Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2032/2022 11.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4012/2021 saylı, 07.07.2021-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 07 iyul 2009-cu il təvəllüdlü X3, 29 oktyabr 2010-cu il təvəllüdlü X2 və 11 may 2021-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment, habelə 11 may 2021-ci il təvəllüdlü X1 3 yaşı tamam olana kimi hər ay 150 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək cavabdehdən hər ay bir uşaq üçün 193 manat, cəmi 579 manat və 11 may 2021-ci il təvəllüdlü X1 3 yaşı tamam olana kimi hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4012/2021 saylı, 07.07.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh onun xeyrinə 07 iyul 2009-cu il təvəllüdlü X3, 29 oktyabr 2010-cu il təvəllüdlü X2 və 11 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment, habelə 11 may 2021-ci il təvəllüdlü X1 3 yaşı tamam olana kimi hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Alimentin tutulmasının 07.06.2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Onunla Cavabdeh arasında olan münasibətlər demək olar ki, pozulmuşdur. Hazırda onlar 2 ilə yaxındır ki, ayrı yaşayırlar. O, övladları ilə birlikdə qeydiyyatda olduğu Abşeron rayonu, Məmmədli kəndində yaşayır. Cavabdeh isə Balakən şəhərində yaşamışdır. Belə ki, cavabdeh Gürcüstan ilə sərhəddə gömrükdə mayor vəzifəsində işləyir və aylıq 2500 manat məbləğində əmək haqqı alır. Övladlarına baxmadığı üçün qazancını öz maraqlarına xərclədiyi üçün o, aliment tələbinə dair məhkəməyə müraciət etmiş və qətnamə qəbul olunduqdan sonra cəmi mənə bir aylıq aliment pulu ödənilmişdir. Cavabdeh ona kinli münasibət bəslədiyi üçün yüksək vəzifəli işindən öz razılığı ilə ərizə yazaraq çıxmışdır. Hazırda cavabdeh fərdi işlə məşğul olur və yenə də qazancı kifayət qədərdir. O, cavabdehin qazancını sübuta yetirə bilmədiyi üçün məhkəmə ilə təyin edilmiş alimenti ala bilmir. Ona görə də hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu 2 il müddətində cavabdeh demək olar ki, ailəsi, doğma övladları ilə normal maraqlanmır və maraqlanmaq niyyətində də deyildir. 11 may 2021-ci il təvəllüdlü Yusifə görə işləyə bilmir və heç bir yerdən gəliri də yoxdur. Aliment almağa çox ehtiyacı vardır. Prezidentin Fərmanına əsasən 2022-ci ildə uşaqların saxlanması üçün minimum xərc 193 manatdır. Ona görə də cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən uşaqların saxlanması üçün 2022-ci ilə olan minimum əmək haqqını ödəməlidir. Hazırki iddia tələbi məhkəməyə ünvanlamadan əvvəl Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Şurası tərəfindən cavabdehə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün məlumat verilsə də, cavabdeh gəlməmiş və ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 28.02.2022-ci il tarixli arayış və ödədiyi 50 manat pulun qəbzi təqdim edilmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, o, əvvəllər Dövlət Gömrük Komitəsində işləmişdir. O, iddiaçının yaşadığı evi təmir etdirmək üçün bankdan 1700 manat məbləğində kredit götürmüş və hər ay 1500 manat da aliment ödəmişdir. Lakin artıq 6- 7 aydır ki, işdən çıxmışdır. Onun qeyri-rəsmi nikahından da övladı vardır. Heç bir yerdən gəliri yoxdur. İş tapdıqdan sonra hər uşağa görə 70-100 manat məbləğində aliment ödəyə bilər. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 493530 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 20 iyun 2009-cu il tarixli, 337 saylı rəsmi nikah bağlanmışdır. İş materiallarında olan Abşeron Rayon Məmmədli Kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 312814 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 07 iyul 2009-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məmmədli Kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 558622 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X2 29 oktyabr 2010-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən verilmiş AZ-İV № 603225 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 11 may 2021-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4012/2021 saylı, 07.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 07 iyul 2009-cu il təvəllüdlü X3, 29 oktyabr 2010-cu il təvəllüdlü X2 və 11 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment, habelə 11 may 2021-ci il təvəllüdlü X1 3 yaşı tamam olana kimi hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehin daimi işi olması barədə məhkəməyə sənəd təqdim edilmədiyindən və uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsi nəzərə alınmaqla cavabdehdən tutulacaq alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, 3 uşağa görə 420 manat sabit pul məbləğində olmalıdır. Bundan başqa iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4012/2021 saylı, 07.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, 11 may 2021-ci il təvəllüdlü X1 3 yaşı tamam olana kimi hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, iddiaçı alimentin artırılması barədə hazırki tələbində yenidən eyni tələbi irəli sürmüş,məhkəmə gələcəkdə icra mərhələsində anlaşılmazlıq yaranmaması üçün hazırki qətnamədə də sözügedən tələbin göstərilməsini məqsədə uyğun hesab edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nəzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4012/2021 saylı, 07.07.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 07 iyul 2009-cu il təvəllüdlü X3, 29 oktyabr 2010cu il təvəllüdlü X2 və 11 may 2021-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, 420 manat sabit pul məbləğində alimentin və 11 may 2021-ci il təvəllüdlü X1 3 yaşı tamam olana kimi hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2032/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2032/2022
11.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver