Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2055/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 03 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3700 manat, ödənilmiş dövlət rüsumu üçün 30 manat və 92 manat kredit müqaviləsi haqqının alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qızına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 9, 218 saylı mənzili Cavabdeh satmaqla bağlı tərəflər arasında razılaşma olmuşdur. Həmin mənzilin dəyərindən 4000 manat pulu əksik olan cavabdeh iddiaçıya bu pulu 1 ay ərzində qaytaracağı vədini vermişdir. Bu səbəbdən İddiaçı və Cavabdeh arasında 31 avqust 2018-ci il tarixdə “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusunda kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 4000 manat məbləğində pul vəsaitini Cavabdeh borc verməyi, sonuncu isə həmin məbləği 10.10.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Artıq 2 ildən çoxdur ki, cavabdeh borcunu qaytarmır. Bugünədək 2 dəfə olmaqla hissəhissə cəmi 300 manat ödəyən cavabdeh, qalan 3700 manat borcunu ödəməmişdir. Borcunu ödəməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət edilsə də, hər dəfə bir bəhanəylə borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, icra qeydi olub. Lakin ödənişlər edilməyib. İcra orqanları ala bilmir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatındadır, lakin pulu ödəmir. İcra sənədi geri qaytarılıb. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan 31 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 4000 manat məbləğində borc verir, sonuncu isə pulu 10.10.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh tərəflər arasında imzalanan müqavilənin şərtlərini pozmuş, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Mülki işin materialları arasında cavabdehin borcunu tamamilə ödədiyini təsdiq edən hər hansı bir sənəd yoxdur. İddiaçı cavabdehin həmin borcdan 300 manat ödədiyini bildirdirir. İddiaçı hazırda qalan 3700 manat borcunu tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlanır. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanan 31 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 3700 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “92 manat kredit müqaviləsi haqqı” hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 31 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 3700 manat və dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2055/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2055/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver