Məhkəmə qərarları › İş №2(012)-2055/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2055/2022

11.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2055/2022 11.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci və 36.3-cü maddəsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Elektron Məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı Quba rayonu, Quba şəhəri, 32/33-cü məhəllə ünvanında, iddia ərizəsinə əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 24.01.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Quba rayonu, Quba şəhəri, SMU-30 ünvanında qeydiyyatdadır. İddia ərizəsinə əlavə edilmiş Abşeron RPŞ QvŞV bölməsi tərəfindən 03.02.2022-ci il tarixdə verilmiş 03.03.2023-cü il tarixədək etibarlı olan müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı ünvan 4 ünvanında olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmışdır. Göründüyü kimi İddiaçı və cavabdeh Rəhimov X1 rayonu ərazisində qeydiyyatda deyillər, iddiaçının daimi qeydiyyatı Quba rayonunadır, Abşeron rayonunda yaşayış sahəsinə malik olması barədə isə hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də məhkəmə hesab edir ki, iş aidiyyəti üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmadığı üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar