və “X5” MMC-nin xx.xx.2023-cü il tarixli, 020/LBC saylı rəylərini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, parallel şəkildə qiymətləndirib nəzərə alır və ipoteka predmeti olan daşınmaz əmlakın likvid qiymətinin 55000 manat olmaqla açıq hərracda satılması qərarına gəlir. Belə ki, Ali Məhkəmə Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “İpoteka haqqında Qanun”un 47.4-cü maddəsinə əsasən, həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ müştərək qaydada tutulmalıdır. “İpoteka haqqında Qanun”un: 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Başqa sözlə qanunun mənasına görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0165 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 10 saylı fərdi yaşayış evi açıq hərraca çıxarılıb satıldıqdan bir ay sonra fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 (X1) və Cavabdeh6 çıxarılmalı, fərdi yaşayış evi boşaldılaraq alıcıya təhvil verilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlərin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən, fərdi yaşayış evi İddiaçı QSC-nin adına ipoteka ilə yüklü edilsə də hazırda da, cavabdehin mülkiyyətindədir. Şəxsin istifadə hüququnun itirilməsi tələbi mülkiyyətçinin subyektiv hüququdur. Mülkiyyət hüququ iddiaçıya keçmədiyindən belə bir tələbetmə hüququ ilə çıxış edə bilməz. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında Qanun”un: 59.1. maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o, satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3.1. maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qanunun tələblərindən göründüyü kimi, kreditin qaytarılması məqsədilə bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka münasibətdə tutmanın yönəldilməsi və onun açıq hərracda satılması həmin daşınmaz əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüquqlarının itirilməsi üçün deyil, onların çıxarılması üçün əsasdır. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 İddiaçı QSC-dən aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımi qaydada qaytarmamış, zaminlər Cavabdeh4, Cavabdeh3 vərəsələri-Cavabdeh5 (X1) və Cavabdeh6 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da, cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də İddiaçı QSC-nin xeyrinə müştərək qaydada xx.xx.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşması üzrə əsas borca görə 16687.08 ABŞ dolları, faiz borcuna görə 2915.24 ABŞ dolları və cəriməyə görə 100 ABŞ dolları olmaqla, cəmi 19702.32 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti tutulmalı, tutma ipoteka qoyulmuş Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0165 ha torpaq sahəsi və üzərində yerləşən 10 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 55000 manat müəyyən edilməli, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə, 19702.32 ABŞ dolları borc ödənilməli, iddiaçıya tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda bir ay sonra fərdi yaşayış evi boşaldılmalı, ödənilmiş 60 manat məhkəmə xərclərinin (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı) müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda, ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 (X1) və Cavabdeh6 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşması üzrə əsas borca görə 16687.08 (on altı min altı yüz səksən yeddi USD səkkiz sent) ABŞ dolları, faiz borcuna görə 2915.24 (iki min doqquz yüz on beş USD iyirmi dörd sent) ABŞ dolları və cəriməyə görə 100 (yüz USD) ABŞ dolları olmaqla, ümumilikdə, cəmi 19702.32 (on doqquz min yeddi yüz iki USD otuz iki sent) ABŞ dollar borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə və məhkəmə xərclərinə görə cəmi 60 (altmış) manat pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0165 ha torpaq sahəsi və üzərində inşa edilmiş 10 saylı fərdi yaşayış evinə tutma yönəldilsin, həmin fərdi yaşayış evinin likvid satış qiyməti 55000 (əlli beş min) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 19702.32 ABŞ dollar borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə və məhkəmə xərclərinə görə cəmi 60 manat pul vəsaiti İddiaçı QSC-nin hesabına keçirilsin, İddiaçı QSC-yə tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0165 ha torpaq sahəsi və üzərində inşa edilmiş 10 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 (X1) və Cavabdeh6 fərdi yaşayış evini boşaldaraq 1 (bir) ay sonra həmin fərdi yaşayış evindən çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov