Məhkəmə qərarları › İş №2(012)-2052/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2052/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2052/2023 27.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair mülki işə 27 mart 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, X1 Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 0204-037468-01 saylı krediti müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əsas borcu 6017,10 (altı min on yeddi) manat 10 qəpik, faiz borcu 762,30 (yeddi yüz altımış iki) manat 30 qəpik, cərimə borcu 393,00 (üç yüz doxsan üç) manat 0 qəpik, cəmi borcu 7172,40 (yeddi min bir yüz yetmiş iki) manat 40 qəpik və qətnamə üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti və Məhdud bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş Lisenziyanın notarial qaydada təsdiq olunmuş surəti üçün çəkilmiş 11 manat məbləğində dövlət rüsumunun "X1 Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 arasında bağlanmış xx.xx.2015 tarixli 0204-037468-01 №-li kredit müqaviləsi və xx.xx.2015 il tarixli 0502-094831-01/1 nömrəli zaminlik müqaviləsindən irəli gələn ödənilməmiş 5262,92 manat əsas borc və xx.xx.2018ci il tarixinədək hesablanmış 994 manat faiz borcu, gecikdirməyə görə 0 manat cərimə, qətnamə üçün 2017-ci ildə dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətinin notariat qaydasında təsdiq olunması və Məhdud bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş Lisenziyanın surətinin notariat qaydasında təsdiq olunması üçün çəkilmiş 11 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən 0204-037468-01 saylı xx.xx.2015-ci il tarixli müqavilə üzrə kredit borcu xx.xx.2023-cü il tarixində tam ödənildiyindən hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair iş üzrə iddiadan imtina etməsi digər tərəflərin hüquq və mənafeyinə zidd olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar