Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2000/2024 30.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4850 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o İddiaçı Mötəbər oğlu hissə-hissə Cavabdeh 4850 manat borc pul vermişdir. Verdiyi məbləğin onun özünə qaytarılması barədə Əhmədlə aralarında şifahi qaydada razılaşma olmuş, Əhməd də öz növbəsində 2023-cü ilin may ayında vəsaiti geri qaytaracağına dair söz vermişdi. Lakin cavabdeh tərəf üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Məsələ ilə bağlı DİN-ə və Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Cavab gəlmişdi ki, qedyiyyatda olduğu ünvanın məhkəməsinə müraciət etsin. Cavabdehla bağlı ödəniş etdiyi vəsaitin bank qəbzləri vardır. Özü 2-ci dərəcəli əlil, yoldaşı X2 1-ci dərəcəli əlildir. Onlar dərmanlarına pul çatdıra bilmir. X1 ön cəbhədə, Qubadlı rayonu Xanlıq kəndində hərbi qulluqçudur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək ərizənin məzmununa uyğun izahat vermis, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, cavabdehə 2023-cü ilin əvvəlində 4850 manat borca pul vermişdir. Cavabdehin kart hesabına pul bir neçə dəfə köçürülmüşdür. Lakin cavabdeh ona borcunu qaytarmamışdır. Eyni zamanda iddianın təmin olunması barədə qiyabi qətnamə çıxrılmasına etirazının olmamasının nəzərə alınmasını xahiş etmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və məhkəmə, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı iddia tələbinə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və cavabdeh məhkəməyə gəlmədiyi üçün işə qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixində 2500 manat, xx.xx.2023cü il tarixində 1510 manat, xx.xx.2023-cü il tarixində 300 manat məbləğində pul vəsaiti 416973******5425 saylı kart hesabına köçürülmüşdür. -Ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il ytarixində 510307******8207 saylı kart hesabından 416973******5425 saylı kart hesabına 505 manat məbləğində pul vəsaiti köçürülmüşdür. -Ödəniş qəbzlərindən görünür ki, 4815 manat məbləğində pul vəsaiti 416973******5425 saylı kart hesabına köçürülmüşdür. -Cavabdeh məxsus kartın şəklindən görünür ki, 4169-7388-2172-5425 saylı kart Cavabdeh məxsusdur. -Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, İddiaçı xx.xx.2013-cü ildə ikinci dərəcə əlillik, müddətsiz olaraq müəyyən olunmuşdur. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq İdarəsinin İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-13-5-1/2-N-47371/1/23 saylı məktubun surətindən görünür ki, onun pulu Cavabdeh tərəfindən borcun qaytarılmasına dair Daxili İşlər Nazirliyinə daxil olmuş müraciəti baxılması üçün Sumqayıt ŞPİ-yə göndərilmiş və müraciətə baxılmasının nəticəsi barədə həmin Polis idarəsi tərəfindən əlavə məlumat veriləcəkdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin İddiaçı göndərilmiş 3-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 58-3/2-N-47371/11 saylı məktubun surətindən görünür ki, onun xx.xx.2023-cü il tarixli müraciətinə Sumqayıt ŞPİnin 3-cü PB-də baxılmışdır. Müraciətində qeyd etdiyi xüsusatların həlli Azərbaycan Respublikası Mülki və Mülki-Prosessual Məcəllələrinin tələblərinə əsasən məhkəmələrin səlahiyyətində olduğundan Mülki-Prosessual Məcəlləsinin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etməsi məqsədəmüvafiqdir. -Azərbaycan Respublikası Sumqayıt şəhər Məhkəməsinin İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli, 219 saylı məktubun surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin elektron poçtuna müraciətə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmədə mülki iddia qaldırmaq üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1,35,149-150-ci maddələrinin uyğun olaraq qanunla nəzərdə tutulmuş qaydada iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətlərini və dövlət rüsumunun ödənilməsi barədə müvafiq qəbzi təqdim etməklə müvafiq məhkəmədə iddia qaldırmaq hüququ vardır. -Azərbaycan Respublikası Abşeron rayon Məhkəməsinin İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli, 22/692/2023 saylı məktubun surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinə daxil olan ərizənizlə bağlı Sizə izah olunur ki qeyd olunan xüsusatlarla əlaqədar inzibati xəta haqqında protokoldan deyil,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrində nəzərdə tutulmuş qaydada (İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydası) inzibati qərardan şikayət verməklə məhkəməyə müraciət edə bilər. -İddiaçı Mötəbər oğlu tərəfindən Cavabdeh göndərilmiş pretenziyadan görünür ki, aralarında bağlanan şifahi müqaviləyə əsasən o İddiaçı Mötəbər oğlu tərəfindən Cavabdeh 4850 manat borc pul müxtəlif vaxtlarda debit kaıtı (4169 7388 2172 5425) balansına göndərilib. 2023-cü ilin may ayında pulu qaytaracağını öhtəsinə götürsə də öhdəliklərinizi yerinə yetirməmişdir. Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir. Bu səbəbdən məhkəmədə iddia qaldırılmazdan əvvəl İddiaçı Mötəbər oğluna qaytarmalı olduğunuz 4850 manat məbləğində borcu xx.xx.2024-cü il tarixədək ödəməsini təklif edir. Əks halda tərəflərindən məhkəmədə “pul tələbinə” dair iddia qaldırılacaqdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Mötəbər oğlu Cavabdeh borca pul vermişdir. Lakin cavabdeh iddiaçıdan alınmış borc məbləğini müəyyən edilmiş müddətdə və məbləğdə tam şəkildə iddiaçıya qaytarmadığından iddiaçı borc olaraq verilmiş 4850 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1. maddəsinə əsasən, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.
326. maddəsinə əsasən, birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Mülki iş materiallarından göründüyü kimi, ödəniş qəbzlərinə, cavabdehə məxsus kartin şəklinə əsasən cavabdehin iddiaçıya 4815 manat borcun qalması öz təsdiqini tapmışdır. İddia tələbində iddiaçı 4850 manat tələb etsə də, pul məbləğinin kart hesabına köçürülməsi qəbzlərindən görünür ki, köçürülən məbləğlərin ümüumi cəmi 4815 manatdır. İddiaçı məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etsə də, cavabdeh ona qarşı iddia tələbinə dair öz hüquqlarının müdafiə etməsi üçün şərait yaradılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, hər hansı bir münasibət göstərməmişdir. Belə ki, iddiaçı iddia etdiyi pul məbləğinin cavabdehin hesabına göçürülməsini məhkəməyə təqdim etdiyi qəbzlərlə təsdiq etməsinə baxmayaraq, cavabdeh həmin məbləğin onun tərəfindən alınmasını təkzib edən hər hansı sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasına gəlməkdən yayınmışdır. Baxmayaraq ki, iddia tələbində göstərilmiş məbləğin cavabdeh tərəfindən alınmadığını sübut edilməsi vəzifəsi cavabdehin üzərinə düşür. Belə olan halda, cavabdeh “iddianı etiraf etməsi” münasibətini yaratmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, iddiaçının izahatı əsasında cavabdehin iddiaçıya 4815 manat borcunun olması, həmin pul vəsaitinin cavabdehin kart hesabına köçürülməsi öz təsdiqini tapdığından iddiaçının iddia tələbi qismən əsaslıdır, ona görə də qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonara Mülki Prosessual Məcəllə) ; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 68.15 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh borca görə 4815 (dörd min səkkiz yüz on beş) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 68.15 (altmış səkkiz manat on beş qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət edə və həmin müddət bitdikdən sonra tərəflər qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.
Hakim: Habil Əhmədov