Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-20/2020 10.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 nümayəndəsi K.X10, Cavabdeh X7 nümayəndəsi X4, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Cəlilov Rövşən Ramiz oğlunun iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 cavabdehlər X15, X12 və X8 qarşı “kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi «X3» ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxxx” ASC-nin xeyrinə təminatlı kredit müqaviləsi üzrə 30468,42 manat əsas, 2471,30 manat faiz, 21027,45 manat dəbbə pulu olmaqla cəmi 53967,17 manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın X7 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən, 132.59 ümumi, 78.7 kv.m yaşayış sahəsindən ibarət olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti (likvid) müəyyənləşdirilməsi, mənzilin açıq hərracdan satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən, 132.59 ümumi, 78.7 kv.m yaşayış sahəsindən ibarət olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi satıldıqda Cavabdeh, X15, X12, X13 və onunla birlikdə yaşayan digər ailə üzvləri, həmçinin ipoteka müqaviləsi bağlandıqdan sonra mənzilə qeydiyyata düşən şəxslər 1 ay ərzində evləri tərk etmədikdələri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi «X3» iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər qismində X15, X12 və X9 göstərmiş və cavabdeh X5 ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi «X3»nun xeyrinə ödənilməmiş 30468,42 manat əsas borc, 18027,21 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 7165,62 manat borc olmaqla cəmi 55661,25 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın cavabdeh X11 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən, 132.59 kv.metr ümumi, 78.7 kv.metr əsas, 53.89 kv.metr köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra X15, X12 və X6 həmin mənzillərə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, X15, X12 və X6 həmin mənzillərdən çıxarılması, həmin mənzillərin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi «X3»-nun nümayəndəsi K.X16 izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə 12 ay müddətinə, illik 20 faizlə 100000 manat məbləğində FP/Q-014-011 saylı kredit müqaviləsi bağlanmışdır. Sonradan tərəflər arasında bağlanmış xx xxxx 2013-cü il tarixli razılaşma ilə xx.xx.2011-ci il tarixli, FP/Q-014-011 saylı təminatlı kredit müqaviləsinin 5.3 və 5.4-cü bəndlərinə dəyişiklik edilmiş və həmin kredit vəsaitindən istifadə müddəti daha 24 ay olmaqla- xx xxxxx 2015-ci il tarixədək uzadılmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-344/2017 saylı qərardadı ilə mülki iş üzrə icraat vəfat etmiş Cavabdeh hüquqi varisi müəyyən edilənə kimi dayandırılmışdır. Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(012)-344/2017 saylı qərardadı ilə xx.xx.2018-ci il tarixdə X7 nümayəndəsi X14 ərizə ilə müraciət edərək nikahın bağlanması haqqında şəhadətnamənin surətini əlavə edərək, Cavabdeh hüquqi varisinin arvadı X15 olduğunu nəzərə alınmasını və iş üzrə icraatın təzələnməsini xahiş etdiyindən mülki iş üzrə icraat təzələnmişdir. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 12106 saylı rəyinə əsasən xx xxxxxx 2011-ci il tarixli, FP/Q-014-011 saylı kredit müqaviləsi üzrə cavabdeh (borclu) Cavabdeh İddiaçı ASC-yə xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixinədək əsas kredit borcu üzrə 0,00 manat, faiz borcu üzrə isə 0,00 manat məbləğində borcu olması müəyyən edilmişdir. Halbuki, həmin ekspertiza mərkəzinin rəyi ilə müəyyən edilmiş qiymət cavabdehin banka halhazırda olan borcu barəsində reallığı əks etdirmir və düzgün hesablanmamışdır. Ekspert rəyində tərtib olunmuş cədvəldə cavabdehin ümumilikdə banka 208211,23 manat ödəniş etməsi qeyd olunur. Lakin mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, bank tərəfindən təqdim olunan hesabdan çıxarışa və maliyyə arayışına nəzər salınsa görünər ki, kredit müqaviləsi üzrə ümumi ödəniş ekspertizanın qeyd etdiyindən fərqli olaraq 138212,60 manat təşkil etmişdir. Həmçinin ekspertiza rəyində qeyd edilmişdir ki, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2013-cü il tarixində 70000 manat məbləğində pul vəsaiti (kredit deyil) verilmiş və həmin məbləğ üzrə ümilikdə 61981,41 manat məbləğində ödəniş olmuşdur. xx.xx.2013-cü il tarixində cavabdehə əlavə pul verilməmişdir, sadəcə olaraq razılaşmaya əsasən kredit müddəti uzadılmışdır. Belə ki, hesabdan çıxarışda borclu tərəfindən ödənilən məbləğlərin təyinatı “kredit ödənilir”, “ipoteka ödənilir”, və “mədaxil” formasında öz əksini tapmışdır. Lakin 70000 manat məbləğindəki vəsait haqqında heç bir təyinat yoxdur. Sözügedən məbləğ kredit müqaviləsi üzrə cavabdehin banka ödəməli olduğu pul məbləğinin qalığıdır. Eyni zamanda ekspert rəyində tərtib olunan cədvəldə cavabdehin xx.xx.2013-cü il tarixində banka 70038,59 manat məbləğində artıq ödənişi qeyd olunmuşdur. Halbuki bank tərəfindən məhkəməyə təqdim olunan hesabdan çıxarış (müqavilə üzrə bütün ödənişlər nəzərə alınmaqla) və maliyyə arayışında həmin ödəniş real olmadığından göstərilməmişdir. xx.xx.2013-cü il tarixində mülki iş üzrə cavabdehlə bank arasında xx.xx.2011-ci il tarixli, FP/Q-014-011 saylı təminatlı kredit müqaviləsinin 5.3 və 5.4-cü bəndlərinə dəyişiklik edilmiş və həmin kredit vəsaitindən istifadə müddəti daha 24 ay olmaqla - xx xxxxx 2015-ci il tarixinədək uzadılmışdır. Bank tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışa nəzər salınsa görünər ki, xx.xx.2013-cü il tarixində göstərilən məbləğ cavabdehin banka ödədiyi məbləğ deyil, borclunun kredit müqaviləsini uzadarkən qalıq borcudur. Bundan əlavə ekspert rəyində göstərilən tarixlər üzrə “əlavə ödəniş” olduğu təqdirdə həmin ödənişlər üzrə sənəd məhkəməyə təqdim olunmalı və ya ekspert tərəfindən əsasladırılmalıdır. Eyni zamanda, ekspert rəyində göstərildiyi tarixdə, yəni xx.xx.2013cü il tarixdə 70038,59 manat vəsait ödəniş kimi qəbul olunsa belə, bir halda ki göstərilən məbləğ kredit ödənişi deyil, bundan sonra cavabdeh tərəfindən xx.xx.2013-xx.xx.2016 dövr ərzində ümumi 61981,41 manat ödəniş olunmuşdur. Başqa sözlə 70,038.59 manat ödəniş olunub borc 0 olubsa bundan sonra borclu niyə əlavə 61981,41 manat ödəniş etsin ki. Bu da ona dəlalət edir ki, bank öz mövqeyində haqlıdır və ekspert rəyi absurddur. Bu səbəbdən iş yenidən ekspertizaya göndərilməlidir. Əgər həqiqətən 70000 manat ödəniş edilibsə bununla bağlı cavabdeh qəbz gətirsin. Cavabdeh X7 nümayəndəsi X14 məhkəmə iclasında izahatında bildirdi ki, hazırki mülki iş 4 ildən çoxdur ki, davam edir. Sözügedən 70000 manat borc kredit müqaviləsi üzrə qalan borc deyildir, ona dair hər hansı kredit müqaviləsi bağlanmamışdır. Ekspert rəyində qeyd edilmişdir ki, 70000 manat borcdan 61000 manat ödənilmişdir. Belə görünür ki, qalıq olaraq 9000 manat borc qalmalı idi, lakin hazırki iddia tələbində borc olduqca şişirdilmişdir. Cavabdehin kredit müqaviləsi üzrə borcu yoxdur. Ekspert rəyində isə yalnış olmamalıdır, çünki ekspertiza iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında keçirilmişdir. Odur ki, o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Cəlilov Rövşən Ramiz oğlu məhkəmə iclasında ifadəsində bildirdi ki, iş materiallarından göründüyü kimi, ilə İddiaçı ASC ilə Cavabdeh («Borcalan») arasında xx.xx.2011-ci il tarixli, FP/Q-014-011 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə görə kredit alana illik 20% olmaqla, 12 ay müddətinə 100.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Sənədlər tam olmadığından kreditin verilməsi müəyyən edilmir. Bundan başqa tərəflər arasında xx.xx.2013-cü il tarixdə əlavə razılaşma bağlanmış və kredit müddəti xx xxxxx 2015-ci il tarixinədək uzadılmışdır. Hazırki tədqiqatda kredit müqaviləsi üzrə ödənişlər barədə məbləğlər kredit verilən tarixdən xx.xx.2013-cü il tarixədək maliyyə arayışından və xx.xx.2013-cü il tarixdən sonrakı dövr üçün ödənişlər barədə məbləğlər hesabdan çıxarış məlumatlarından götürülmüşdür. İş materiallarında olan maliyyə arayışı və hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh krediti üzrə banka ümumilikdə xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixədək tarixlərə 146.229,82 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 100.000,00 manatı əsas borca, 46.229,82 manatı isə faiz borcuna silinir. Eyni zamanda iş materiallarından göründüyü kimi, Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı, hesabdan çıxarış məlumatları, xx.xx.2011 -ci il tarixli, FP/Q-014-011 saylı kredit müqaviləsi və xx.xx.2013-cü tarixli razılaşma şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixədək (sualda göstərilən tarixlərə) banka olan borcu tam ödənilmişdir və borc qalığı müəyyən edilmir. Qeyd edilir ki, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2013-cü il tarixdə 70.000,00 manat məbləğində pul vəsaiti (kredit deyil) verilmiş və həmin məbləğ üzrə ümumilikdə 61.981,41 manat məbləğində ödəniş olmuşdur. Beləliklə, Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı, hesabdan çıxarış məlumatları, xx.xx.2011 ci il tarixli, FP/Q-014- 011 saylı kredit müqaviləsi və xx.xx.2013-cü tarixli razılaşma şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixədək banka olan borcu tam ödənilmişdir və borc qalığı müəyyən edilmir. Qeyd edirəm ki, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2013-cü il tarixdə 70.000,00 manat məbləğində pul vəsaiti (kredit deyil) verilmiş və həmin məbləğ üzrə ümumilikdə 61.981,41 manat məbləğində ödəniş olmuşdur. Həmçinin 70 000 manat qalıq borc olsa idi, o zaman həmin ödənilən puldan əsas borca və faiz borcuna çıxılma olmazdı. Bank cavabdehə 70 000 manat pul vermiş və verilən pul ilə köhnə borcu bağlamışdır. Ödəniş sərbəstdir belə ki, bank 70 000 manat pulu cavabdehə verib və bu pulu əsas borcun ödənilməsinə yönəldib. Bankın verdiyi 70 000 manat pul kredit deyildir, bu pulun kredit olduğunu düşünməyə iş materiallarında heç bir sənəd yoxdur. İş materiallarına əsasən cavabdehin banka 70 000 manat borcu olması müəyyən olunmayıb. O, 2011-2013-cü illərə aid ödənişləri hesablamamışdır və həmin ödənişləri iş materiallarına olan maliyyə arayışına əsaslanmışdır. Maliyyə arayışı ilə hesablama aparmaq mümkün deyil çünki maliyyə arayışında bütün ödəniş dövrünü əhatə edir. 2011-2013-cü illərə aid ödənişləri hesablamamağımın səbəb həmin dövrün ödənişləri göstərən sənədlərin natamam olmasıdır. Faktiki olaraq 2011-ci ilin kredit müqaviləsi üzrə borc bağlanmış, 2013-cü ildə isə bank tərəfindən verilən 70 000 manat pul vəsaiti üzrə isə 61.981.41 manat pul ödənilmişdir. Mülki iş materiallarında isə bankın sonradan verilən 70 000 manata dair isə heç bir tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər X12 və X13 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2011 -ci il tarixli, FP/Q-014-011 saylı təminatlı kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında kredit müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən borc verən mənzil alınması məqsədilə istifadə etmək üçün borc alana 100000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, FP/Q-014-011 saylı ipoteka müqaviləsindən görünür ki, borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2011 -ci il tarixli, FP/Q-014- 011 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən, 132.59 kv.metr ümumi, 78.7 kv.metr əsas, 53.89 kv.metr köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2011-ci il tarixli, FP/Q-014-011 saylı təminatlı kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə xx.xx.2013-cü il tarixli razılaşmadan görünür ki, borc alana verilən kredit vəsaitlərindən istifadə müddəti 24 ay uzadılmış, kredit vəsaitlərindən istifadə müddətinin xx xxxxx 2015-ci il tarixində bitməsi müəyyən edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 211M saylı rəyindən görünür ki, X11 məxsus Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixə olan bazar dəyəri 135000 manat müəyyən edilmişdir. Bundan əlavə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən keçirilən qiymətləndirmə işinə görə ödəniləcək xidmət haqqının məbləği 400 manat olduğu, pulun ödənilməsi üçün bank hesabı- VÖEN **********, H/h AZ95Bxxx********************, bank rekvizitləri: “xxx” ASC-nin “Promo” filialı, M/h AZ13NABZ********************, kod 501554, SWİFT: BxxxAZ22, VÖEN ********** göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 12106 №-li ekspert rəyindən görünür ki, Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı, hesabdan çıxarış məlumatları, xx.xx.2011 ci il tarixli, FP/Q-014- 011 saylı kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli razılaşma şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2015-ci il və xx.xx.2016-ci il tarixədək banka olan borcu tam ödənilmişdir və borc qalığı müəyyən edilmir. Qeyd edilir ki, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2013-cü il tarixdə 70000 manat məbləğində pul vəsaiti verilmiş və həmin məbləğ üzrə ümumilikdə 61981,41 manat məbləğində ödəniş olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4952 №-li ekspert rəyindən görünür ki, Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı, hesabdan çıxarış məlumatları, xx.xx.2011 ci il tarixli, FP/Q-014-011 saylı kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli razılaşma şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2015-ci il və xx.xx.2020-ci il tarixədək banka olan borcu tam ödənilmişdir və borc qalığı müəyyən edilmir. Qeyd edilir ki, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2013-cü il tarixdə 70000 manat məbləğində pul vəsaiti verilmiş və həmin məbləğ üzrə ümumilikdə 61981,41 manat məbləğində ödəniş olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehin nümayəndəsini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Cəlilov Rövşən Ramiz oğlunu dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qərardadları ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 12106 №-li və xx.xx.2020-ci il tarixli, 4952 №-li ekspert rəylərindən məlum olur ki, Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı, hesabdan çıxarış məlumatları, xx.xx.2011 -ci il tarixli, FP/Q-014-011 saylı kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli razılaşma şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2015-ci il və xx.xx.2020-ci il tarixədək banka olan borcu tam ödənilmişdir və borc qalığı müəyyən edilməmişdir. Ekspert rəyində göstərilənləri təkzib edəcək hər hansı sübut olmadığından məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən keçirilən ekspertizaya görə 400 manat xidmət haqqı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin bank hesabına- VÖEN **********, H/h AZ95Bxxx********************, bank rekvizitləri: “xxx” ASC-nin “Promo” filialı, M/h AZ13NABZ********************, kod 501554, SWİFT: BxxxAZ22, VÖEN ********** köçürülməlidir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən xx.xx.2019-cu il tarixli, 12106 №-li və xx.xx.2020-ci il tarixli, 4952 №-li mühasibatlıq ekspertizalarına görə 350 manat ekspertiza xərci iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 cavabdehlər X15, X12 və X8 qarşı cavabdeh X5 ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi «X3»nun xeyrinə ödənilməmiş 30468,42 manat əsas borc, 18027,21 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 7165,62 manat borc olmaqla cəmi 55661,25 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın cavabdeh X11 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən, 132.59 kv.metr ümumi, 78.7 kv.metr əsas, 53.89 kv.metr köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra X15, X12 və X6 həmin mənzillərə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, X15, X12 və X6 həmin mənzillərdən çıxarılması, həmin mənzillərin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə iddia tələbi rədd edilsin. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən keçirilən ekspertizaya görə 400 manat xidmət haqqı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin bank hesabına- VÖEN **********, H/h AZ95Bxxx********************, bank rekvizitləri: “xxx” ASC-nin “Promo” filialı, M/h AZ13NABZ********************, kod 501554, SWİFT: BxxxAZ22, VÖEN ********** köçürülsün. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən xx.xx.2019-cu il tarixli, 12106 №-li və xx.xx.2020-ci il tarixli, 4952 №-li mühasibatlıq ekspertizalarına görə 350 manat ekspertiza xərci iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-20/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-20/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver