Məhkəmə qərarları › İş №2(012)-2/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2/2025 26.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Cavabdeh1 Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Qanuni nümayəndə qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli, 379 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 1776,27 manat əsas borcu, 730,05 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 1634,09 manat müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, 267 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 4407,41 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan LPO İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 379 saylı, 09 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1776,27 manat əsas borc, 730,05 manat müqavilə müddəti üzrə hesablanan faiz borcu, 1634,09 manat gecikdirilmiş vaxt üçün hesablanan cərimə borcu, 429,50 manat müqavilə müddəti bitdikdən sonra hesablanan 5% borcu, ümumilikdə, 4569,91 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq LPO "Kredobank” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh1 faktiki vərəsələri olan Cavabdeh2, Cavabdeh3 və Qanuni nümayəndə cavabdeh qismində mülki işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2- 1(81)-3619/2016 saylı qərarı ilə İddiaçı ASC ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-yə ləğvedici təyin edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli, 379 nömrəli kredit müqaviləsinə əsasən borc alana 18 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Kredit müqaviləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borc alan Cavabdeh1 kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas sorcun ödənişini tam şəkildə borc verənə ödəməli olmasına baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında 09 dekabr 2014-cü il tarixli Zaminlik Müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1, 1.2 və 2.1-ci bəndlərinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar faizlərin, cərimələrin, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 1.2-ci bəndinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, zaminlik müqaviləsinin 2.1-ci maddəsində göstərilmişdir ki, əgər “borcalan” kredit müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtında ödəməzsə, zamin bankın göndərdiyi bildirişin alınması vaxtından 3 gündən gec olmamaq şərti ilə borcalanın bütün borclarının ödənilməsinə zamin olur. Cavabdeh1 xx.xx.2015-ci ildə vəfat etmişdir və onun hüquqi olmasa da faktiki vərəsələri vardır. İddia tələbində qeyd edilən məbləğdə borcun Cavabdeh1 faktiki vərəsələrindən tutulmasını istəyirlər. Hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair digər Cavabdeh3 ərizəsini əsassız hesab etsələr də Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinin hüquqi olduğunu bildirirlər. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, o, həyat yoldaşı olan Cavabdeh1 vərəsəliyini qəbul etməmişdir. Cavabdeh1 adına heç bir mülk olmamışdır və o, hazırda birotaqlı evdə yaşayır. İddiaçı şirkətin nümayəndəsinin dediklərinin əksinə olaraq bildirir ki, Xaçmaz rayonunda nə ona, nə də həyat yoldaşı olan Cavabdeh1 məxsus torpaq sahəsi vardır. Bundan əlavə iddiaçı LPO İddiaçı ASC iddia müddətini ötürmüşdür. Belə ki, kredit müqaviləsi 2014-cü ildə bağlanmış, müqavilənin müddəti 2016-cı ilin iyun ayında başa çatmışdır. Hesab edir ki, iddia tələbi üzrə iddia müddəti ötürülmüş hesab olunmalı və bununla əlaqədar iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, o, iddia müddətinin ötürülməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin qəbul edilməsini və LPO İddiaçı ASC-nin onlara qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia müddətinin ötürülməsi ilə əlaqədar iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 09 dekabr 2014-cü il tarixli, 379 saylı kredit müqaviləsindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında müqavilə bağlanılmış və bu müqaviləyə əsasən Cavabdeh1 LPO İddiaçı ASC-dən aylıq faiz dərəcəsi 24 % olmaqla 18 ay müddətinə 3000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 09 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh2 bu müqaviləni bank ilə borclu Cavabdeh1 arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli, 379 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. İş materiallarında olan 01 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 17 mart 2021-ci il tarixə Ləğv prosesində olan İddiaçı ASC-yə 09 dekabr 2014-cü il tarixli, 379 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 1776,27 manat əsas borc, 730,05 manat müqavilə müddəti üzrə hesablanan faiz borcu, 1634,09 manat gecikdirilmiş vaxt üçün hesablanan cərimə borcu, 429,50 manat müqavilə müddəti bitdikdən sonra hesablanan 5% borcu, ümumilikdə 4569,91 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh1 şəxsi məlumatlarına dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdırıb təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci, 739.1-ci, 1133.1-ci, 1151.1-ci və 1306.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Cavabdeh1 09 dekabr 2014-cü il tarixli, 379 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İddiaçı təşkilat İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 379 saylı, 09 dekabr 2014cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1776,27 manat əsas borc, 730,05 manat müqavilə müddəti üzrə hesablanan faiz borcu, 1634,09 manat gecikdirilmiş vaxt üçün hesablanan cərimə borcu, 429,50 manat müqavilə müddəti bitdikdən sonra hesablanan 5% borcu, ümumilikdə, 4569,91 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 faktiki vərəsələri Cavabdeh2, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq LPO "Kredobank” ASC-yə ödənilməsini xahiş etmişdir. Lakin hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək, LPO İddiaçı ASC-nin onlara qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia müddətinin ötürülməsi ilə əlaqədar iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Qanuni nümayəndə isə prosessual fəaliyyət qabiliyəti olmayan şəxs olmuşdur. İddia müddətinin tətbiq edilməsi barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ərizəsi barədə məhkəmə qeyd edir ki, ərizə təmin edilməlidir. Belə ki, tərəflər arasında 09 dekabr 2014-cü il tarixli, 379 saylı kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi 09 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan göründüyü kimi Cavabdeh1 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli, 379 saylı kredit müqaviləsi 18 ay müddətinə bağlanmış və həmin kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Bank isə borclunun ölümündən doqquz ildən də çox bir müddət keçdikdən sonra vərəsələrdən pulun tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir, lakin iddiaçı bank müqavilə tələbləri üzrə olan 3 illik iddia müddəti ötürmüş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onlara qarşı tələb irəli sürməmiş və bu hal da məhkəməyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə əsas verir. Bundan başqa məhkəmədə sübutların tədqiqatı zamanı hüquqi varisin müəyyən edilməsi ilə də bağlı məhkəməyə hər hansı bir rəsmi sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinin tələbinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinin tələbinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinin tələbinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, LPO İddiaçı ASC tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu da iddiaçı təşkilatın özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Qanuni nümayəndə qarşı İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 379 saylı, 09 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1776,27 manat əsas borc, 730,05 manat müqavilə müddəti üzrə hesablanan faiz borcu, 1634,09 manat gecikdirilmiş vaxt üçün hesablanan cərimə borcu, 429,50 manat müqavilə müddəti bitdikdən sonra hesablanan 5% borcu, ümumilikdə, 4569,91 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq LPO "Kredobank” ASC-yə ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Cavabdeh1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar