Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2053/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli 2(012)-1332/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahlarından olan 11.11.2009-cu il təvəllüdlü X2 üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq, hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli 2(012)-1332/2019 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 09.06.2017-ci il tarixli qətnaməsi ilə 11.11.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilən alimentin məbləği artırılmış, 11.11.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat alimentə görə pul tutulub ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə alimentin miqdarı artırılsa da hazırki dövrdə tək qadın olaraq həmin məbləğlə uşaq tərbiyə edib böyütmək çox çətindir. Bu səbəbdən də təyin olunmuş alimentin miqdarının artırılması zəruriyyəti yaranmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstəmişdir ki, hal-hazırda Abşeron Rayon İcra və Probasiya Şöbəsində azyaşlı övladı 11.11.2009-cu il təvəllüdlü Fatimə Məmmədovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 160 manat olmaqla aliment tutularaq İddiaçı verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli qətnaməsi vardır. İcra məmuru Taleh Mustafayev həmin qətnamə üzrə hər ay 160 manat aliment iddiaçıya ödəyir və 2021-ci ilin mart ayı da daxil olmaqla alimenti qarşı tərəfin müvafiq bank hesabına köçürmüş, hal-hazırda iddiaçıya aliment borcu yoxdur. Bununla belə bildirmək istəyir ki, 2015-ci il tarixdə ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan da iki azyaşlı övladları vardır, 25.01.2017-ci il təvəllüdlü X4 və 22.03.2021-ci il təvəllüdlü X3. O, özü restoran işində işləyərək, ailəsinin və valideynlərinin maddi ehtiyaclarını ödəmişdir. Lakin ölkədəki mövcud pandemiya ilə əlaqədar ehtiyacları artdığından həyat yoldaşınn qızıl-zinyət əşyalarını satmaq məcburiyyətində qalmışdır. Hazırda heç bir yerdə işləmir, eyni zamanda 2 azyaşlı övladının və valideynlərinin, dolanışıqları üçün lazımi xərclərini qarşılamaqda çətinlik çəkir və heç bir yerdən heç bir köməkliyi yoxdur. Bütün bunlara baxmayaraq İddiaçı hər ay 160 manat alimenti ödəməkdən boyun qaçırmır və hər ay övladı X1 üçün həmin məbləği qeydşərtsiz ödəməyə davam edəcəkdir. Ona görə də iddia tələblərinin təmin edilməməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Abşeron rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli 2(012)-1332/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 09.06.2017-ci il tarixli qətnaməsi ilə 11.11.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilən alimentin məbləği artırılmış, 11.11.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat alimentə görə pul tutulub İddiaçı verilməsi qət edilmişdir. -Bakı-Nəsimi RPİ tərəfindən 28.12.2015-ci il tarixdə verilmiş AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən 19.06.2017-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 16 saylı evin 20 saylı mənzilində qeydiyyatdadır. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 21.02.2017-ci il tarixdə verilmiş AZ-İ № 258866 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı 30.01.2013-cü il tarixdə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeydiyyat aparılmışdır. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.11.2009-cu il tarixli, AZ-İİ № 347653 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 11.11.2009-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1603 nömrə ilə qeydiyyat aparılmış, atası Cavabdeh, anası İddiaçıdır. - Nəsimi rayon 13 saylı MKİS-nin 13.01.2020-ci il tarixli 19 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu İ.Qasımov küçəsi 34 saylı evdə qızı X9 ilə birlikdə qeydiyyatsız yaşayırlar. - Sumqayıt Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.02.2017-ci il tarixli, AZ-İİİ № 914307 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25.01.2017-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1007 nömrə ilə qeydiyyat aparılmış, atası Cavabdeh, anası X6r. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 25.12.2015-ci il tarixdə verilmiş AZ-İİ 091044 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında 25.12.2015-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 571 nömrə ilə qeydiyyat aparılmış, nikaha daxil olduqdan sonra qadına Məmmədova soyadı verilmişdir -Kapital Bank ASC-nin ödəniş qəbzlərindən görünür ki, Cavabdeh İddiaçı hesabına 28.01.2021-ci il tarixdə 110 manat, 03.02.2021-ci il tarixdə 50 manat, 01.03.2021-ci il tarixdə 160 manat, 18.03.2021-ci il tarixdə 160 manat aliment ödəmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, tərəflər arasında olan rəsmi nikah pozulmuş, birgə nikahlarından anadan olmuş 11.11.2009-cu il təvəllüdlü X9 hazırda iddiaçının himayəsində yaşayır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1332/2019 saylı, 05.03.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehdən azyaşlı uşaqların saxlanması üçün hər ay 160 manat məbləğində alimentin iddiaçını xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər üz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 11.11.2009-cu il təvəllüdlü X9 dünyaya gəlmişdir. Abşeron rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli, 2(012)-1332/2019 saylı qətnaməsinə əsasən Cavabdeh 11.11.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli, 2(012)-1332/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, 11.11.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli, 2(012)-1332/2019 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı 160 manat hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün 160 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu bir neçə dəfə artmışdır. Hazırkı şəraitdə uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 160 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin əmək fəaliyyəti ilə məşğul olmaması, eyni zamanda onun növbəti dəfə nikaha daxil olması və öhdəliyində iki azyaşlı uşağın olması onun iddiaçı ilə birgə nikahlarından olan uşağın saxlanılması üçün müəyyən olunmuş aliment məbləğini ödəmək vəzifəsindən azad etmir. Belə ki, Qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşağın mənafeyini nəzərə alaraq, 11.11.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli, 2(012)-1332/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli, 2(012)-1332/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 11.11.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2053/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2053/2021
19.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver