Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2007/2022 05.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası X1rşı qərarın etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı ASC cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Agentlik tərəfindən aparılan yoxlama nəticələrinin qanuna uyğun olmamasını və X4 Laboratoriyasının təqdim etdiyi sınaq nəticələrini nəzərə alıb, Agentliyin yoxlamanın materiallarının baxılması nəticələri üzrə 08 fevral 2022-ci il tarixli, YMB-00022 saylı qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ASC-yə məxsus müəssisədə aparılmış yoxlama zamanı inzibati xətanın aşkarlanması və bunun üçün inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərarı mübahisələndirir. Bu qərar X3 tərəfindən verilmişdir və inzibati aktdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixdə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na (43-cü bənd) görə X3 inzibati orqandır. Belə olan halda iddiaçı ilkin olaraq bu barədə müvafiq inzibati orqana, imtina aldığı halda isə həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası X1rşı qərarın etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2007/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2007/2022
05.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver