Məhkəmə qərarları › İş №2(012)-2020/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2020/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2020/2022 13.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “borc məbləğinin qaytarılması tələbi”nə dair mülki işə 13 iyun 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “borc məbləğinin qaytarılması tələbi”nə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 borcun məbləği olan 12 000 (on iki min) manat miqdarında vəsait tutularaq onun xeyrinə ödənilməsi, cavabdehdən ödədiyi 127 (yüz iyirmi yeddi) manat dövlət rüsumunun, 92 (doxsan iki) manat Kredit Müqaviləsi haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 24 avqust 2021-ci il tarixdə Podrat Müqaviləsi bağlanılmışdır. X3 1-ci bəndində birinci tərəf oz materiallarından istifadə etməklə ünvan 1 ünvanında yerləşən 150 kv.m torpaq sahəsində inşa edilən 3.00 metr hündürlüyü, daxili və xarici divarları mişar daşı, özülü beton şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapı dəmir seyf qabı, pəncərələr (pvc), sanitar qovşağı kafel, metlax, ümumi sahəsi 64 kv.m olan 1 mərtəbəli 3 otaqlı, 1 mətbəxli, 6 daş kürsülü, dəhlızlı fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndində yəni tərəflərin öhdəliyi hissəsində isə hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxıl olmaqla 41 000 (qırx bır min) manat təşkil edir. O isə həmin məbləğin 12 000 (on iki min) manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə cavabdehə ödəmişdir. Qalan 29 000 (iyirmi doqquz min) manat pul vəsaiti hər ay 483 (dord yuz səksən üç) manat olmaqla xx.xx.2026-cı ıl tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndində də qeyd edildiyi kımı birinci tərəf sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən 24.12 2021-cı ıl tarixdə yaşayış üçün hazır edərək ona təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyinə götürdüyü heç bir vəzifəsini yerinə yetirmədiyi üçün, yəni evi ona müqavilədə qeyd edilən tarixdə təhvil vermədiyi üçün o əvvəl olaraq ödədiyi 12 000 (on iki min) manat pulu cavabdehdən geri tələb etmişdir. Lakin müsbət cavab ala bilməmişdir. Hətta 11,02.2022-ci il tarixdə cavabdehə pretenzıya qaydasında müraciət etmiş və öhdəliyinə götürdüyün heç bır vəzifəsini yerinə yetirmədiyi üçün, yəni evi ona müqavilədə qeyd edilən tarixdə vermədiyi üçün ilkin olaraq ödədiyi 12 000 (on ıkı min) manat pulu ondan geri tələb etmişdir. Cavabdeh tərəfindən ona bu gunə kimi cavab verilməmişdir. Bundan əlavə Podrat Müqaviləsi bağlanan zaman ondan 92 manat əlavə pul da tələb olunub, həmin 92 (doxsan iki) manat Podrat Müqaviləsində də qeyd edilmişdir. Məhkəməyə iddia ərizəsi verilməsi üçün 127 (yüz iyirmi yeddi) manat məbləğində də dövlət rüsumu ödəmişdir. Ona görə də həmin pullar cavabdehdən alınaraq onun xeyrinə ödənilməlidir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən borcun məbləği olan 12 000 (on iki min) manat miqdarında vəsait tutularaq onun xeyrinə ödənilməsi, cavabdehdən ödədiyi 127 (yüz iyirmi yeddi) manat dövlət rüsumunun, 92 (doxsan iki) manat Kredit Müqaviləsi haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Cavabdeh1 və X2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli Podrat müqaviləsindən görünür ki,

1. birinci tərəf öz materiallarından istifadə etməklə ünvan 2 ünvanında yerləşən 150 kv,m torpaq sahəsində inşa edilən 3.00 metr daxili hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapı dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel, metlax, ümumi sah 64 kv.m, olan 1 mərtəbəli 3 (üç ) otaqlı, 1 mətbəxli, 6 daş kürsülü, dəhlizli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. 2.1 Hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 41000 ( qırx bir min ) manat təşkil edir. Sifarişçi həmin məbləğin 12000 (on iki min) manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 29000 (iyirmi doqquz min) manat pul vəsaitini hər ay 483 (dörd yüz səksən üç) manat olmaqla xx.xx.2026-cı il tarixədək ödəməyi öz öhdəsinə götürür. 3.1 Birinci tərəf sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən xx.xx.2021-ci il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürür. Mülki iş materiallarında olan Cavabdeh1 Cavabdeh2 MMC-nin adından çıxış edərə iddiaçı ilə aralarında bağlanan 24 avqust 2021-ci il tarixli podrat müqaviləsindən görünür ki, birinci tərəf öz materiallarından istifadə etməklə ünvan 2 ünvanında yerləşən 150 kv,m torpaq sahəsində inşa edilən 3.00 metr daxili hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapı dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel, metlax, ümumi sah 64 kv.m, olan 1 mərtəbəli 3 (üç ) otaqlı, 1 mətbəxli, 6 daş kürsülü, dəhlizli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 41000 ( qırx bir min ) manat təşkil edir. Sifarişçi həmin məbləğin 12000 (on iki min) manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 29000 (iyirmi doqquz min) manat pul vəsaitini hər ay 483 (dörd yüz səksən üç) manat olmaqla xx.xx.2026-cı il tarixədək ödəməyi öz öhdəsinə götürür. 3.1 Birinci tərəf sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən xx.xx.2021-ci il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürür. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh1 tərəfindən ünvanlanmış pretenziyadan görünür ki, Cavabdeh1 X1 12000 (on iki min) manat pulun ödənilməsi üçün ona 7 gün vaxt vermiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlanır. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilənlərdən göründüyü kimi, İddiaçı Cavabdeh1 və onun təmsil etdiyi Cavabdeh2 MMC arasında 24 avqust 2021-ci il tarixdə Podrat Müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 1-ci bəndində cavabdeh öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında yerləşən 150 kv.m torpaq sahəsində inşa edilən 3.00 metr hündürlüyü, daxili və xarici divarları mişar daşı, özülü beton şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapı dəmir seyf qabı, pəncərələr (pvc), sanitar qovşağı kafel, metlax, ümumi sahəsi 64 kv.m olan 1 mərtəbəli 3 otaqlı, 1 mətbəxli, 6 daş kürsülü, dəhlızlı fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Müqavilənin 2ci bəndində yəni tərəflərin öhdəliyi hissəsində isə hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxıl olmaqla 41 000 (qırx bır min) manat təşkil edir. İddiaçı isə həmin məbləğin 12 000 (on iki min) manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə cavabdehə ödəmişdir. Qalan 29 000 (iyirmi doqquz min) manat pul vəsaiti hər ay 483 (dörd yüz səksən üç) manat olmaqla xx.xx.2026-cı ıl tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndində də qeyd edildiyi kımı cavabdeh sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən 24.12 2021ci ıl tarixdə yaşayış üçün hazır edərək ona təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehlər öhdəliyinə götürdüyü heç bir vəzifəsini yerinə yetirmədiyi üçün, yəni evi iddiaçıya müqavilədə qeyd edilən tarixdə təhvil vermədiyi üçün iddiaçı əvvəl olaraq ödədiyi 12 000 (on iki min) manat pulu cavabdehdən geri tələb etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 12000 (on iki min) manat alınaraq İddiaçı verilməlidir. İddia tələbi digər hissədə sübutlar olmadığından təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 127 manat dövlət rüsumunun 120 manatı Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 12000 (on iki min) manat pul və 120 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar