Məhkəmə qərarları › İş №2(012)-20/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-20/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-20/2023 10.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 5516,04 manat məbləğində kredit borcu, 1969,23 manat məbləğində faiz borcu və 2910,32 manat məbləğində cərimə borcu, 003KK**********01 saylı kredit razılaşması üzrə 496,76 manat məbləğində kredit borcu, 61,76 manat məbləğində faiz borcu və 195,84 manat məbləğində cərimə borcu olmaqla hər iki müqavilə üzrə ümumilikdə cəmi 11149,95 manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə göndərərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 003KK**********01 saylı kredit razılaşması üzrə 496,76 manat məbləğində kredit borcu, 61,76 manat məbləğində faiz borcu və 740,45 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1298,95 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə göndərərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 003KK**********01 saylı kredit razılaşması üzrə 246,76 manat məbləğində kredit borcu, 61,76 manat məbləğində faiz borcu və 874,53 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1183,05 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli, 03L000004058 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20000 ABŞ dollar məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları xx.xx.2012-ci il tarixli, 4058 saylı sazişlə kredit xətti müqaviləsinin müddəti 157 ay və məbləği 30000 ABŞ dollar olaraq müəyyənləşdirilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7340 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015ci il tarixli, 003R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Bundan başqa Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2015-ci il tarixdə bağladığı 003KK**********01 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,3333 % olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 500 manat məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Lakin borclu Cavabdeh1 vəfat etdiyindən, Cavabdeh1 hüquqi varisləri müəyyən edilənədək məhkəmənin qərardadı ilə dayandırılmışdır. Mərhum Cavabdeh1 vərəsələrinin müəyyən edilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə müvafiq vəkil sorğuları ünvanlanmış, lakin, mərhuma məxsus heç bir əmlak aşkar edilməmişdir. Bununla yanaşı, Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanlanmış sorğu nəticəsində və "Elektron xidmətlər" portalında mövcud olan "Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi" bölməsindən edilmiş xx/xx/2023-cü il tarixli çıxarışla mərhum Cavabdeh1 barəsində vərəsəlik işinin açılmadığı aşkar edilmişdir. Odur ki, göstərilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarından olan xx.xx.2009-cu il tarixli, 03L000004058 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC (bank) ilə Cavabdeh1 (kredit alan) arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank kredit alana 60 ay müddətinə 20000 ABŞ məbləğində kredit xətti açılmışdır. İş materiallarından olan xx.xx.2012-ci il tarixli, 4058 saylı sazişdən görünür ki, kredit xətti müqaviləsinin müddəti 157 ay və məbləği 30000 ABŞ dollar olaraq müəyyənləşdirilmişdir. İş materiallarından olan xx.xx.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC (bank) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşması bağlanmış və bu razılaşmaya əsasən kredit alan bankdan 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7340 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 003R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 003KK**********01 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə əsasında aylıq faiz dərəcəsi 2,3333 % olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 500 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 03S000012769 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC bundan sonra zamin adlandırılacaq Cavabdeh2 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixli, 03L000004058 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 12769 saylı sazişdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 03S000012770 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və kredit xəttinin məbləği 30000 ABŞ dolları, kredit xəttinin müddəti 157 ay müəyyən edilmiş və borclunun xx.xx.2009-cu il tarixli, 03L000004058 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək bağlanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 03S000020065 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC bundan sonra zamin adlandırılacaq Cavabdeh3 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixli, 03L000004058 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixə 5516,04 manat məbləğində kredit borcu, 1969,23 manat məbləğində faiz borcu və 2910,32 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10395,59 manat məbləğində borcu vardır. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 003KK**********01 saylı kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixə 496,76 manat məbləğində kredit borcu, 61,76 manat məbləğində faiz borcu və 195,84 manat məbləğində cərimə borcu olmaqla, cəmi 754,36 manat məbləğində borcu vardır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumat vərəqəsindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Cavabdeh1 adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, xx.xx.2009-cu il tarixli, 03L000004058 saylı kredit xətti müqaviləsinə görə İddiaçı QSC (bank) ilə Cavabdeh1 (kredit alan) arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank kredit alana 60 ay müddətinə 20000 manat məbləğində kredit xətti açılmış, xx.xx.2012-ci il tarixli, 4058 saylı saziş ilə kredit xətti müqaviləsinin müddəti 157 ay və məbləği 30000 ABŞ dollar olaraq müəyyənləşdirilmişdir. xx.xx.2011-ci il tarixli, 03S000012769 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı QSC bundan sonra zamin adlandırılacaq Cavabdeh2 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixli, 03L000004058 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. Həmçinin İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 12769 saylı sazişdən göründüyü kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 03S000012769 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və kredit xəttinin məbləği 30000 ABŞ dolları, kredit xəttinin müddəti 157 ay müəyyən edilmiş və borclunun xx.xx.2009-cu il tarixli, 03L000004058 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək bağlanmışdır. xx.xx.2014-cü il tarixli, 03S000020065 saylı zaminlik müqaviləsinə görə İddiaçı QSC bundan sonra zamin adlandırılacaq Cavabdeh3 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixli, 03L000004058 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. xx.xx.2015-ci il tarixli, 003KK**********01 saylı kredit razılaşmasına görə Cavabdeh1 İddiaçı QSC ilə əsasında aylıq faiz dərəcəsi 2,3333 % olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 500 manat məbləğində kredit götürmüşdür. Beləliklə, məhkəmədə müəyyən edilmiş işin faktiki hallarından göründüyü kimi Cavabdeh1 (kredit alan) vəfat etdiyi üçün hal-hazırda İddiaçı QSC xx.xx.2015-ci il tarixli, 003KK**********01 saylı kredit razılaşması üzrə 246,76 manat məbləğində kredit borcu, 61,76 manat məbləğində faiz borcu və 874,53 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1183,05 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh-zaminlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-in xeyrinə tutulmasını xahiş edir.Qeyd olunan kredit razılaşmasından görünür ki,həmin razılaşma 12 ay müddətinə bağlanmış, belə ki, xx.xx.2015-ci il tarixli, 003KK**********01 saylı kredit razılaşmanın müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir.İş materialalrından görünür ki, İddiaçı QSC ilkin olaraq 13 mart 2017-ci il tarixə cavabdehlərə qarşı iddia ərizəsi ilə müraciət etmiş, Abşeron rayon məhkəməsinin 02 iyun 2017-ci il tarixli,2(012)— 2650/2017 saylı qərardadı ilə mülkli iş baxılmamış saxlanılmış və sonradan Abşeron rayon məhkəməsinin 06 fevral 2020-ci il tarixli qəradadı ilə təzələnmiş,prosessual müddətin axımı davam etdiyi halda,qanunvericilikılə müəyən edilmiş müddət ərzində zaminlərə qarşı tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 003KK**********01 saylı kredit razılaşması üzrə 246,76 manat məbləğində kredit borcu, 61,76 manat məbləğində faiz borcu və 874,53 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1183,05 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar